Tarix işığında görünən gələcəyimiz

 

Hamımız kimi, tanınmış yazıçı-jurnalist Yunus Oğuzun da yaşı artır. Zaman yerində dayanıb duran və kiməsə güzəştə gedən deyil. Ancaq Yunus mənim fikrimdə həmişə qayğısını, dərdini içində gizlədərək toplum arasına xoş ovqatla çıxmağı bacaran, istiqanlı, üzündəki saflıq və səmimiyyəti itirməmiş gənc, işıqlı bir oğlandır. Bununla belə, illər ərzində Yunus çox dəyişilib. Həm ictimai-siyasi həyatda, həm də yaradıcılıq mühitində xeyli görüb, irəliləyib, təsis etdiyi qəzet və informasiya agentliyi, yazdığı povest, pyesromanlarla, elmi araşdırmaları ilə özünü oxuculara istedadlı bir qələm sahibi kimi tanıtdırıb və sevdirib. Yunus Oğuz bizimlə bir yerdə 1988-ci ildən çətin, ağrılı, qan və itkilərlə, dünyanın ədalətsizlikləri və xəyanətləriylə dolu, ancaq canlı bir tarixin içindəydi. Ancaq xəyalı uzaq keçmişlərdə –türkün həsrətini çəkdiyimiz böyüklükbütövlüyünün memarı və sərkərdəsi olmuş kişilərin yanındaydı. Söhbət zamanı tez-tez Atilladan, Çingizxandan, Şah Xətaidən örnəklər gətirərdi. Bunlar təsadüfi deyilmiş... Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra Yunus Oğuz bir müddət Prezident Aparatında işlədi. Ancaq rəsmi görəvinə baxmayaraq, qələm əlindən düşmədi. Az sonra bütövlükdə ədəbi yaradıcılıq və mətbuat işinə başladı: “Olaylar” qəzetini təsis etdi, eyni adlı informasiya agentliyi yaratdı. Araşdırmalarını davam etdirməkdən də əl çəkmədi. Bir-birinin ardınca pyes, povestromanlar ərsəyə gəldi. O, gənclik sevgisinə sadiq qalaraq bu əsərlərində Atilladan, Nadir şahdan, Şah Təhmasibdən uzaqlaşmadı; haqlarında çoxlu kitab, elmi əsər yazılmış böyük şəxsiyyətlərin portretlərini yenidən çəkmək risqindən qorxmadı. Siyasi iddiaların, hakimiyyət ehtiraslarının bəzilərini meymun kimi oynatdığı, cilddən-cildə saldığı bir vaxtda qələmə sarılmaq təkcə oxucuyaxalqa xidmət deyil, həm də özünü, şəxsiyyətini qorumaq vasitəsidir. Keçmişin güzgüsü təmizləndikcə özümüzü daha aydın görürük və bəlli olur ki, zaman, ad, məkan dəyişilsə də, insanların ehtirasları o qədər də dəyişilməmişdir. Kürsülərin rəngləri, bəzəyi dəyişilir, amma onların ətrafındakı burulğanlarçirkab selləri dəyişilməzdir, həmişəki kimi qalır, özünü bu burulğanlara təslim edənlər milləti üçün utanc gətirən ənənələr yaradır, düşmən qazanır. Amma ondan yuxarıda dayanmağı bacaranlar tarixin bu səhifəsinə də örnək olaraq cəmiyyəti bir addım yuxarı qaldırmağa çalışırlar. Yazıçıların Sizif əməyi də buna bənzəyir. Hər ciddi əsər, tarix qaranlığını deşib keçən hər zəka işığı cəmiyyəti zirvəyə yaxınlaşdırır. Sonra hakimiyyət tiranları və savaşlar hər şeyi alt-üst edir, toplumu yenidən başlanğıc nöqtəsinə qaytarır. Bu baxımdan atillaların, nadir şahların həyatı və yolu təkcə keçmişi anlamaq baxımından deyil, həm də tarixin fəlsəfəsini dərk etmək və gələcəyin yol xəritəsini cızmaq baxımından son dərəcə önəmlidir. Bunu dərk edən böyük güclər ilk növbədə xalqların tarixi yaddaşını öldürür, beyinlərini yıxayır, onları nihilist, unutqan, özündən başqa hamıya sitayiş edən, kökündən xəbərsiz kütləyə çevirmək istəyir. Millət də şəxs kimi ilk növbədə öz ata-babasını tanımalı, kimin belindən gəldiyini bilməli, böyüklərinin səhvlərindən ibrət götürməlidir. Azərbaycan türkləri uzun müddət işğal altında qaldıqlarına və bölündüklərinə görə xüsusən onlar üçün tarix bilgisi son dərəcə ciddi ictimai-siyasi əhəmiyyəti olan bir işdir. Bizə əsl tariximizi öyrənmək imkanı verilməyib. Yabançı uydurmalar öyrədilib. Böyüklərimizi bizə karikatura-şəbeh şəklində təqdim ediblər. Çünki tariximizi başqaları yazıb. Belə yerdə ümid ədəbiyyata qalır. Tək bir Nizami Gəncəvi çıxılsa, görün türkün-Azərbaycanın qədim tarixinin üstünə necə qatı bir zülmət çökər? Bu ənənəni də dəfələrlə qırıblar. Ümmətçilik, din birliyi, dövlət birliyiya qlobal düşüncə, dünyaya böyük güclərin pəncərəsindən baxmaqtarixi baş-ayaq çevirib. Bu ədalətsizliyə son qoymaq üçün milli tarixin ümumi mənzərəsi ilə yanaşı onun ayrı-ayrı zirvələri, böyük sənətkarlar, hökmdarlar və sərkərdələrimizin taleyi yazılmalıdır; onların bədii obrazı, şübhəsiz, tarixi reallıqlara uyğun, obyektiv şəkildə bütün ziddiyyətləriylə göstərilməlidir. Yunus Oğuz bu həqiqəti dərk etmişöz yazılarıyla milli məfkurə işinə xidmət etməyə çalışan bir qələm dostumuzdur. Bu baxımdan onunNadir şah” romanı tarixi əsərlərimiz arasında xüsusi yer tutur. Mən onun əsərlərinin təqdimatında çıxışlar eləmişəm. İndi ədəbi təhlil vermək niyyətim yoxdur. Şübhəsiz, bu baxımdan romanlarda çatışmazlıqlar, nöqsanlar da vardır. Lakin bu ayrı mövzudur. Əsas bu tipli əsərlərin yazılması və gənclərin diqqətinin bu şəxsiyyətlərə və tarixi olaylara çevrilməsidir. Oğuz xandan üzü bəri türk böyüklərinə ədəbi marağın artımı müstəqillik havasıyla daha da güclənmişdir. Bu təbiidir: milli şüura qida verir, gənclərin tərbiyəsində mühüm rol oynayır. Yunus Oğuz tarixi şəxsiyyətlərin bədii obrazlarını yaratmaqla yanaşı, həm də uzaq keçmişimizin elmi araşdırmasıyla məşğuldur. Bu baxımdan onun türkün gizlin tarixinə həsr etdiyi elmi əsəri ayrıca qeyd olunmalıdır. Əslində bu tarix gizlin deyil, gizlədilib, bizdən uzaq saxlanılıb. Düşmənlərimiz izimizi harda itirdiklərini, tarixi dəyərlərimizi harda, kimin adına çıxdıqlarını yaxşı bilirlər. Bizim yazarların tarixə müdaxiləsi tarixçi alimlər tərəfindən qısqanclıqla qarşılanır. “Diletantları elmə yaxın buraxmaq olmaz” deyirlər. Bu, prinsipcə doğru fikirdir, lakin tarixçi alimlər özləri milli tarixə yaxın düşə bilmirlərsə, siyasi konyukturanın və hakimiyyətlərin, iqtidarların diktə etdiyi tarix şablonlarının əsirinə çevrilirlərsə, yazıçı nə etməlidir ki? Ola bilsin, qədim tarixə işlək, geniş yol çəkmək imkanı yoxdur. Onda yollar bizim həqiqətlərdən yan keçir. Belə olanda yazıçı yolun əsirinə çevrilə bilməz. O öz xırda cığırıyla, amma düz hədəfə doğru gedirsə, buna qısqanmaq yox, sevinmək lazımdır. Çünki əsas məsələ bu tarix yolsuzluğundakı milli dəyərlərin tapılmasıdır. Bundan sonra yol çəkmək asandır. Yunus Oğuzun türkün gizli tarixi ilə bağlı araşdırmaları bu baxımdan dəyərli əsər olmaqla müəllifin maraq və araşdırma dairəsinin nə qədər geniş olduğunu göstərir. Yunus Oğuz Azərbaycanın müstəqil, tərəfsiz, milli maraqlara xidmət edən jurnalistikanın inkişafında da əməyini əsirgəməmişdir. O, millətə dövlətçiliyimizə bağlı olan əsl vətəndaş, etibarlı dost və gözəl insandır.

 

 

Sabir RÜSTƏMXANLI

 

525-ci qəzet.- 2010.- 22 iyul.- S.4.