ORALARDA KİMLƏR VAR: LİONEL
ŞRİVER
SƏNİN ANAN BİR ŞEYTANDI, YAVRUM
LİONEL ŞRİVER KİMDİR?
15 YAŞINDA ÖZÜNƏ KİŞİ ADINI
GÖTÜRDÜ
Lionel Şriver
İngiltərədə yaşayan
Amerikalı bir yazar. “KEVİN HAQQINDA DANIŞMALIYIQ” adında bir kitab yazaraq ortalığı
qarışdırmışdır neçə illər öncəsi.Çünki çocuğunu
sevməyən bir ananın romanıydı
bu. Romanı ABŞ və
İngiltərədə bir
çox nəşriyyatlar
çap etməyi rədd etmişdilər.Amma
kitab sonunda çap olundu və 2005-ci ildə Orange Ödülünü aldı.
Bir müddət öncə roman Türkcəyə
çevrildi. Bu vəsiləylə
yazarla bir sorğu aparılmışdır.
Yazarın əsl adı Marqaret Ann Shriver.
1957-ci ildə Cənubi
Karolinada çox dindar bir ailənin
uşağı olaraq
dünyaya gəlib. 15
yaşında adını
Lionel olaraq dəyişdirdi,çünki
hərəkətlərindəki kişi xüsusiyyətləri
daha artıq olduğundan, bu adı aldı. “Quardian” qəzetinə yazdığı bir yazıda, anaların uşaqları üçün
daima fədakarlıq eləməsini belə tənqid edirdi: “Uşaqlar məsum, kiçik qurbanlar deyildir. Mən 10 yaşındaykən atam anama doğum günündə bəzəkli
bir qutuda şokolod qutusu hədiyyə etdi. Anam da biz uşaqlara
– bir dənə götürə bilərsiniz,-dedi.Özü
yumru, kremli şokoladları sevdiyi üçün onlardan bizə vermədi.Amma mən ağladım, bağırdım, çağırdım,
illah da ki,o şokoladlardan istədim.Bunun səbəbi
də, o şokoladları
sevməyim deyildi, anam yeməsin deyə eləyirdim.Nəsə
ki, anamla atam mənə imkan vermədi.Hələ
də özümdən
utanıram.”
“UŞAQLARIN UŞAQ SAHİBİ OLMAMASI
LAZIMDIR”-DEYİRSİNİZ.COCUQ SAHİBİ OLDUĞU
ÜÇÜN SONRADAN PEŞMANLIQ ÇƏKƏNLƏR
ÇOX; AMMA, BUNU AÇIQ AYDIN SÖYLƏMƏKDƏN
ÇƏKİNƏNLƏR AZ. YƏNİ COCUĞUNU SEVMƏMƏK
MÜMKÜN! BİR QADININ ÖZ COCUĞUNU SEVMƏMƏSİ,
ÜSTƏLİK DƏ BU BARƏDƏ YERİ GƏLDİ-GƏLMƏDİ
DANIŞMASI VƏYA QƏLƏMƏ ALMASI QƏBUL EDİLMƏZ
BİR ŞEY VƏ SİZ KİTABINIZDA BUNU ELƏMİSİZ.
–Doğru,
üstəlik çox
da alqışlanılası
bir düşüncə
deyil.Amma həyatda belə şeylər olur.Günəşin altında
hər şey mümkün. Bu kitabı çap etdirdikdən sonra qəhrəmanım Üeva ilə eyni hissləri və eyni taleyi
paylaşan müxtəlif
qadınlarla tanış
oldum.
–ANALIĞI TƏBİİ BİR HALMI,YOXSA BİR BORC
OLARAQMI GÖRÜRSÜZ?
–Qadınların
ana olmaqdan və çocuklarını
sevməkdən başqa
yolları olmadığını
düşünsək, bu
çox qorxunc bir şey. Bu hətta onun uşağı baxımından
da çox zor bir şey.
Düşünsənizə: “SƏNİ
ANAN BELƏ SEVMƏZSƏ, KİM SEVƏCƏK?” O üzdən oxucular arasında ananın da, cocuğun da tərəfini saxlayanlar oldu. Kitabımın bu gün bü cür mübahisəli qarşılanmasından çox
məmnun oldum.
–BİR QADININ ANA OLANDAN SONRA PEŞMAN OLMASI
MÜMKÜNMÜ?
–Təbii
ki,çox mümkündür.
Ancaq uşaq doğuranlara, xüsusiylə
də analara belə bir haqq
verilmir və bu vəziyyət kəsinliklə bağışlanılmır.
Bir çox ana-ata “Cocuk olmasaydı həyatımız
necə olardı?”-deyə düşünməkdə
davam edirlər və qorxa-qorxa bəzən özlərini
günahkar kimi bilirlər. Mənim kitabım insanlara bu belələrinin olduğunu da söyləyir.Cocuklar da düşündüyümüz qədər də gic deyillər , “səni sevirəm canım” –deyə oxşamaq yerinə, bir çox ata-ananın həqiqi mənada öz uşaqlarını sevdikləri
də məlumdur.
–KİTABIN TAM 30 NƏŞRİYYAT TƏRƏFİNDƏN
RƏDD EDİLMƏSİ DOĞRUMU?
–İngiltərədə
30 yayımevi, Amerikada
da 20 ədəbiyyat ajansı tərəfindən
rədd edildim. Asan bir mövzu
deyildi bu. Xoşa gələcək xarakterlər
yaratmamışdım.Nə ana obrazından, nə də uşaq obrazından xoşları gəlmişdi.
Amma oxucular nə iş görəcəkləri bəlli
olmayan xarakterləri daha çox sevirlər.
–UŞAQLARINA HƏDSİZ DƏRƏCƏDƏ
BAĞLI “COCUQSEVƏR AİLƏLƏR” HAQQINDA NƏ
DÜŞÜNÜRSÜZ?
–Ailəm
hər zaman çox məşğul olduğu üçün
uşaqlığımda bir
az başına buraxıldım və çox faydasını gördüm. Hətta yazar olmamı belə buna borcluyam! Bir cocuğun özünü
sərbəst aparması
onun gələcək
xarakterinin bəzi ştrixlərini inkişaf
etdirir.Döyülmədim, stollara zəncirlənmədim
və itə atılan yeməklərdən
yemək məcburiyyətim
olmadı! Sərbəst
böyüdüm deyə
özümə yazığım
gələcək halım
da yox, gözəl
bir uşaqlıq həyatım olub.
–UŞAĞI OLMAQ QADINLAR ÜÇÜN BİR NÖV
HƏYAT MƏSƏLƏSİMİ?
–Həyatınız
daha anlamlı bir hala gəlsin
deyə uşaq sahibi olmağa qərar versəniz və bəzən bunun sonunda başqa
bir şeylər ortaya çıxsa, yaşamaq asan olmaz.Xüsusiylə də
gözlədiyinizdən daha
artıq fədakarlıq
eləmək məcburiyyətində
qalarsınız. Dünyaya
necə bir insan gətirəcəyinizi
də bilmirsiniz. Bu həqiqi bir qumar, məsələn, mənim ağlım kəsməyəcək qədər
böyük bir qumar.Bəlkə uşaq sahibi olsam həyatım
daha zəngin olacaqdı, bilmirəm. Amma bu qərarımdan
heç bir zaman peşman olmadım.
–DOĞAN HƏR QADIN ÇOCUĞUNU SEVMƏK MƏCBURİYYƏTİNDƏMİ?
–Sevginin boş yerdən qazanılan bir şey olduğunu düşünmək yanlış.
Mən şərtsiz sevgiyə inanmıram. Hamımız hər bir valideynin uşağı nə eləyir eləsin onu sevməyə davam edəcəyinə inanmaq istəyirik,amma mən bunun tərs üzünü də qəbul edən insanlardanam.
–YEVA ERMƏNİ KÖKLİ,ƏSİLLİ BİR
AMERİKALI VƏ KİTABDA DA TEZ-TEZ ERMƏNİ OLDUĞU
XATIRLANIR.
–Yevanın
erməniliyi keçmişindəki
qaranlıq atmosferi və xarakterindəki hüznü ifadə etməklə mən çox kömək etdi.Ermənilər Amerikadakı
digər etnik qruplardan təcrid olunmuş.Özlərinə qapalı
və bir-birinə çox bağlıdılar.
Və bu qədər işlər gördükləri halda, hələ də onları görmürlər-
deyə çox incikdirlər. Yevanın erməniliyi Türkiyədə
kitabın oxunmasına
edərmi ya da bəzi məsələlərə
yol açarmı? Adını xatırlamadığım
bir Türk yazar romanında erməni məsələsini
yazdığı üçün
məhkəməyə verilmişdi.
–İNANMIRAM. ELİF
ŞAFAKI DEYİRSİNİZ.HƏMİN YAZARIN UŞAQ
DOĞANDAN SONRA DEPRESSİYA HAQQINDA “QARA SÜD” ADLI BİR
ROMAN YAZDIĞINI BİLİRSİNİZMİ?
–Bilmirəm,
amma kitabının adı çox gözəldir.
KİTAB 1 MİLYONDAN ARTIQ SATILDI VƏ KİNOYA ÇƏKİLİR
Roman, 1 milyon
tirajdan artıq satıldı.Filmə çəkilməsi
düşünülür. Anne Yevanı ünlü
İNGİLİS AKTYORU TİLDA SVİNTON oynayacaq.
Romanın mövzusu belədir: Anne Yeva Khatchadourian bütün dünyayı gəzmiş,
yaşamağı sevən,
azad ruhlu, bacarıqlı və səyahət kitabları yazarı. Əri Franklinə də çox heyran. 30 yaşlarında Kevin adlı
bir uşaq doğur, ancaq oğluyla bir türlü yola getmir. Əri tərəfindən soyuq və ürəyi olmayan bir ana
kimi daima günahlandırılır.Amma Yeva oğlunu heç sevə bilmir və ona nifrət edir.Kevinin 15 yaşında
atasını, bacısını
və 7 məktəb yoldaşını öldürən
bir qatilə çevrilməsini Yevanın
məktubları vasitəsi
ilə öyrənirik.
Azərbaycanın tanınmış
yazıçı və
şairlərinə
eyni sualla müraciət etdim:
YAZILARINIZIN HANSI VARİANTDA ARXİVDƏ SAXLANMASINA
ÜSTÜNLÜK VERƏRSİNİZ :
1.Əlyazması və ya Kağızda
(Kitab vəya
qəzet variantında)
2.Elektron variantında
(Bilgisayar
və ona aid vasitələrdə)
Yaşar ( “525-ci qəzet”
in baş redaktor müavini) – Kağız variantında.
İradə Tuncay :
( “Ədalət” qəzetinin
baş redaktoru) : Bulqakovun bir sözü var : Əlyazmalar yanmır.O baxımdan kağız variantında.
Etimad Başkeçid
( şair-tərcüməçi) – Bu mövzu mənim üçün bir o qədər də aktual deyil.Və sizin üçün nə dərəcədə
aktualdı onu da bilmirəm. Buna görə də deyim ki, mən
adətən əlyazmaları
saxlamıram.Yazdığım yazılar kompyuterdə olur.Bir gün ora virus düşəndə
də pozulur gedir.
Aslan Qəhrəmanlı:
( Yazıçı- dramaturq)
– Mən yazılarımın
yalnız kitab variantında arxivləşməsinin
tərəfdarıyam. Çünki
o biri variantlarda daha tez məhv
olmaq və itib-batmaq təhlükəsi
var.
Zakir Fəxri
( şair) : Təbii ki, bütün əl yazılarını
arxivləşdirmək və
bütün əl yazılırını saxlamaq
qeyri-mümkündür.Amma mənə əziz olan bir neçə
yazım var ki,mən onları əl yazısında saxlamağı üstün
tuturam.Bunlardan ən başlıcası həbsxana
həyatından bəhs
edən əsərimdir
ki,onu yalnız əl yazısında saxlayıram və ümumiyyətlə arxivləşmə
işində yalnız
kitab mühüm olmalıdır.Ondan sonra gələn şeylərə
etibar etmək bir o qədər də düzgün deyil.
Azər Abdulla ( yazar)
–Arxivləşmə işində
bir o qədər də səriştəli deyiləm.Kompyuterdən istifadə
etməyi bacarsam da, yazılarımın arxiv məsələsinə
gələndə mənə
elə gəlir ki, çap olunmuş vəziyyətdə,yəni
kitab kimi qalmağı daha etibarlı olmalıdır.
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 24 iyul.- S.23.