Bizim müəllim

 

Hamı onu gözəl aktyor, rejissor kimi tanıyır. Çəkildiyi çəkdiyi filmlər Azərbaycan mədəniyyətinin minillik yaddaşına əbədi həkk olunub. Çünki çəkildiyi çəkdiyi ekran əsərlərində o, yalnız yalnız özünü yaradıb, özünü oynayıb. Elə bu özünəoxşarlıq da onu hamıdan fərqləndirib. Onun adı gələndə hamı ilk öncəBəxt üzüyü”nü yada salır. Amma mən təəssüf ki, bu gün o qədər üzdə olmayanPirverdinin xoruzufilmini onun şah əsəri adlandırardım. Çünki məhz həmin o qısametrajlı filmlə o, milli kinomuza yeni estetika, yeni rejissura, yeni aktyor oyunu, yeni kamera görümü (bu yeniləri xeyli sadalamaq olar) gətirdi. Dünya kino tarixində italyan, fransız, hind, gürcü... filmi anlayışı var. Əgər mənəAzərbaycan filmi necə olmalıdırsualını versəydilər, tərəddüd etmədənPirverdinin xoruzu”nun adını çəkərdim. Bu film necə deyərlər, təpədən-dırnağa Azərbaycan filmidir. Hətta deyərdim ki, bu film müəyyən mənada bu vaxtacan yaranan bundan sonra yaranacaq böyük Azərbaycan kinosunun maketidir. Bu filmdə rejissorun Mirzə Cəlillə tandemi demək olar ki, bütünlüklə alınıb. Bəli, vizual sənət onun nəfəsidir desək, məncə mübaliğəyə qəti yol vermərik. Bir vaxtlar hamı onu həm qeyri-rəsmi olsa Azərbaycanın bir nömrəli masabəyisi kimi tanıyıb. O, necə deyərlər, adi toyları hardasa tamaşaya, filmə çevirə bilən bir masabəyi olub. O, özü masabəyiliyi sənət hesab eləyir, həm ən ağır sənət. Onun ilk tammetrajlıBəxt üzüyüfilmi artıq nəinki tamaşaçıların sevə-sevə baxdığı, hətta məişətimizə daxil olan bir filmdir. Məncə, filmin alınmasının bir göstəricisi onun tamaşaçı yaddaşında həmişəlik qeydiyyata düşməsidir. Yəni,tamaşaçı həmin filmə baxmadığı anlarda belə həmin film onunladı. Deyəsən, bir qədər qəliz cümlə oldu, indi aydınlıq gətirərəm. Belə ki, çox az Azərbaycan filmi var ki, biz adi söhbətlərimizdə onlardan iqtibaslar gətiririk. “O olmasın, bu olsun”, Arşın mal alan”, “Uzaq sahillərdə”... Bu sıraya heç şübhəsiz ki, “Bəxt üzüyü”nü aid etmək olar. Bəlkə bütün bunları sadalamağıma, yada salmağıma heç ehtiyac da yox idi. Çünki bütün bunları çoxları bilir. Amma bütün bunları yazmağa, xatırlatmağa məni bir məqam sövq etdi. Bütün bunları çoxları bilsə bəlkə çoxları bilmir ki, o həm müəllimdi: mənim, bizim, çoxlarının müəllimi. bu həftə biz – Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alan tələbələr onunmüəllimimizin ad gününü qeyd etdik. Təbii ki, həmin gün o, özü bizimləydi. Biz bir xeyli həyatdan, sənətdən danışdıq. Bəli, o, bizə təkcə sənəti yox, həm həyatı anladır. Bir ki, həyat özü bir sənət, sənət özü bir həyatdır. Əgər məndən soruşsalar ki, müəllim necə olar, fikirləşmədən onu nişan verərdim, onun adını çəkərdim. Yeri gəlmişkən, düzdü, çoxları artıq söhbətin kimdən getdiyini bilsə deyəsən artıq onun adını çəkməyin vaxtıdı. Əlbəttə ki, o insan Azərbaycanın xalq artisti, mənim, bizim müəllimimiz Ramiz Əzizbəylidir.

 

 

Gündüz ƏLİYEV,

ADMİU-nun I kurs tələbəsi

 

525-ci qəzet.- 2010.- 24 iyul.- S.17.