Həmişə Söz Bazarlığında!

 

SAZLI-SÖZLÜ BİR GÖRÜŞÜN TƏƏSSÜRATLARI

 

Günlərin bir günündədəlibaşşair dostumuz Anar Amin zəng elədi. Telefonun yaşıl düyməsini basıb Anarın səsi üçün qulağıma yol açmağıma peşman oldum. “Alodeməyə macal tapmamış Anar salam-kəlamsız qışqıra-qışqıra şeir oxumağa başladı:

 

kamanım mənim, udum mənim,

Ağlama, ağlama Mövludum mənim.

 

Arxasınca da Anaranə bir şaqqanaq.

Hardasan?

Evdə

– A kişi, gün qalxıbdı günortanın belinə, ev nədir, ay qardaş. Gəl, gedirik qağagilə.

Yazar dostların kimə qağa dediyini yaxşı bildiyimdən harda görüşəcəyimizi dəqiqləşdirib, evdən çıxdım. Yolboyu onun barəsində fikirləşib, uşaqlıq yaddaşımın dəryasına baş vurdum.

, deməli, mən Zəlimxan Yaqubun şeirlərini əzbər biləndə heç hərf tanımırdım. Bizlərdə uşaqlar əlifbadan kitablardan əvvəl aşıq şeirini, sazı öyrənirlər. “Divani”dən dünyanın yaranışını, “Dübeyti”dən dağların əzəmətini, “El Havası”ndan, köçəri türklərin içinin dərinliyini, “Orta Sarıtel”dən sevgisiz qəlblərə eşq çiləməyin yollarını, “Yanıq Kərəmi”dən yanmağın-alışmağın qorxulacaq bir şey yox, əksinə, hər igidin ulaşamayacağı bir səadət olduğunu, “Müxəmməs”dən insanın öz sonunu belə bağrına basması, qucaqlaması gərəkdiyini öyrənmişik.

Elə həmin əlifba bilməyən filosof olduğum dövrlərdə Aşıq Xanlar MəhərrəmovunCəlilihavası üstündə xırıltılı səslə oxuduğu şeir yaddaşıma hopmuşdu:

 

Gedirəm, ay dağlar, salamat qalın,

Dönüm başınıza, yar amanatı.

Odur dövlətim , odur varım da,

Dövlət amanatı, var amanatı.

O, misranı xalça kimi toxuya bilir:

Qəriblər dilində yazdığım əsər

Durnanın saldığı lələkdən gəlib.

 

O türklərin qədim yaddaşına baş vuruban ordan qopan hayqırtını şeirə düzə bilir:

 

Ayaz nədir, şaxta nədir, bürkü ?

qorxudar haqq yolunda türkü, ?

Birə düşsün düşmənlərin kürkünə

Dəniz kimi çalxalan türk, çalxan türk!

Döyüşən türk, oyanan türk, qalxan türk!

 

O, irfan şeirinin Yunus Əmrəvari nəfəsini ala bilir:

 

Gözüm nəmin yuvası,

Könlüm qəmin yuvası,

Can sitəmin yuvası,

Ələmdən, yasdan gəldim.

 

 

lll

 

Suya döndüm, içildim

Yola döndüm, keçildim

Gülə döndüm, açıldım,

Oldum gülüstan gəldim.

 

Onun içi sevgiynən, eşqnən doludur:

 

Bilmirəm səndə yenə

Yersiz darılmaq nədir?

Düşüb dumana, çənə,

Yolda yorulmaq nədir?

 

Sevincdən üz döndərib

Qəmə vurulmaq nədir?

Kökdən düşüb susmağın

Vallah nahaqdır, nahaq...

Hər şey gözəl olacaq.

 

Elə bu duyğular üstündə köklənib Anar Aminlə görüşüb getdik şairin evinə. Bizi çox böyük sevgi sayğıynan xüsusi hörmətnən qarşıladı. Hamımızaömrüm-günümdeyə müraciət edirdi. Bu əzizləməynən bizi uşaqlıqda nənə-babamız əzizləyərdi. Kədərli sözdür: Ömrüm-günüm.

Sazdan, sözdən eşqdən, sevgidən şeirdən şairanə nəsrdən danışdıq. Bizim xahişimizlə məclisə telli saz təşrif buyurdu. Çox qədim havalar ifa elədi. Pir Sultan Abdaldan, Qaracaoğlandan, Dadaloğlundan, Yunus Əmrədən, Aşıq Ələsgərdən şeirlər oxudu. Bizi saz suyuna çəkdi elə bil. Dedi ki, təmizlənin, ay “ömrüm-günümolan cüvəllağılar, sizi qarşıda bu şəhərnən savaş gözləyir. Haqqınızı yeyəcəklər, sözünüzü kəsəcəklər, əlinizə su tökməyə yaramayanların ayağına verəcəklər sizi. Saz suyuna çəkilib təmizlənin, güclənin, qaya kimi sərt olun ki, dost baxıb fərəhlənsin, düşmən dəyib çilik-çilik olsun!

Zəlimxan müəllim sazla bizi uzaqlara apardığı məqamda kürəkəni nəvəsi gəldilər. İndi yazacağım səhnəni ömrüm boyu unutmayacağam. Şair çalğısını yarımçıq kəsmədən ayağa qalxdı, əvvəlcə kürəkənini, sonra da dünya gözəli cuppulu nəvəsini öpdü. Bütün bunlar zamanı isə sazı əlindən yerə qoymadı çalğını yarımçıq saxlamadı.

Aha, əsas məsələ elə budur. Zəlimxan Yaqub Milli Məclisin deputatı olanda da, Fransada Viktor Hüqonun ev muzeyini ziyarət edəndə , Cenevrəni, Münheni gəzəndə içindəki qədim saz səsini qoruyub-saxlayıb. Budur onu millətə sevdirən, insanların gözündə göylərə qaldıran. O, həmişə içindəki saz səsinə qulaq asıb. Heç saz da adama yalan danışarmı? Markes niyə Markes oldu? Çünki o, Latın Amerikasının ispan-ərəb folklorundan çıxdı, Çingiz Aytmatov niyə 20-ci əsrin ikinci nəhəng yazıçısı oldu? Bunun səbəbiniManasda axtarmalıyıq. Eləcə qurban olduğum İsa Muğanna! O nağıl şirinliyindən çıxıb, saz-dastan tematikasına baş vurduğuna görə dahidir. Zəlimxan Yaqubun da yazdıqları, özü demiş, “saz dilindədir”, o səbəbdən ədəbiyyatda öz qalasını tikə bilib.

Evindən ayrılanda hamımıza yenicə çapdan çıxmış ikicildliyini Rüstəm Kamalın onun haqqında yazdığıZəlimxan Yaqubİnanc İşığıkitablarını bağışladı. Qapıdan çıxanda zarafat elədi:

Elə bil bazarlıqdan qayıdırsınız.

Hamımız gülüşdük. Doğrudan da biz bazarlıqdan qayıdırdıq. Söz bazarlığından! bu bazarlıqdan hər iki tərəf qazancnan çıxır. Həmişə bazarlıqda!

 

 

Mövlud MÖVLUD 

 

525-ci qəzet.- 2010.- 29 iyul.- S.4.