““Ümid yeri”ndə yaddaşa səyahət

 

Keçən ay Almaniyanın Ştutqart şəhərində ilk təqdimat mərasimi keçirilənÜmid yerifilmi bugünlərdə Gənc Tamaşaçılar Teatrında Azərbaycan ictimaiyyətinə təqdim olundu. AlmaniyanınZudistmedicagentur e.K AzərbaycanınSalnaməsənədli filmlər studiyasının birgə istehsal filmin rejissoru ssenari müəllifi əslən Cənubi Azərbaycandan olan Almaniya vətəndaşı Müjgan Əhraridir etdiyi (məşhur Azərbaycanlı rəssam İbrahim Əhrarinin qızı). Əsas çəkilişləri Göygöl rayonunda Hacıkənd qəsəbəsində aparılan filmin qəhrəmanları bir vaxtlar həmin bölgədə məskunlaşıb, sonradan Qazaxıstana sürgün edilən almanəsilli insanlardır.

Filmdə vaxtilə Azərbaycanın qədim rayonlarından biri olan Göygöldə salınan alman məskənlərindən, eyni zamanda bu gün həmin ərazilərdə yaşayan   Azərbaycan vətəndaşlarının həyatından bəhs olunur. Bu ekran əsərində həmçinin Azərbaycan alman mədəniyyətləri qarşılıqlı şəkildə nümayiş etdirilir.

Əlbəttə, bu cür filmlərin ərsəyə gəlməsi istər dövlərlətarası münasibətlərin inkişafı, istərsə mədəniyyətimizin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından son dərəcə təqdirəlayiqdir. “Ümid yerifilmində bir vaxtlar almanların deportasiya edildiyi bu yerlərdə bu gün məhz Ermənistanın təcavüzü nəticəsində Qarabağdakı yurd yerlərindən didərgin düşən qaçqınların yerləşməsinin nümayiş etdirilməsi Azərbaycan həqiqətlərinin Avropaya çatdırılması istiqamətində görülən əməli kimi çox dəyərlidir. Maraqlı bir cəhət ondan ibarətdir ki, həmin insanlar alman mədəniyyət nümunələrini olduğu kimi qoruyub saxlayaraqHelenendorfa gələn almanlara çox xoş səmimi münasibt bəsləyirlər.

Filmdə Azərbaycanın xalq mahnılarından yüksək professionallıqla istifadə olunması da musiqi mədəniyyətimizin dünyaya təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Bundan başqa Azərbaycanda bu gün fəaliyyət göstərən alman mədəniyyət mərkəzinin, eləcə alman mədəniyyət nümulərinin olduğu kimi qorunması Azərbaycan xalqının bəşəri dəyərlərə necə həssaslıqla yanaşmasını bir daha sübuta yetirir.

Filmin əsas qəhrəmanı olan 16 yaşlı Sara nənəsinin müşayiəti ilə bir zaman ulu babalarının yaşadıqları yerləri heyranlıqla gəzir. Bu adi gəzinti deyil, bu almanların öz yurduna, keçmişinə, ulu babalarına bəslədikləri böyük ehtiramın təcəssümüdür. Bu ehtiram həm bizim kimi unutqan bir xalq üçün nümunə ola bilər. Bu gün bir alman təqribən 200 il bundan əvvəl babasının məskunlaşdığı bir ərazini axtarıb tapırsa, bizim öz torpaqlarımızda yerləşən mədəniyyət mərkəzlərini, tarixin daş yaddaşı olan qəbirüstü abidələri, memarlıq inciləri sayılan qədim evləri qoruyub saxlamaq, davamlı surətdə o yerləri ziyarət etmək həm haqqımızdır, həm borcumuzdur.

İxtiyar yaşlı nənə iki əsr bundan qabaq baş verənləri tarixi faktlarla öz nəvəsinə nəql edir. Heç şübhəsiz, zaman gələcək, Sara da nənəsindən eşitdiklərini öz övladlarına danışacaq beləcə uzun bir dövr tarixə çevriləcək. Eyni zamanda həmin xatirələr yaşandıqca sovet imperiyasının irtica siyasəti, Azərbaycanın isə necə vətənpərvər, qonaqpərvər, bəşəri dəyərlərə mədəni irsə necə həssaslıqla yanaşan bir ölkə olduğu bir daha öz təsdiqini tapacaq.

Bu 1 saat 22 dəqiqəlik filmdə həm böyük bir Azərbaycan sevgisi var. Filmin operatoru Ayxan Salar, montaj edəni Branka Pavloviçdir. Filmin musiqi tərtibatı Emin Məmmədova Sayalı Dadaşa məxsusdur, icraçı direktor isə Azad Axundovdur.

 

 

Ruslan HERAYEV,

 

Ramin CƏFƏROV

 

525-ci qəzet.- 2010.- 1 iyun.- S.7.