Musiqiylə və Polşa sevgisiylə döyünən böyük
Ürək
Polyak milli musiqisinin klassiki, dünya şöhrətli
bəstəkar Friderik
Şopen 1810-cu ildə
Varşava yaxınlığındakı
Jelyazova Volya qəsəbəsində anadan
olub. Şopenin doğum tarixi haqqında müxtəlif fikirlər söylənilir.
Sənədə inansaq
ensiklopediyada 22 fevral
1810-cu il göstərilir.
Amma Şopen öz doğum gününü 1 mart 1810-cu il
hesab edir. Rəsmi sənədlərdə
onun 22 fevralda dünyaya gəldiyi və xaç atası qrafina Skarbekin oğlunun olması nəzərdə
tutulduğundan 23 apreldə
xaç suyuna çəkildiyi göstərilir.
Şopenin atasının
yaddaşı zəif
olduğundan oğlunun
dəqiq doğum tarixi yadında qalmır. Dəqiq tarixi yada salmaq
üçün uzun bir hesablama aparır.
Doğum və xaça salınma sənədlərində də
Friderikin soyadı səhv olaraq: Chopin əvəzinə bir yerdə Chopyn, başqa bir yerdə Choppen yazılıb.
Şopenin anası
Yustina Kşijanovska polyak, atası Nikolay Şopen fransız idi.
Nikolay Şopen
Napoleon ordusunda xidmət
etməməkdən ötrü
Lotarinqidən Polşaya
gəlir və burada qalır. Əvvəlcə ev müəllimi, sonra isə liseydə fransız dili və ədəbiyyatından
dərs deyir. Yustina Kşijanovska uzaq qohumu qrafina
Skarbekin iqtisadçısı
olub.
Friderikdən başqa
evdə onun 3 bacısı da böyüyürdü.
Şopenin atası
skripka və fleyta, anası isə fortepiano çalır
və mahnı oxuyurdu.
Nikolay Şopenə
liseydə müəllimlik
təklif edildiyindən
Friderik doğulandan bir neçə ay sonra ailə Varşavaya köçür.
Hələ 5 yaşında
olarkən o, fortepianoda
kiçik pyesləri çalmağa başlayır.
Fortepianoda çalmağı
əvvəl anasından
və böyük bacısı Lüdvikadan öyrənən Friderikin
sonra isə müəllimi çex pianoçusu və bəstəkarı Voytsex Jivni olur. 7 yaşında
ikən Şopen Varşavanın kübar salonlarının sevimlisinə
çevrilib və ilk
dəfə konsertlə
çıxış edir.
Elə həmin vaxt Friderikin ilk əsərləri – fortepiano üçün
polonez və nəfəs alətləri
orkestri üçün
marşı çap olunur. Onu “Polşanın
Motsartı” adlandırırdılar.
O zamanlar
Varşavanın musiqi
həyatı çox
qaynar idi. Şopen dünya musiqisinin ən yaxşı əsərlərini
gözəl sənətkarların
ifasında eşidə
bilirdi. Polşaya konsert verməyə gələn dahi italyan skripkaçısı
Nikkolo Paqanininin ifası Şopenə çox güclü təsir bağışlamışdı.
Şopenin uşaqlıq
və gənclik illərinin ən dərin musiqi təəssüratları polyak
xalq musiqisi ilə bağlıdır.
Jelyazova Volyada öz lisey yoldaşlarının
malikanələrində Şopen
polyak musiqisini ehtirasla dinləyirdi.
1826-cı ildə
o, Varşava liseyini uğurla bitirib, konservatoriyaya daxil olur. Burda Şopen
məşhur polyak bəstəkarı, konservatoriyanın
rektoru Elsnerdən dərs alır. 1829-cu ildə Şopen konservatoriyanı bitirir və gözəl pianoçu və istedadlı bəstəkar
kimi tanınır.
Professor Elsner
ilə birlikdə Şopen 1829-cu ildə Vyanaya gedir. Bu musiqi beşiyinin Kral Opera binasında iki böyük konsert verərək böyük uğurlar qazanır. Polşanın ən böyük pianoçusu və bəstəkarı kimi qəbul olunur.
1829-30 cu illərdə
o çoxlu sayda
mazurka, nöktürn, vals
və etüdlər yazır.
1830-cu ildən
qəlbini Polşaya buraxaraq Vyanaya gəlir. Burada 8 ay yaşadıqdan sonra,
1831-ci ilin sentyabrında
Parisə gedir.
Taleyin acı hökmü ilə Friderik Şopen 21 yaşında vətənindən
əbədi ayrılır.
Vətəndən ayrılandan
bir neçə həftə sonra Polşada rus çarizminə qarşı
üsyan başlayır.
Doğma Polşanı
qızğın məhəbbətlə
sevən Şopen vətənə qayıtmaq
istəyir. Lakin Varşavada “Vətənsevərlər
Dərnəyi”nin “Azadlıq
hərəkatı’” sənət
cəbhəsi qrupunu dəstəklədiyindən biri
oduğuna görə,
qohumları onu fikrindən daşındırır
və ömrünün
sonuna qədər vətənə qayıda
bilmir. Vətənin taleyi barədə həyəcanlı düşüncələr
onu tərk etmir.
Şopenin atası
üçün Polşa
ikinci vətən idisə, Fransa da onun özü
üçün ikinci
vətən olur. Ömrünün qalan hissəsini Fransada keçirir, lakin əsərlərində əsl
polyak olaraq qalır.
Şopen tədricən
Avropanın ən yaxşı ifaçılarından
və bəstəkarlarından
biri olur.
Paris o zaman
bütün dünya mədəniyyətinin mərkəzi
idi. Görkəmli yazıçılar, rəssamlar,
bəstəkarlar, pianoçular,
müğənnilər Parisə
yığılmışdılar. Yazıçılardan Balzak,
Hüqo, Jorj Sand, bəstəkarlardan Berlioz, Meyerber
Parisdə yaşayıb
yaradırdılar. Alman
şairi Heyne, polyak şairi Mitskeviç, italyan bəstəkarları Rossini, Bellini,
macar bəstəkarı
və pianoçusu
List uzun illər Parisdə yaşayıb. Bunların sırasına
o illərin ən parlaq simalarından biri – Friderik Şopen də əlavə olunur.
Az vaxt içərisində o, Mitskeviçin
yaxın adamına çevrilir, Heyne ilə mütəmadi görüşür, məşhur
fransız rəssamı
Delakria və Listlə, Berliozla dostluq edir. Şopenin
Parisdəki ilk konserti
uğurla keçir.
Polşanın taç
taxmamış kralı
olarak da xususi qeyd olunan
Prins Çartoriski ilə həyat yoldaşı Prinses Çartoriska Şopeni tez-tez qonaq edirlər.
Şopenin həyatında
Çartoriski ailəsinin
önəmli bir yeri vardır. O, Parisin zəngin evlərində həm pianoçu, həm də müəllim olaraq qəbul olunmağa başlayır.
Şopen Almanyanın
Drezden şəhərinə
bir dost ziyarətinə
gədərkən, orada
Polşa qrafı Vodzinskinin 16 yaşındakı
qızı gözəl
Mariyaya aşıq olur. Lakin Mariya
ilə evlənmək
ona qismət olmadı. Mariyanın ailəsi müəyyən
səbəblərə görə
bu evliliyə mane olurlar.
Bu üzüntü
onu Avrora Düdevand (qızlıq soyadı Düpen olub) – Jorj Sand adlı Fransız yazıçısının qolları
arasına atır.
Şopen Jorj Sandla 8 il (1836-1844) birlikdə yaşadı.
O, həyatının ən
xoşbəxt və ən ağır məqamlarını məhz
bu qadınla keçirib. Bu illərdə
Şopen ballada və prelüdlərini dünyaya gətirir. Özünün ən gözəl, şah əsərlərini yaradır.
1844-cü lin
axırlarından vərəm
xəstəliyinə tutulan
Şopenin səhhəti
getdikcə pisləşir.
Ən yaxın dostu Yan Matuşinski
və atası Nikolayın ölümü
Frideriki sarsıdır.
J.Sandla ayrılması
da ona ağır
zərbə olur. Şopen ömrünün
son 2 ilinin, ancaq sonuncu aylarında iki mazurka yazır. Maddi vəziyyəti də get-gedə ağırlaşır.
1848-ci ildə
Şopen dostlarının
dəvətilə İngiltərə
və Şotlandiyaya gedir və 1848-ci il noyabrın 16-da Londonda son konsertində çox böyük uğur qazanır. Bu konsertdə o, çoxlu qüvvə sərf edir. İngiltərənin
rütubətli iqlimi ona pis təsir
göstərir. Həkimlər
onun dərhal ölkədən getməsini
məsləhət görürlər.
Noyabrın 23-də o, Parisə
qayıdır. Dostları
onu güclə tanıyır. 1849-cu ilin yaz və yayı
Şopenin vəziyyəti
yüngülləşir. Onun
xahişilə böyük
bacısı Lüdvika
qızı ilə qardaşının yanına
gəlir. Onlar Şopenin vəfatınadək
onun yanında qalırlar.
Şopen 1849-ci il
oktyabrın 17-də vəfat
edir və Parisin Per-Laşez qəbiristanlığında dəfn
olunur. Onunçün
təntənəli dəfn
mərasimi keçirilir.
Mərhumun vəsiyyəti
ilə cənazəsi
üstdə Motsartın
“Rekviyem”i çalınır.
Orqanda Şopenin mi
minor və si minor prelüdləri ifa olunur. Orkestr onun si bemol
minor sonatasından “Matəm
marşı”nı ifa
edir. Cənazə məzara endiriləndə
dostları Şopenin Varşavadan gətirdiyi torpağı qəbrinə
səpirlər. Şopenin
vəsiyyəti ilə
ürəyi Polşaya
aparılır və indiyədək Varşavadakı
“Müqəddəs Xaç
Kilsəsi”ndə saxlanılır.
II Dünya müharibəsində
faşistlər ürəyi
götürüb aparırlar.
Sonradan iki dövlət arasındakı
razılaşmaya əsasən
Şopenin ürəyi
yurduna, öz əvvəlki yerinə gətirilir və qorunur.
Vətənini və musiqini sonsuz ehtirasla sevən Şopen bütün zamanların ən böyük bəstəkarı
və ifaçısı
kimi tarixdə əbədi yer tutur.
Rəfail TAĞIZADƏ
525-ci qəzet.- 2010.- 1 iyun.- S.7.