Ağcabədidə III Kitab Bayramı
Ağcabədi şəhərində rayon mədəniyyət
və turizm şöbəsinin təşkilatçılığı
ilə III Kitab bayramı keçirilib. Tədbirdə
mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru İradə Allahverdiyeva, Qarabağ Muğam Mərkəzinin direktoru Aydın Məmmədov, şair Tahirə İsaqızı
və başqaları
çıxış edərək
kitabsevərləri əlamətdar
bayram münasibətilə
təbrik ediblər. Çıxışlarda son illər ölkəmizdə
kitabxana sahəsinin inkişafına göstərilən
dövlət qayğısından,
bilik mənbəyi olan kitabın əhəmiyyətindən, onun
insan şüuruna, cəmiyyətin tərəqqisinə,
insanın mənəvi
aləminə müsbət
təsirindən söz
açılıb. Tədbirdə
“Sən elə bir zirvəsən”, “2010-cu
il Ekologiya İlidir”, “Kitabxanamız dövri mətbuatda”, “Ağcabədi yazarları”,
“Muğamın sehri”,
“Yaddan çıxmaz Qarabağ”, “Nağıllar
aləmində” və
digər mövzularda
1000 nüsxədən çox
kitab nümayiş olunub. Oxucuların və kitabxana
işçilərinin əl
işlərindən ibarət
sərgilər təqdim
edilib. Kitab bayramında məktəblilər
müxtəlif mövzuda
şeirlər söyləyiblər,
mahnılar ifa ediblər, səhnəciklər
göstəriblər. Tədbir çərçivəsində gənc şairlər Məhsəti Musa və Gündüz Sevindikin yeni çapdan çıxmış
kitablarının təqdimatı
da olub.
SARA
525-ci qəzet.- 2010.- 2 iyun.-
S.7.