İşıq adamı” – Nəriman Əbdülrəhmanlı yaradıcılığına bir baxış

 

Tanınmış ədəbiyyatşünas Sabir Bəşirovun yeni nəşr olunanİşıq Adamıkitabı Azərbaycan ədəbiyyatında ötən əsrin 80-ci illər nəslinə mənsub dəyərli qələm adamlarından biri, istedadlı nasir, kinodramaturq, publisist tərcüməçi Nəriman Əbdülrəhmanlıya həsr edilib.

Kitabın girişində N.Əbdülrəhmanlının tərcümeyi-halı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələri haqda məlumat verilsə , Sabir Bəşirovun fikrincə, işıqlı bir insanı ətraflı anlatmaq üçün onun tərcümeyi-halı o qədər yetərli deyil:Tərcümeyi-hal ömürlük statistikadır, rəqəmlərdən, faktlardan ibarətdir. Ancaq heç bir rəsmi statistika reallığı bütünlüklə əks etdirmədiyi kimi, bu faktlar rəqəmlər demək olar ki, çox az şey ifadə edir”.

Kitab müəllifi N.Əbdülrəhmanlıya xas cəhətlərin dolğun təsvirini verib, onun yüksək mədəniyyətə, tükənməz yaradıcılıq meylinə malik olduğunu qeyd edib.

S.Bəşirov kitabda N.ƏdülrəhmanlınınYelçəkən”, “Çıxış”, “Gecələmə”, “İşıqsız”, “Kiçi qırığı”, “Gələn adam”, “Kəpənək”, “Şeytan mövsümü”, “Cümə axşamı”, “Gözəl kişi”, “ bayraq son illərdə qələmə aldığıQapı”, “Təsadüfi adamhekayələrinə münasibətini bildirib, bu əsərlərin fərqli keyfiyyətləri barədə fikirlərini bölüşüb: “Nəriman Əbdülrəhmanlının təsvir etdiyi insanların çoxu bəxtsiz, talesiz, dönəlgəsi dönənlərdir. Onun nəsri zərif, kövrək, həddindən artıq duyğulu insanların həyatını əks etdirir”.

Könül elçisi yaxud da tarixin gizlədiyi sirrİntihara aparan yoloçerklərində S.Bəşirov N.Əbdülrəhmanlının romanlarından söhbət açıb: Könül elçisiəsəri Oruc bəy Bayat haqqında ilk tarixi roman olmaqla yanaşı, həm bir sıra məsələlərə aydınlıq gətirdi. 2005-06-cı illərdə N.Əbdülrəhmanlının iki romanı çap olundu. ƏvvəlYalqız”, sonraKönül elçisi”. Tamam ayrı mövzularda, fərqli üslublarda yazılsa da, hər iki romanı birləşdirən bir qırmızı xətt var: TƏNHALIQ!” Sabir Bəşirov yazıçınınYalqızromanını 80-ci illər ədəbi nəsli üçün elegiya adlandırıb.

Kitaba daxil edilənSözün yeddi çalarıyazısında N.Əbdülrəhmanlının hələ çap olunmayan eyniadlı kitabından bəhs edib. Qaraçöp mahalında işlənən bir neçə min sözün izahlı lüğəti olan bu kitabdakı sözlərə əslində yazarın əsərlərində tez-tez rastlandığını vurğulayıb: “Əsərlərində tez tez rast gəldiyimiz, qədim türkcəmizin çalarlarını qoruyub-saxlayan o sözləri yenidən milli dil xəzinəmizə qazandırmaq özü təqdirəlayiq ziyalı təəssübkeşliyidir”. S.Bəşirov N.Əbdülrəhmanlınıyazıçısözünün yazıçı statusununu sanbalını həmişə dəyərləndirən qələm sahiblərindən olduğunu diqqətə çatdırıb, sənədli nəsrdə uğurlar qazandığını qeyd edib: Onun qələmindən çıxanTale kitabı”, “Yaddaşlarda yaşayan insan”, “Ömrün əlli məqamı”, “Bir ömür haqqında hekayətəsərləri konkret insan materialından yaranıb, həyatımızın bu digər sahəsində nüfuz qazanmış, ömrü əmmlləri başqalarına örnək olacaq şəxsiyyətlərin yaşantılarını ifadə edir”.

N.ƏbdülrəhmanlınınQaraçuxası yatan adam”, “Darıxan adam haqqında etüd”, “Qoşa portret”, “İsa İsmayılzadə, yaxud Sözün rəsmi”, “Tökülən yarpaqların qoxusu”, “Tanqoölüm oyunu digər oçerkləri barədə söz açan ədəbiyyatşünas bu yazıları publisistikanın dəyərli nümunələri kimi xarakterizə edib.  

Yaza bilmədiyim yazılarda N.Əbdülrəhmanlının tərcümə etdiyi əsərlərin əhəmiyyəti vurğulanır. “Bir nakam sevgiZamanın verdiyi haqqoçerklərində isə yazıçının ekran dramaturgiyası ilə bağlı yaradıcılığı diqqət mərkəzindədir.

 

 

GÜNEL 

 

525-ci qəzet.- 2010.- 2 iyun.- S.7.