Bakıda Rusiya Kinosu Günləri başlayıb

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində Mədəniyyət Turizm Nazirliyi Rusiya Kinosunun İnkişafına Dəstək Fondunun birgə təşkilatçılığı ilə Rusiya Kinosu Günlərinin açılışı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin Kino departamentinin rəisi Cahangir Məmmədov iyunun 1-5-də Bakı tamaşaçılarının Rusiya kinematoqrafçılarının son illər çəkdikləri beş filmə baxmaq imkanına malik olacağını bildirib.

 Rusiya Kinosunun İnkişafına Dəstək Fondunun baş direktoru Mixail Alekseyev çıxışında Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin qədim tarixə malik olduğunu, uğurla inkişaf etdiyini vurğulayıb.

Tanınmış Rusiya kinodramaturqu Vladislav Romanov ssenari müəllifi olduğu “Əlvida, doktor Çexov!” filminin çəkilişlərindən söz açıb: “ Çexovun arxivi üzərində işləmək bu yazıçı barədə təsəvvürlərimi tamamilə dəyişdirib və filmdə məhz bunları göstərməyə çalışmışam”.

 Sonra rejissor Yevgeni Sokolovun “Əlvida, doktor Çexov filminə baxış olub.

 

 

Sara

 

525-ci qəzet.- 2010.- 3 iyun.- S.7.