“Mənim nəğməkar ürəyim”
Yazıçılar Birliyində
təqdim edilib
Azərbaycan Yazıçılar
Birliyində şair-publisist
Hacı Cabir Xəlifəzadənin anadan
olmasının 75 illiyi
və “Mənim nəğməkar ürəyim”
kitabının təqdimatı
keçirilib. Bu barədə birliyin mətbuat katibi, şair Ədalət Əsgəroğlu məlumat
verib. Birliyin katibi, xalq şairi
Fikrət Qoca tədbiri açaraq, əlamətdar gün münasibətilə Yazıçılar
Birliyi İdarə Heyətinin yubilyara ünvanlanmış təbrik
məktubunu oxuyub.
Tədbirdə şair Ədalət
Əsgəroğlu, tənqidçi Vaqif Yusifli və başqaları
çıxış edərək 13 kitabın müəllifi
Hacı Cabirin işıq üzü görən yeni toplusunda
anaya, vətənə, övlada, Qarabağ hadisələrinə
həsr olunmuş şeirlərin sənətkarlıq
baxımından kitabda verilmiş digər poeziya nümunələrindən
fərqləndiyini bildiriblər.
Yubilyar tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirib.
SARA
525-ci qəzet.-
2010.- 3 iyun.- S.7.