Dubaymüasir dövrün möcüzəsi

 

(əvvəli ötən sayımızda)

 

Dubaya səyahət edənlərin baş çəkdikləri ünvanlardan biri musiqili fəvvarənin yerləşdiyi ərazidir. Bu fəvvarəyə insan qədər tamaşa etsə , yorulmur. Azərbaycanlı jurnalistlərə bu mənzərəni seyr etmək imkanınıflydubaişirkətinin baş direktoru Qeyt əl-Qeyt yaratdı. Dubaya səfərimizin 2-ci günü cənab Qeyt bizimlə görüşdü azərbaycanlı jurnalistlərin şərəfinə şəhərin ən dəbdəbəli restoranlarından olanBiçe Mare” ziyafət verdi. Restoran dünyanın ən hündür tikilisi sayılanBürc Xəlifə”nin yaxınlığında yerləşən nəhəng məşhur binada – “Souk Al Bahar”da yerləşir. Adıçəkilən mərkəzdə restoranlar, mağazalar, otellər, ofis bu kimi obyektlər mövcuddur. “Bürc Xəlifəilə sadalanan bir çox obyekti, o cümlədən məşhurBiçe Mare” restoranını süni olaraq yaradılan göl birləşdirir, yaxud da ayırır. Hər axşam bu göldəki möhtəşəm mənzərə gələnləri heyran qoyur. Burada quraşdırılan musiqili fəvvarəBürc Xəlifə”nin ərazisi binayla üzbəüz olan mərkəzlər uzunluğunda böyük bir ərazini əhatə edir

Nahardan əvvəl azərbaycanlı jurnalistlərlə tanış olan Qeyt əl-Qeyt bizləri maraqlandıran sualları da cavablandırdı. Qeytin sözlərinə görə, iki il əvvəl, 2008-ci ildə yaradılandaflydubaikağız üzərində şirkət idi. İndi isə şirkətin imkanları xeyli artıb. Cənab Qeyt deyir ki, “flydubaişirkətinin əsas məqsədi ilk növbədə insanları gözəl səyahətə cəlb etməkdən ibarətdir. Bunun üçünflydubai”nin təyyarələri ən müasir təhlükəsizlik baxımından ən yaxşılardandır. “Məqsədimiz Dubayı bütün dünyada tanıtmaq bura turistlər cəlb etməkdir. Son illərin maliyyə böhranına baxmayaraq fəaliyyətimizdə müəyyən irəliləyişlər var, ötən ilə nisbətən bazardakı payımızı 15 – 20 faizədək artırmağa nail ola bilmişik”.

Qeyd edək ki, Bakıdan Dubaya uçuş geri qayıtma 160 manatdır. Qeyt isə deyir ki, azərbaycanlılara yeni endirimlər mümkündür. Bu istiqamətdə fəaliyyət davam edir. Şirkət müştəriləri üçün yeni əyləncələr, xidmətlər təqdim etməyi düşünür. Belə ki, bu il şirkət uçuşlarda əyləncəli sistemin qurulmasını nəzərdə tutub. “Flydubaimüştəriləri təyyarədə internetdən istifadə edib, televizora baxa biləcəkər. Qeytin sözlərinə görə, hazırda Dubayda 160 hava yolları var. Bu sahədə rəqabət var, amma uğurlar da mövcuddur. Şirkət 15 istiqamətdə birbaşa uçuşlar həyata keçirir. Amma iyul ayından ölkələrin sayı 20-yə çatdırmaq nəzərdə tutulub. Birbaşa uçuşların həyata keçirildiyi ölkələrdən biri kimi Azərbaycanın seçilməsinin səbəbinə gəlincə, cənab Qeytin cavabı belə oldu: “Azərbaycan sürətlə inkişaf edir. Mən bir neçə dəfə ölkənizdə olmuşam. İlk dəfə Azərbaycan yeni müstəqillik qazananda rəsmi şəxs kimi ölkəyə səfər etmişəm. Üçüncü səfərim isəflydubai”in fəaliyyətə başlaması ilə bağlı olub. Hər gəlişimdə isə Azərbaycanın, paytaxt Bakının qədər dəyişdiyinin, inkişaf etdiyininin şahidi olmuşam. İnsanlarınız isə səmimi qonaqpərvərdirlər”.

Onun sözlərinə görə, istər Azərbaycanda, istərsə Dubayda sahibkarlığın inkişafı baxımından münbit şərait mövcuddur. Yeri gəlmişkən hazırdaflydubaiən sərfəli uçuş həyata keçirən şirkət kimi tanınır. İlkin kapitalı 65 milyon dollar olan şirkətin Dubaydan Bakıya ilk reysi 2009-cu il noyabrın 22-də gerçəkləşdirilib. Həmin vaxtdan aviaşirkət gündəlik BakıDubayBakı reysi ilə çalışır.

Yəqin gözəl mənzərəsi olanBiçe Mare” təqdim olunan menyu ilə maraqlanacaqsınız. Burada əsasən Avropa yeməkləri hazırlanır. Bizə xidmət edən ofisiantlardan birinin türk olduğundan həmkarlarım ondan menyudakı yeməklər barədə ətraflı məlumat alıb, hətta hansı yeməyi sifariş etməyin daha uyğun olduğunu da öyrəndilər. İtalyansayağı hazırlanan makarondan başlamış dəniz məhsullarınaanadonta, xərçəng, balıq digərlərinə qədər istəsən var...

 

YERDƏN 450 METR HÜNDÜRLÜKDƏ

 

Dubay deyəndə yəqin ki, çoxlarının gözü önündə dünyanın ən hündürmərtəbəli binasıBürc Xəlifəcanlanır. Son illər Dubay məhz bu tikili ilə dünyaya səs salıb. Dubayda olduğumuz ilk gündənBürc Xəlifə”ni uzaqdan görmək imkanımız olmuşdu. Çünki bu binanı 95 kilometr aralıdan görmək mümkündür. Səfərimizin üçüncü günü təşkilatçılar bizəBürc Xəlifə”ni yaxından görmək, onun 124-cü mərtəbəsinə qalxmaq imkanı yaratdılar. Səhər 8-də oteldən çıxıbBürc Xəlifə”yə yola düşdük. Bu ilin yanvarın 4-də təmtəraqlı açılışı ilə turistlərin böyük axınına səbəb olanBürc Dubay”ın hündürlüyü 830 metrə yaxın, mərtəbələrinin sayı 160-dır. İnşasına 2004-cü ildəiqtisadi artımın çiçəkləndiyi bir vaxtda başlanılıb, açılışı isə maliyyə böhranının Dubaya kəskin təsir etdiyi bir vaxtla 2010-cu ilin əvvəli ilə üst-üstə düşür. Təxminən 6 il davam edən inşaat müddətindəBürc Dubayolaraq tanınan, ancaq açılış günü adı Birləşmiş Ərəb Əmirliklərinin əmiri Xəlifə Min Zahid əl-Nahyanın adına uyğun olaraqBürc Xəlifəolaraq dəyişdirilən binanın 124-cü mərtəbəsindəki müşahidə zonasını hər gün minlərlə insan ziyarət edir. Smeta dəyəri 4,1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün hər gün 12 min işçi olmaqla 22 milyon saat çalışılıb. Binanın otaqları əsasən ofislərə icarəyə verilmək üçün nəzərdə tutulub. Ancaq bununla yanaşı, binada otellər, restoranlar, tamaşa meydanları, hovuzlar da var. Binanı amerikalı arxitektor Adrian Smit layihələndirib. Onun əsas məqsədi islam ənənələri ilə müasir Qərb üslubunun birləşdirilməsi olub. Deyilənə görə, kosmosdan baxanda binanın forması 6 ləçəkli çiçəyi xatırladır ki, bu da yalnız BƏƏ- Safari səhrasında bitən kali çiçəyinə bənzəyir. Binanı forması da məhz burdan götürülüb. Ona görə Bürc Xəlifə gedən yolda məhz bu çiçək şüşə altına qoyularaq nümayiş etdirilir. Eyni zamanda tunellə qalxarkən divarda ərəblərin əski indiki həyatını, “Bürc Xəlifə”nin tikintisini əks etdirən fraqmentlər nümayiş olunur. Burada yüksək təhlükəsizlik tədbirləri görülüb. İçəri daxil olan hər kəs ciddi yoxlanıldıqdan sonra binaya buraxılır. Binaya daxil olan turistlər 400 dirhəm (110 dollar) ödəməklə dünyanın ən hündür zirvəsini fəth etmiş olduqları ilə qürurlana bilərlər. “Bürc Xəlifədünyanın ən sürətlə tikilən binasıdır. Elə burada yerləşən lift dünyanın ən sürətli lifti sayılır. Liftlə

 

1 SANİYƏYƏ 10 METR

 

qalxırsan. Binanın yalnız 124-cü mərtəbəsinədək qalxmağa icazə var bunun üçün 40-42 saniyə kifayət edər. Dünyanın ən hündürə qalxan ən sürətli işləyən liftində azca olsa səs-küy yoxdur. Sadəcə, təzyiqi qaydasında olmayanlar bunu lift yuxarı qalxdıqca qulaqbatmaları azca təzyiq qalxması ilə hiss edə bilərlər. 124-cü mərtəbədən isə Dubayın ən hündür binalarının belə sanki ayaqlarının altında qaldığını hiss edirsən. 450 metr hündürdə yerdə hər şey çox kiçik görünür. Amma turistlər üçün nəzərdə tutulmuş monitorlu qurğu vasitəsilə ən hündür nöqtədən aşağını aydın şəkildə izləmək mümkündür. Bu mərtəbədə kiçik mağaza da var ki, orda daBürc Xəlifə”nin maketini əks etdirən müxtəlif suvenerlər satılır. “Bürc Xəlifə” in ən hündür mərtəbəsində məscidin yerləşdiyi bildirilir. Amma yuxarı mərtəbələr tam hazır olmadığı üçün hələ ki, turistlərə həmin mərtəbələri görməyə icazə verilmir.

Dubaya istirahətə gedərkənistidir”deyib, ancaq yay geyimləri götürməyin. Çünki Dubayda 4 dərəcə şaxtaya düşə bilərsiniz. Özü bu zarafat deyil...

 

(davamı növbəti sayımızda)

 

 

 Sultanova P.

 

525-ci qəzet.- 2010.- 3 iyun.- S.2.