Rafiq Ağayev –
60!
İyunun 6-da ehtiyatda olan
general-mayor, Azərbaycanın daxili işlər nazirinin
keçmiş müavini, 3276 saylı hərbi hissəni sabiq
komandiri Rafiq Ağayevin 60 yaşı tamam olur. R.Ağayev Azərbaycanın
zəhmətkeş ailəsində
doğulub və ailədə 9 uşaq olublar. Özü ehtiyatda olmasına baxmayaraq, qardaşlarından
3-ü Azərbaycanın hüquq
mühafizə orqanlarında
çalışır. Onun hərb
sahəsinə marağı
uşaq yaşlarından
başlayıb. Özünün
dediyi kimi, polkovnik rütbəsində
olan dayısı onlara qonaq gələndə
mündirini böyük
olsa belə, hər zaman əyninə geyinib və hərbiçi olacağını deyirmiş.
R.Ağayev bu həvəsi sonralar onu Saratov İnstituna gətirib və burada kursant kimi oxuyub.
Saratovda oxuduğu müddətdə hərb
sahəsinə marağı
daha da artıb.
Onun hərb sahəsində olan bacarıq və təcrübəsi sayəsində
daha sonralar müxtəlif vəzifələr
də çalışmağa
imkan verib. Ehtiyatda olan bir hərbçi olmasına baxmayaraq, daim hüquq-mühafizə
orqanlarında dostları
ilə görüşür,
onlara öz təcrübəsindən irəli
gələn məsləhətlər
verir. Onun bu sahəyə olan maraq və
diqqəti övladlarına
da sirayət edib. Belə ki, böyük oğlu Ədliyyə Nazirliyində çalışır.
Ortancıl oğlu isə bir müddət
hərbi təhqiqatçı
olub. Lakin sonradan hərbidən çıxaraq, sahibkarlıq
fəaliyyəti ilə
məşğul olmağa
başlayıb.
Qeyd edək ki,
hazırda Rusiyada yaşayan və peşəkar zabit olan
R.Ağayevin 60 illik yubileyi Rusiya mətbuatının da diqqətindən
kənarda qalmayıb. Bu günlərdə “Kalina Krasnaya” qəzetində
generalın həyat və fəaliyyətini əks etdirən
geniş material işıq üzü görüb.
General-mayor R.Ağayevi təbrik
edir, uzun ömür, can sağlığı, işlərində
uğurlar arzulayırıq.
525-ci
qəzet.- 2010.- 5 iyun.-
S.31.