ORALARDA KİMLƏR VAR: LALƏ MÜLDÜR-1

 

BU ÖLKƏDƏ HƏR KƏS MƏNDƏN DƏ DƏLİDİ...

 

Türkiyənin dəli, dahi şairi Lalə Müldürü şeir festivallarına dəvət etməyənlər haqqında deyir : onlar məni dəli hesab eləyirlər.Mən yeni yazdığım kitabımda onlara cavab verəcəm. Əslində BU ÖLKƏDƏ HƏR KƏS MƏNDƏN DƏ DƏLİDİ...

 

Lalə Müldür Kimdir

 

1956- ildə Aydında doğulub.Fəqət Aydını heç xatırlamadığını deyir.Robert Kolecini bitirdikdən sonra bir şeir yarışması təqaüdü ilə Florensiyaya gedir.. Türkiyəyə döndükdən sonra ODTU Elektronika Ekonomika Bölümlərində bir il oxuyur.1977-ci ildə İngiltərəyə gedir Mancestr Universiteti Ekonomi Bölümünü bitirir. 1983-cü idə Belçikalı bir rəssama ərə gedir.1986-cı ildə İstanbula qayıdır.Burada ədəbiyyat musiqi dünyasında çalışmalarına davam edir.

İlk şeirləri 1980-ci ildəYazıYeni İnsandərgilərində çıxıb. “Göstəri”, “Dəftər”, “Şeir Atı”, “Oluşum”, “Mor Köpük”, “Yönəlişlər”, “Son bahardərgilərində müxtəlif şeir məqalələri dərc olunub. Şeirlərindən bəziləri bəstələnir, filmlərdə oxunur.

Kitabları : “Voyıcır XX” (Ahmet Güntanla birlikdə), “Kuzey Dəftəri”, “Buhuruməryəm”, “Uzaq Fırtına”, Divanü lüğat-it Türk...” Bir neçə ildi Avropanı dolaşır.Seçmə şeirləriWatər Music” adıyla Dublində, “Fransız Rəssam Colette Deble”’in rəsmləri üzərinə yazdığı şeirlər Yağmur Qız Belə deyiradıyla fransızca çıxıb. 1998-ci ildə yazdığıDivanü lüğat-it-Türkkitabı, Fransız bir türkoloq tərəfindən fransızcaya çevrilir. Nyu-Yorkda çap olunacaq şeir kitabının tərcüməsini davam etdirir.Şeirləri İsraildə İbranicəyə çevrilir.

Son İstanbul şeir festivalında iyirmi şair arasında onun adı yenə yoxdu. Türkiyənin ən yaxşı şairləri arasında göstərilən, hər kəsindəli-dahidediyi şair Lalə Müldür isə buna çox qızğın.Səbəbini soruşduğumuzda cavabıMəni kimsə anlamır” –dedi.

Lalə Müldürü kim, nədən anlamır? Biz bu qadını anlamaq üçün Cihangirdəki evinə getdik. Müldür bizi kəskin bir qəh-qəhəylə qarşıladı, musiqini açdı danışmağa başladıq. Onun bu ruh halının zaman baş verdiyini, kimlər səbəb olduğunu, dahiliyini, atasını, şeiri anlatdıqca anlatdı sonra qayıdaraq düz üzümüzə dedi ki, “mən hər kəsin məndən daha dəli olduğunu isbat edəcəm.İntiqamımı alacam.” Necə? Üzərində çalışdığı araşdırma kitabıyla. Bir heyranı Lalə Müldür üçündəli kimi zəkalı”- demiş.Bu danışdığımızdan da dəli bir reportaj alındı, deyəsən.

Şair olmağı düşünmüşdünüzmü-deyirəm. “Xeyr,sadəcə normal həyatı olan bir qadın olmaq istədim”- deyir ...”Şeir yazmaq insanı dəli eləyirmi, yoxsa rahatladır?-deyirəm... “Rahatladır”-deyir. Sonra məsələni açır, zərbələr, xəstəxanalar deyərkən; “ailənizə qızğınmısınız”- soruşuram...”Bəli,həm çox”-deyir. Xəstələnməsinin nədəni ailəvi səbəblər olduğunu söyləyir. Dahicə yaşanan gənclik, zəngin bir evlilik, uzun bir şairlik dönəmi sonunda bu gün gözlənilməyən bir sonluğa gəlib çıxıb Lalə Müldür...”Bu ölkədə hər kəs məndən dəlidi, mən onlardan daha ağıllıyam” – deyir.

Burada susuram.Çünki bir-birinə bənzər davranan insanlar ağıllı, o biriləri dəli olaraq tanınır.Yəni dəlilərmi daha ağıllı, yoxsa ağıllılarmı daha dəli görəcəyik... Danışıqdakı ironiya qeydə alınmağa dəyər.Cihangirdəki evindən sizə Lalə Müldür dəqiqələri...

Şeir şairlər haqqında danışılanda adınız az-az xatırlanır son festivalda adınız yenə keçmədi.Nədən?

Çağırmadılar da ondan. Bu mənim üçün ciddi bir söhbət. Sizcə məni nədən çağırmadılar?

Nədən?

Orada bir sürü geri zəkalı isimlər varkən mən nədən yoxam? Məni bu festivallara çağırmayanlar, sadəcə öz içlərində baxıb meqolomanik bir xata eləyirlər, bu ölkənin adıyla da oynayırlar.

Bunun niyə eləsinlər ki?

Kimsə mənimlə anlaşamır! Anlamırlar məni.

Anlaşılmaq bu qədər vacibmi?

Təbii ki.Başqası olsa, çoxdan intihar etmişdi.

Nədən etmədiz?

Eləmərəm.Məndə intihar edəcək göz varmı? Bu barədə tez-tez düşünürəm,amma bu addımı atmaram.Mənə suallar verirsiniz.Mənim o suallara cavab verə bilməm üçün yalnız özüm olmam lazım.Amma mənim içimdə neçə-neçə insan var?

Neçə?

Bir mən varam, bir içimin yüzdə doxsanbeşini tutan mikroblar, bakteriyalar kimi hadisələr var. Onlarla mən birmiyəm? Onlar ayrı bir dünya deyilmi? Onlar mən iki ayrı şəxslərik..

Sizədəlideyirlər. Bundan inciyirsizmi?

–Bu həyatımın yaralı yeri.Tam yaramın üstünə çıxdınız.Amma bu ölkə başdan-başa dəlilər ölkəsi. Onların yanında mən daha ağıllıyam.

Nədən belə dediniz indi?

Çünki belədi.

–O zaman insanların sizə dəli deməsini saya salmamanız lazım....

Saya da salmıram.Çünki pulum yox, param yox.Atamdan para qalmasaydı necə yaşayacaqdım, Allah bilir.Kimsə dəliyə verməz ki. Söylədiklərimə kimsə inanmır. “Dəlinin biri yazmış deyirlər”- deyirlər.

 

MƏNƏ DƏLİ DEYƏNLƏRDƏN İNTİQAM ALACAM

 

Şeirlərinizi sevirlər, ödül verirlər. Türkiyənin ən yaxşı şairlərindən hesab eləyirlər sizi...

Ən yaxşı şairlərindən yox, ən yaxşı şairəm. “Milliyyətqəzeti ən yaxşı şair anketi keçirdi, mən bu anketə cavab verdim.Sual beləydi: günümüzün ən önəmli yaşlı şairləri kimdir? Mən İsmət Özəl Sezai Karakoç- dedim. Amma bunu hər kəsən yaxşı şairdeyə anlamışdır.Gültən Akından sonra üç puan əksik olaraq mənim adım gəlir. 150 şair tənqidçi bu nəticəyə gəlmiş.Yəni bir tək Orhan Duru ölməzdən qabaq səsini mənə versəydi ən yaxşı şair mən olacaqdım indi.

Sizədəli deyirlər , “dahi deyirlər....

Təşəkkürlər.

–Bu eqonuza uyğun gəlirmi?

Dahi deyilməsi məni rahatsız etmir.Çünki mənə bunu hər yerdə söylədilər. Bu gözəl bir iltifatdır. Amma dəli deyilməsi xətrimə toxunur.Üç kitab birdən yazıram indi.Hər kəsin məndən daha dəli olduğunu sübut edəcəyəm.Fəlsəfi araşdırma kitabı olacaq.

Dəlilərimi araşdırırsınız?

Xeyr. Tam tərsi, normal olan insanları. Universitet müəllimləri var aralarında.

Necə araşdırırsınız onları?

–“Msn”dən. “Msn”dən bir çox insanlara danışıram.Bu bəzən bir qadın, bəzən isə kişi olur. Hər söhbətimiz normal başlayır. Sonra mən bir az yuxarıdan danışmağa başladığımda, qarşı tərəf məndən daha betər danışır.O zaman anlayıram ki,əslində insanlar məndən daha dəlidir. O üzdən kitabımın ismi “MSN” söhbətləri çirkinliyin estetikasıolacaq.

Nədən belə bir kitab yazdınız?

İntiqam almaq üçün.

Kimdən, nədən intiqam alırsınız?

Hər kəsdən. Çünki maddi-mənəvi çəkilməz işgəncələr gördüm. Asanmı mənim vəziyyətmdə olmaq.Psixoloji bir sürü işgəncə gördüm. “Qadından şair olurmu”- deyə mırıldandılar.Amma oldu. Bir nəfər olsun qadın şair mənə təşəkkür etmir.

Cəsarət eləmirlər bəlkə ?

Mən hər zaman insanlara çox centlmencə yanaşmışam gönüllərini qırmıram. Mənə sataşmayınca, mən çox sakit oluram.

Şeir yazmaq insanı dəli edirmi?

–Tam tərsi, rahatladır.

Şairliyə alışa bildinizmi?

Uzun müddət alışa bilmədim. Murathan Munqan ilə Edip Cansevəri görməyə getmişdik. Edip Cansevər son dərəcə mehriban yanaşdı mənə. Kitabım yoxdu o zamanlar. Belə demişdi: “Şeirlərimi gələcəyin böyük şairinin dəyərləndirməsi çox xoşuma gələr.” Məndən şeirlərimi istədi.Amma başımda o qədər şairlik sevdası yoxdu ki,heç bir şey göstərə bilmədim.

zamandan beləsiz?

Bir çox insan gənc yaşda dəli olur,amma mənimlə belə olmadı. Xaricdə təhsil alarkən burada danışmayacağım bir çətinliklə qarşılaşdım. Oralarda çox gözəl psixiatr həkimlərə getdim. Onlar mənə : səndə bir şey yox, amma həddən artıq həssasınız, Biz ağaclardan kəpənək yarada bilmərik- dedilər.

Amma sonra doktorlar sizin manyakal depresiya olduğunuzu bildirmiş...

Bəli.Hər şeyi Fransız bir psixiatr tapdı.İlk manik depresif olduğumu o dedi. Sonra Türkiyəyə gəldim. Ailəm məni yaxşı hiss etməm üçün səyahətə götürdü.O günə qədərmanik depressifsözünü eşitməmişdim.Doktorlar mənəmanik depressifsin”’ dedilər.

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2010.- 5 iyun.- S           .27.