Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala Festivalı keçirilib

 

Bakının Xəzər rayonunun Qala qəsəbəsindəQalaDövlət Tarix Etnoqrafiya Qoruğunun ərazisində Qala festivalı təşkil olunub. Festivalda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Mehriban Əliyeva Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva da iştirak edib.

Respublikamızda ən qədim insan məskənlərindən sayılan Qala qəsəbəsində Fondun prezidentinin təşəbbüsü ilə silsilə tədbirlər həyata keçirilir. Qala festivalı da Heydər Əliyev Fondunun dəstəyi ilə xalqımızın zəngin tarixi keçmişini, qədim mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq təbliğ etmək məqsədini daşıyır.

Beş min il tarixi olan qəsəbədə III minillikdən başlayaraq XX əsrə qədər tarixi olan kurqanlar, sərdabələr, yaşayış binaları, məqbərələr, məscidlər, hamamlar, qədim qəsrin qalıqları mövcuddur. 2008-ci ildə Fondun dəstəyi ilə açıq səma altında yaradılan ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksində yerli tarixi mədəni abidələrlə yanaşı, Abşeron yarımadasında aşkar edilmiş digər arxeoloji tapıntılar yer alıb. Muzey kompleksində eramızdan əvvəl III-II minilliklərə aid yaşayış digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi təqdim olunur. Buranı ziyarət edənlər qayaüstü rəsmlər, qavaldaşı, bu dövrü əhatə edən keramika, məişət bəzək əşyaları, silah sikkələrlə tanış olmaq imkanı əldə edirlər.

Festivalda sənətkarların toxuculuq, dulusçuluq, dəmirçiliklə bağlı əl işləri sərgilənib. Festivalda M. Maqomayev adına Dövlət Filarmoniyasının uşaq–gənclər xalq çalğı alətləri orkestrinin ifa etdiyi musiqi nömrələri səslənib.

Qeyd edək ki, Fondun təşəbbüsü ilə Milli Elmlər Akademiyası burada qazıntı işləri aparacaq, qəsrin altında aşkar edilən əşyalar, evlər, qəbirlər digər tikililər olduğu kimi bərpa edilərək, Qala kompleksinin tərkib hissəsinə çevriləcək.

Mehriban Əliyeva Leyla Əliyeva festivalda iştirak edən uşaqlarla görüşüb, onlarla söhbət ediblər, bu tədbirin Azərbaycanın qədim adət-ənənələrinin, milli mədəni dəyərlərinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Festivalda uşaqların da orijinal əl işləri nümayiş etdirilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların orijinal üsulla reabilitasiyasını həyata keçirənOriqamiUşaq Yeniyetmələr İctimai Birliyinin üzvlərinin oriqami üsulu ilə kağızdan hazırladıqları maraqlı kompozisiya Mehriban Əliyevaya təqdim olunub. Fondun prezidentinə Azərbaycanda oriqami məşğuliyyəti barədə məlumat verilib. Millət vəkili festivalda iştirak edən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla da görüşüb,onların problemləri ilə maraqlanıb. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondu Rusiyanın Uralsib Maliyyə Korporasiyası arasında imzalanan sənəd çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin inşasının tezliklə yekunlaşacağını bildirib. Festival çərçivəsində Heydər Əliyev Fondu Təmiz şəhərAçıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı iləQalaDövlət Tarix Etnoqrafiya Qoruğunda tullantıların idarə olunması layihəsinə start verilib. Qeyd olunub ki, layihə Qoruq ərazisində tullantıların yığılması, daşınması zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulmasını nəzərdə tutur.

Festival zamanı həmçinin gənc nəslin fiziki, intellektual, mənəvi sağlamlığına daim diqqət yetirən Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan şəxsiyyətin inkişafına, Vətənə, xalqımızın milli irsinə yönələn iki masaüstü – “Gənc intellektualŞirvanşahların yüksəlişioyunlarının təqdimatı da gerçəkləşib. Həmin gün Qalada Şaiq Həbibullayevin kolleksiyası əsasında yaradılacaq mis qablar əntiq əşyalar muzeyinin təməlqoyma mərasimi olub.

Festivalda L. Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin kolleksiyası nümayiş etdirilib.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 5 iyun.- S.17.