Əyyub QuliyevMusiqi Olimpiüçün seçilən 3 dirijordan biri olub

 

Mayın sonlarında Sankt-Peterburq şəhərində əsl klassik musiqi təntənəsi yaşanıb. Şəhərin ən əhəmiyyətli mədəni hadisələrindən biri olanMusiqi Olimpi” XV Beynəlxalq Festivalına mayın 25-də Marinsk Teatrında start verilib. Festivalın poqramına 14 ölkənin təmsilçisi olan 30 musiqiçinin qatıldığı 6 konsert daxil edilib. Festival şəhərin ən məşhur konsert zallarındaErmitaj teatrında, Sankt-Peterburq Dövlət Kapellasında, Dövlət Filarmoniyasının böyük zalında baş tutub. Festivalın konsert proqramı Mosart Çaykovskinin musiqi nümunulərindən, XXI əsr bəstəkarlarının hələ səslənməmiş, yeni əsərlərinədək olan böyük geniş spektri əhatə edib. “Musiqi Olimpi” festivalında ənənəvi olaraq dövrün ən seçilən ifaçıları, vokalçıları, dirijor və bəstəkarları iştirak edirlər. Buna görə də “Musiqi Olimpi” festivalını daha çox “qaliblərin paradı” adlandırırlar. Builki festival özünün beynəlmiləl tərkibi ilə fərqlənib – Almaniya, Fransa, İtaliya, Azərbaycan, Yaponiya, Avstraliya, ABŞ, Macarıstan, Sloveniya, İsveçrə, Koreya, Sinqapur, Latiya və Rusiya Federasiyası bu tədbirdə təmsil olunub. Mayın 28-də festivalın növbəti konsertlərindən biri Sankt-Peterburq Dövlət Kapellasında keçirilib. Beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevin dirijorluğu altında Dövlət Kapellasının simfonik orkestri dünya klassik musiqisinin şedevrləri – Mosart, Puççini, Bize və Prokofyevin əsərlərindən ibarət proqramla çıxış edib. Əyyub Quliyevlə bərabər həmin konsertdə koreyalı skripkaçı Je Xay Li, latviyalı Qunars Upatnieks (kontrabas), Qəbələdə keçirilən Pianoçuların I Beynəlxalq Müsabiqəsinin qalibi İlya Maksimov (Rusiya) və soprano Polina Pastirçak (Macarıstan) öz ifaları ilə dinləyicilərin böyük marağına səbəb olublar. Həmin gecə Sankt-Peterburqda ilk dəfə olaraq məşhur italyan bəstəkarı Nino Rotanın kontrabas və orkestr üçün konserti ifa edilib. İyunun 2-də isə Sankt-Peterburqun digər tarixi salonu olan Ermitaj Teatrının Böyük zalında festivalın bağlanış mərasimi keçirilib. Mərasimdə Əyyub Quliyevin rəhbərliyi altında Ermitaj Dövlət simfonik orkestri ilə bərabər amerikalı violonçel ifaçısı Metyu Allen, pianoçu Jen San Li (Koreya), Tomoaki Yoşida (Yaponiya) çıxış ediblər. Qeyd edək ki, “Musiqi Olimpi”nin təşkilatçılarının qərarı ilə builki festivalın konsertlərini idarə etmək yalnız 3 dirijora – Joşua Tan (Sinqapur), Kazuki Yamada (Yaponiya) və Əyyub Quliyevə nəsib olub.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 5 iyun.- S.15.