Bakıda Kulturoloqların II Milli
forumu olub
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Kulturoloqların
II Milli Forumu keçirilib. Nazirliyin mətbuat xidmətindən
verilən məlumata görə, “Mədəni
müxtəliflik sosial-siyasi
dəyər kimi” mövzusuna həsr olunmuş tədbirin məqsədi Azərbaycanda
mədəniyyətin təbliğini,
təşviqini, qorunmasını
və bu sahədə elmi tədqiqatların inkişafını
təmin etməkdir.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirin
əhəmiyyətindən, ölkəmizin həyatında
mühüm hadisə
olmasından danışıb:
“Prezident İlham Əliyevin mədəniyyətimizə
diqqət və qayğısının nəticəsi
olaraq, son dövrlər
respublikamızda mədəniyyət
siyasətinin aktuallığı
xeyli artıb”. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
bu sahədə həyata keçirilən
təqdirəlayiq tədbirləri,
aşıq sənətimizin
və muğamlarımızın
YUNESKO-nun qeyri-maddi mədəni
irs siyahısına
daxil edildiyini diqqətə çatdıran
nazir müavini 2010-cu ildə xalça sənətimizin də həmin siyahıya daxil edilməsinin gözlənildiyini qeyd edib. Qloballaşma dövründə kulturologiya elminin əhəmiyyətinindən söz
açan S.Məmmədəliyeva
Azərbaycan dövləti
yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə
də mədəniyyətlərarası
dialoq siyasəti apardığını vurğulayıb.
AMEA-nın
Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun direktoru,
professor İlham Məmmədzadə
qloballaşma dövründə
elmin səviyyəsindən,
nüfuzundan, ölkəmizdə
elmin inkişafına göstərilən diqqət
və qayğıdan söz açıb, kulturologiyanın digər ictimai elmlərlə əlaqəsinin vacibliyini qeyd edib.
Belarus Dövlət
İncəsənət və
Mədəniyyət Universitetinin
prorektoru Konstantin Ramişevski təmsil etdiyi ali
məktəbdə kulturoloqların
hazırlanması sahəsində
qazanılmış təcrübədən,
iki ölkə kulturoloqlarının əməkdaşlığının
genişləndirilməsinin vacibliyindən bəhs edib.
“Simurq” Azərbaycan Mədəniyyət
Assosiasiyasının prezidenti,
professor Fuad Məmmədov ölkəmizdə
kulturologiya elminin əsaslarının onun rəhbərlik etdiyi qurum tərəfindən yaradıldığını, hazırda
assosiasiyanın dünyanın
bir çox yerlərində tanındığını
diqqətə çatdırıb.
Forumda “Qloballaşma
və mədəniyyətlərarası
ünsiyyət”, “Müasir
Azərbaycanda millətlərarası
və dinlərarası
dialoq”, “Qloballaşmış
mühitdə mədəni
irsin qorunması”, “Milli mənəvi dəyərlərin mühafizəsinə
dövlət qayğısı”
və digər mövzularda məruzələr
oxunub.
SARA
525-ci qəzet.-
2010.- 5 iyun.- S.15.