Mustafa Çəmənlinin “Fred Asifkitabının yeni nəşri təqdim olunub

 

Ötən gün Yazıçılar Birliyində, tanınmış yazıçı publisist Mustafa Çəmənlinin Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmova həsr olunmuş “Fred Asifkitabının yenilənmiş nəşrinin təqdimat mərasimi keçirilib.  

Tədbirin aparıcısı, yazıçı-dramaturq Əli Əmirli çıxışında Qarabağ müharibəsinin Azərbaycan üçün bir sınaq dövrünə bu zaman Fred Asif kimi oğulların Vətənin güvənc yerinə çevrildiyini qeyd edib. Ə.Əmirli M.Çəmənlinin qələmə aldığı kitabı A.Məhərrəmova ucaldılan qiymətli abidə kimi dəyərləndirib: “Ciddi nasir, istedadlı yazıçı dostum Mustafa Çəmənlinin böyük məhəbbətlə, ürəyinin qanı ilə yazdığı bu son dərəcə əhəmiyyətli kitab bütün ağdamlıların müharibədən sonra artıq bütün Azərbaycanın Fred Asif kimi tanıdığı Milli Qəhrəmanımıza müəllifin ucaltdığı ən gözəl, əbədi ədəbi abidədir. Mustafa Çəmənlinin “Fred Asif”inin bütün sonra yazılanlar üçün örnək olacağına mənim şübhəm yoxdur”.

Əsərin janrı haqqında söz açan Ə.Əmirli onun ərsəyə gəlməsi üçün böyük zəhmət çəkildiyini bildirib: “Kitabın sənədli bədii əsər kimi yazıldığını nəzərə alsaq,

müəllifin həqiqətdən yayınmamaq üçün qədər zəhmət çəkdiyini, qədər şahid dindirdiyini, xatirələr dinlədiyini, sənədlər öyrəndiyini təsəvvür etmək çətin deyil. Kitabı oxuduqca qədər igidimiz haqqında doğru-dürüst ətraflı məlumatla rastlaşırsan”. Yazıçı çıxışında bu cür igid oğulları olan Vətənin hələ düşmən tapdağı altında qalmasını acı təəssüf hissilə xatırladıb: “Xalqımızın ən böyük dərdi, faciəsi odur ki, bu cür igid oğulları, Asif kimi qəhrəman övladları ola-ola, torpaqlarımızı düşmənə vermişik, məğlubiyyətə düçar olmuşuq. Bu daha çox canından-qanından keçmiş qəhrəmanlarımızın faciəsidir. Fred Asifi elə bu dərd öldürdü”.

Yazıçı Aqşin Babayev çıxışında kitabın son dərəcə təsirli yazıldığını, onu oxuyan hər kəsin qəlbinə nüfuz edəcəyini bildirib: “Bu kitab yalnız Milli Qəhrəmanımız haqqında yazılan əsər deyil, burada ümumilikdə Vətən sevgisi ön plana çəkilib. Elə buna görə bu kimi əsərlər gənclərimizin stolüstü kitabına çevrilməlidir”.

Tənqidçi Vaqif Yusifli romanın bədii məziyyətlərindən söz açıb: “Roman sənədli olsa da, burada əsl bədii əsərin qəhrəmanına xas olan xarakter, obraz bütövlüyünü görürük. Lakin romana daxil edilən xeyli faktlar: xatirələr, fotoşəkillər, həlak olmuş yaralanmış döyüşçülərin siyahısı da müharibə haqqındakı təsəvvürümüzü genişləndirir. Elə bu səbəbdən kitab Qarabağ müharibəsinin ən zəruri məqamlarını əhatə edir”.

A.Məhərrəmovun silahdaşı, polkovnik-leytenant Soltan Bəndəliyev Milli Qəhrəmanla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. S. Bəndəliyev qorxmaz döyüşçü, coşğun vətənpərvər Fred Asifin bir çox insani keyfiyyətlərə malik olmasını çıxışında vurğulayıb: “Asif xəstəxanada yatanda ona təsəlli verib deyirdilər ki, hər şey sülhlə bitəcək, Ağdamı da, qalan torpaqlarımızı da geri qaytaracaqlar. Onda Fred Asif cavab verdi ki, Ağdam döyüşlə alınmasa, mən heç vaxt ora qayıtmayacağam! Bu cavab Asifin qədər məğrur, mərd olduğunu bir daha sübut edir”.

Azərbaycanın Milli Qəhrəmanlarıqəzetinin baş redaktoru Mirbəşir Seyidzadə gənc nəslin vətənpərəvər ruhda böyüməsi üçün ölkənin qəhrəman övladlarının həyat yolunun təbliğinin əhəmiyyətini çıxışında vurğulayıb.

Tədbirdə qəhrəmanın döyüşçü dostları, ailə üzvləri çıxış edərək A. Məhərrəmov kimi şəxsiyyətlərin xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağına, yaxın gələcəkdə düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olacağına inandıqlarını bildiriblər.

Sonda çıxış edən müəllif Asif kimi qəhrəmanların hər zaman var olduğunu, bizimlə birgə yaşadığını bildirib: “Hər millətin ruhu var millət yaşadıqca o ruh da var olur. Bir vücuddan o birinə keçib yaşayır. Azərbaycanın vətənpərvər övladı Fred Asif bizimkidir vücuduna sığmayan ruhunu da, onu daim için-için göynədən, yeyən, tükədən ağrısını da gedərkən aramızda kiməsə verib gedib. İndi bu gün o ruh da, o ağrı da bizimlədir. Bu kitabı oxuyanlar milli qəhrəmanımız , “General Məhəmməd Əsədov mükafatılaureatı Fred Asiflə yanaşı, həm dünyaya onunla qoşa gələn, onunla yaşayıb onunla ölən böyük bir Ağrının canlı obrazı ilə tanış ola biləcəklər. Onun neçə dostunun, zabit əsgər yoldaşının xatirəsini diktofona yazmışam. Dönə-dönə qulaq asıram, heyrətlənirəm, kövrəlirəm, fəxr edirəm. Deyirəm, ilahi, yaxşı Azərbaycan torpağının belə bir qeyrətli oğlu olub”.

Kitab qiymətli fakt sənədlərlə, fotolarla zəngindir. Nəşrdə A. Məhərrəmovun komandiri olduğu hərbi hissənin ilk könüllülərinin, həmin hərbi hissənin erməni quldur birləşmələrinə qarşı apardığı döyüşlərdə həlak olan, itkin düşən, yaralanan əsgərlərin adları da yer alıb. Sənədli roman çoxsaylı şahidlərin, Milli Qəhrəmanın cəbhə dostları, ailə üzvləri, onu tanıyanların xatirələri müəllifin dəyərli düşüncələri əsasında yazılıb.

 

 

S.MÜRVƏTQIZI 

 

525-ci qəzet.- 2010.- 5 iyun.- S.15.