Bədii publisistikanın yeni uğuru  

 

Son illər bədii publisistikaya maraq xeyli artıb. Bu da onunla əlaqədardır ki, keşməkeşli zəmanənin ən zəruri problemləri haqqında nüfuzlu qələm sahiblərinin sözlərini eşitməyə böyük ehtiyac var.

Belə nüfuzlu qələm sahiblərindən biri tanınmış yazıçıpublisist Ziyəddin Sultanovdur.

Məlumdur ki, dövlətçiliyimizin müstəqilliyimizin qorunması, qeyrətli Vətən övladlarının azadlıq, istiqlaliyyət uğrunda mücadiləsi, xarici havadarların köməyi ilə torpaqlarımızın azğın düşmənlər tərəfindən işğalı, döyüşlərdə qəhrəmancasına həlak olan oğul qızlarımızın ibrətamiz ömür yolu, öz elindən, obasından didərgin düşən, çadır düşərgələrinə sığınan soydaşlarımızın ürək göynədən taleyi son illərdə qələmə alınan publisistik bədii əsərlərin başlıca mövzusunu təşkil edir.

Ziyəddin Sultanovun ustalıqla qələmə aldığıGöylərdən gələn gəlinsənədli povesti bu qəbildən olan əsərlərdəndir.

Sənətkarın müxtəlif illərdə işıq üzü görmüş, “Qarabağ gündəliyi”, “Xocalı faciəsi”, “Qarabağın qara günləri”, “Ağdərədən gələn var”, “Burdan bir atlı keçdi”, “Əsirlər, girovlar, itkinlər”, “Qarabağ müharibəsi; faktlar, hadisələr, düşüncələr s. kitabları oxuculara artıq yaxşı bəllidir.

Göylərdən gələn gəlinpovestinin mövzusu da Qarabağ savaşı hadisələrindən götürülüb. Erməni girovluğuna düşən gözəl qeyrətli Azərbaycan qızının qeyri-adi qəhrəmanlığı insanı heyrətə gətirir. Son anda belə, düşmən qarşısında sınmayan təslim olmayan şərəfli, ləyaqətli ölümü üstün tutan Səma gözlərimiz önündə yenilməzlik simvoluna çevrilir. Povest mətbuatda dərc olunduğu, efirdə səsləndirildiyi, kitab şəklində çap edildiyi üçün mən onun məzmunu haqqında danışmaq fikrində deyiləm. Ancaq əsərin nəsrimizdə yeri, aktuallığı, orijinal üslubu, yeni bədii xüsusiyyətləri əhəmiyyəti barədə oxucularla fikrimi bölüşmək istəyirəm.

Zənnimizcə, Qarabağ mövzusunda yazılmış bu əsəri əhatə dairəsinə görə roman da adlandırmaq olar. Müəllifin uğuru ondadır ki, mövzunu oxucuya yığcam şəkildə çatdıra bilib. Burada artıq ifadələrə, təkrar fikirlərə, yorucu təsvirlərə yol verilməyib. Hadisələr aydın dil ilə nəql edilib. Yazıçı bu əsər vasitəsi ilə nəsrimizə yeni bir obraz, yeni qəhrəman gətirməyə müvəffəq olub. Heç şübhəsiz, bundan sonra həm nəsrimizdə, həm poeziyamızda, həm dramaturgiyamızda Səma kimi insanların qəhrəmanlığı ilə bağlı yeni-yeni əsərlər yaranacaq. Daha doğrusu, Z.Sultanov qələminin, yazıçı-publisist təfəkkürünün məhsulu olan bu əsər gələcək ədəbiyyatımız üçün zəngin material mənbəyinə çevriləcək.

Povesti oxuduqca müəllifin qəribə hiss, həyəcan keçirdiyinin şahidi olursan. O, sanki içindəki ağrıları, şəhid anası Sevdanın yaşantılarını, faciəsini oxucuya lazımınca çatdıra bilməyəcəyindən ehtiyatlanır. Ancaq fikir verib görürsən ki, bunlar müəllifin vətəndaşlıq məsuliyyətindən doğan narahatlıqdan irəli gəlir. Əsərdə təsvir olunan zaman, içərisində yaşadığımız zaman çərçivəsində təqdim olunur. Bu zamanın olayları müəlliflə yanaşı bizim qarşımızda da cərəyan edir. İstər-istəməz biz həmin hadisələrin şahidinə, iştirakçısına çevrilirik. Buradakı ayrı-ayrı hissələr məzmun etibarı ilə bir-birini tamamlayır, bir estetik meyarlara tabe etdirilir, psixoloji təhlil müstəvisində qiymətləndirilir.

Əsərdə diqqəti cəlb edən cəhətlərdən biri təsvir olunan hadisələrin yazıçının təxəyyül fantaziyasının deyil, real həyat həqiqətlərindən ibarət olmasıdır. Bu da müəllifin birbaşa Qarabağ hadisələrinin, döyüş səhnələrinin iştirakçısı olması ilə bağlıdır. Tarixən torpaqlarımızın, vətənimizin bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən qadın qızlarımız haqında əsərlər çox yazılıb. İstər folklorumuzda, istərsə yazılı ədəbiyyatımızda belə nümunələrə tez-tez rast gəlinir. Lakin Azərbaycan qızına xas olan, onu bəlkə , bütün dünya qadınlarından fərqləndirən öz ləyaqət ismətini, namusunu hər şeydən üstün tutması, lazım gəldikdə bu müqəddəsliyi qorumaq üçün həyatına qıyması faktı ilk dəfə olaraqGöylərdən gələn gəlinpovestində öz əksini tapıb.

Məlum həqiqətdir ki, həyat olum ölümdən ibarətdir. Bir gün həyata gələn insan bir gün ölümə məhkumdur.

Lakin ölümün özünün şərəfli məqamları var. Ölümün ən şərəfli məqamı şəhidlik zirvəsidir. Z.Sultanovun ədəbi qəhrəmanı məhz belə bir zirvəyə ucalır.

 Əgər böyük şairimiz Əli Kərim ölümün Nəsimi zirvəsini poeziyamıza bəxş edibsə, Z.Sultanov onun Səma zirvəsini nəsrimizə gətirməyə müvəffəq olub.

Erməni təcavüzünə məruz qalacağını başa düşən qeyrətli Laçın balası öz saç sancağı ilə venasını kəsərək əbədiyyətə qovuşur.

Göylərdən gələn gəlinsənədli povesti müasir gəncliyin vətənpərvərlik tərbiyəsində əvəzsiz əhəmiyyətə malikdir. Bu əsər eyni zamanda ağrılı-acılı günlərimizin yaddaş salnaməsi kimi gələcək tədqiqatlara, yazılara qiymətli faktlar verə bilən zəngin mənbə rolunu oynaya bilər.

 

 

Vaqif Allahverdiyev

 

525-ci qəzet.- 2010.- 4 iyun.- S.7.