Şair Aslan Kəmərli
anılıb
Qazax rayonunun Kəmərli
kəndində
Aslan Kəmərli
adına orta məktəbdə Qazax Xeyriyyə Cəmiyyətinin , “Məhsəti” Qadın Şairlər İctimai Birliyinin dəstəyi ilə şair Aslan Kəmərlinin anım günü keçirilib. Birlikdən verilən məlumata görə, tədbirdə akademik Teymur Bünyadov, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Qazax rayon icra hakimiyyətinin nümayəndəsi
Sərdar Orucov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri
Vidadi Bayramov, Yazıçılar Birliyi
Qazax şöbəsinin
sədri şair Barat Vüsal, “Məhsəti”nin
sədri, filologiya elmləri namizədi Fəridə Ləman, Aslan Kəmərli adına orta məktəbin direktoru Minarə Rəhimova və digərləri çıxış edərək
A.Kəmərlinin yaradıcılığından,
Qazaxın ictimai həyatındakı fəaliyyətindən
söz açıblar.
Şairin adını daşıyan
orta məktəbin şagirdləri onun şeirləri əsasında
hazırlanan ədəbi-bədii
kompozisiya təqdim ediblər. Tədbirdə A.Kəmərlinin 3 cildliyinin 3-cü cildinin təqdimatı da keçirilib. Sonda şairin
qardaşı Səyad
Yolçuyev çıxış
edərək tədbirin
təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib.
525-ci qəzet.- 2010.- 10 iyun.- S.7.