Kitab Klubunda
“Saturnun tövbəsi”
təqdim olunub
Kitab Klubunun sərgi salonunda xalq yazıçısı Çingiz
Abdullayevin “Saturnun tövbəsi” kitabının
təqdimat mərasimi
olub. Tədbiri giriş
sözü ilə açan tərcüməçi
Təbəssüm Muxtarova
əsərin süjet
xəttindən bəhs
edib: “Kitabdakı hadisələr qədim
Roma mifologiyasından qaynaqlanır.
Saturn anasının təhriki ilə övladlarına nifrət
edən atası Urana əl qaldırır
və hakimiyyəti ələ alaraq onun yerinə keçir. Valideynlərinə qarşı göstərdiyi
münasibətdən xoflanan
Saturn öz övladlarını
diri-diri yeyərək
udur. Əsərin qəhrəmanı Solaxay ləqəbli killerin həyat yoldaşının qeyri-insani
hərəkətləri və
bir sıra digər amillər sonda həyat faciəsinə – sevən atanın Saturna qarşı düşmənə
çevrilməsinə gətirib
çıxarır”. T.Muxtarova kitabın
tərcümə prosesi
barədə də məlumat verib. Əsərlərini rus dilində yazan Ç.Abdullayev “Saturnun tövbəsi”ni Azərbaycan oxucularına çatdırdıqları üçün
kitabın redaktoru Munisə Dadaşqızına,
tərcüməçisi Təbəssüm
Muxtarovaya, tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlıq edib.
525-ci qəzet.-
2010.- 10 iyun.- S.7.