Tarzən Valeh Rəhimovun yubileyi qeyd edilib

 

R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakı şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə tanınmış tarzən, əməkdar artist Valeh Rəhimovun 60 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib. Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev V.Rəhimovun ifaçılıq sənətində öz dəst-xəttinə sadiq, klassik ənənələri yaşadan sənətkar olmasından, Mirzə Mansur, Əhməd Bakıxanov, Bəhram Mansurov, xanəndə Hacıbaba Hüseynov kimi ustadların yaradıcılığından bəhrələndiyindən söz açıb: “Azərbaycanın Yaqub Məmmədov, Qulu Əsgərov, Gülxar Həsənova, Alim Qasımov, Səxavət Məmmədov kimi bir çox tanınmış ifaçılarını müşayiət edən mahir tarzənin həm musiqi sənətimizin inkişafı təbliği sahəsində əvəzsiz xidmətləri var”. Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi, xalq artisti Əlibaba Məmmədov digərləri çıxışlarında V.Rəhimovun yaradıcılığının özünəməxsusluğundan, əruz vəzninə dərindən bələd olmasından, sənət uğurlarından danışıblar, tarzəni yubiley münasibətilə təbrik ediblər. Tədbirdə incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub. Sonda yubilyar yaradıcılığına göstərilən ehtirama görə tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

 

525-ci qəzet.- 2010.- 10 iyun.- S.7.