Qız və sevgi
(hekayə)
Qız skamyada oturub ağlayırdı. Onun səsində şikayət-zad yox idi, əksinə bir həzinlik, bir yanğı vardı.
Ağappaq, göyərçin əllərilə üzünü örtmüşdü. Mən onun yaraşıqlı çöhrəsini sonradan gördüm.
O, qəfildən hönkürdü. Elə ağladı, elə ağladı ki, aşıqlar demiş, göz yaşı selə dönüb axdı. Sel-su onun yanaqlarında yekə şırımlar açdı.
Mən qızın yanında oturdum. Yəqin ona görə ki, o qəşəng idi. Göz yaşlarının bolluğu onun ehtirasından, çılğınlığından xəbər verirdi. Hələ əlləri!? Onlar çox injə və kövrək olsalar da, kişilər bir yana, hətta ən vəhşi atı belə ram eləməyə, yüyənsiz-yəhərsiz çapmağa qadir idilər.
–Sizə kömək edə bilərəmmi?-deyə mən kübarlara xas bir ədayla soruşdum.
O dinmədi, bəlkə məni eşitmədi, ya da saya salmadı. Əli hər yerdən üzülən adamların bəndəyə yox, Tanrıya və onun möjüzəsinə ümidi ola bilər. Günün günorta çağı xaraba bir şəhərin ortasında möjüzə axtarmağa dəyməzdi.
–Ey, sizə köməyim dəyə bilərmi?-deyə mən sualımı təkrarladım və ehmalja onun çiyninə toxundum.
Qız qəfil təjavüzdən diksindi, kənara sürüşdü, səsini kəsdi, bənövşə ətri saçan bənövşəyi dəsmalıyla yanağından diyirlənən yaşı ehmalja silməyə başladı. Sanki onun ala gözləri billurdan idi və bir ehtiyatsız hərəkət onları sındıra bilərdi.
–Əgər sevgidəndirsə, ağlamağa dəyməz, onun ömrü sizin göz yaşlarınız qədərdir, bu gün də olmasaydı, sabah baş verəjəkdi. Göz yaşları quruyur, amma həyat davam edir və yeni sevgi barədə düşünmək lazımdır, –deyə mən danışığıma şairanəlik qatdım.
Qız yenə də dinmədi, eləjə gözlərini bir boşluğa dirədi və dərindəni ah çəkdi. Sanki onun ağladığı obyekt həmin boşluqda gizlənmişdi.
–Sevilib atılanlar həmişə belə yanıqlı ağlayır,- deyə müdriklik elədim, daha doğrusu ət tökən müdrikliyimi onun yupyumşaq qulaqlarına sırğaladım.
Bu dəfə o, təəjjüblə mənə baxdı və soruşdu:
–Siz bunu nədən bildiniz?
–Sevilib
atılanlara elə gəlir ki, həyat bitdi. Amma bu belə deyil,-dedim,-həyat
davam edir, su kimi axır...
–Siz bunu bilməzsiniz...
–Demək istəyirsiniz ki, mən
sevginin nə olduğunu bilmirəm?
–Yox, sevilib
atılmağın ağrısını bilmirsiniz.
Mən gənj qızın
bu sadəlövh fikirlərinə güldüm.
–Mən o ağrını
bir-neçə dəfə keçirmişəm.
Darıxmayın,-dedim,-hər şey düzələr.
–Düzələr?! Siz buna əminsiniz?!
Bir neçə dəfə sevən adam əsl sevginin
ağrısını nejə bilər, axı?
–Yox, yüz faiz bilə bilməz,
amma dediklərimi sübut eləməyə hazıram.
Özü də sevgi məşqləri kişilər
üçün adi bir şeydir. Doncuanlıq onların
qanındadır.
Qız dinməzjə, bir qədər
də təəjjüb və heyrətlə üzümə
baxdı və dedi:
–Onda qanlarını təmizləsinlər.
–Niyə?
–Yeni doncuanlar əmələ
gətirməmək üçün.
–Gərək onda qadınlar
da qanlarını təmizləsinlər.
–Qadınlar niyə?
–Yeni doncuanlar doğmamaq
üçün,-dedim və güldüm.
O da gülməyə
çalışdı, amma bir şey alınmadı, jəhdləri
gülümsəməyə çatdı, sonra susdu və
fikirləşməyə başladı. Yəqin mənim
sözlərimin mahiyyətinə varmağa
çalışırdı, amma söz tapa bilmirdi.
–Mən...mən...-kəkələdi.
–O kafeni görürsən?
–deyə onu vəziyyətdən çıxarmaq
üçün şəhadət barmağımı üzbəüz
istiqamətə tuşladım, – orda bütün yaralara dərman
tapılar.
–Yaraların
hamısının dərmanı olmur.
Qız bu sözləri inamla
dedi və gözlərinin yaşını sildi. Əslində
gözlərinin nəmi çoxdan buxarlanmışdı.
–İnam olsa, dərdin dərmanı
da tapılar,-dedim.
–Siz
yazıçısınız, eləmi?-deyə qız
çoxbilmiş adamlar kimi soruşdu. O, dirçəlməyə
başlamışdı, gözlərinin işığı
artmışdı. Mən onun ağrılarını azalda
bilmişdim.
–Yox, sadəjə, majəraçıyam,-dedim
və gülümsündüm.
–Nədən
özünüzə bu qədər arxayınsınız?
–Hər şeyin bir zaman bitəjəyini
bildiyimə görə,-dedim.
Təzə
tanışım:
–Mən gərək gedəm,
işə gejikirəm,-dedi və ayağa durmaq istədi. Mən
onun qolundan ehmalja tutub dayandırdım.
–İşdən ijazə
alın.
–Bu mümkün deyil.
Mənim suallı
baxışlarımın əvəzində o:
–Məni sevib atan
müdirimdir,-dedi.
–Bir zaman gələr, onu da
işdən çıxararlar, dəvədən böyük
fil var, – deyə qızı ürəkləndirmək istədim.
O, bir müddət dinmədi,
deyəsən, mənim sözlərimin jiddiliyini öyrənirdi.
Sonra:
–Mümkün deyil,
çünki o özü fildir, özəl idarənin
başçısıdır,-dedi.
–Burası bir az qəlizdir,-deyə
onunla razılaşdım, –onda başqa iş tapmaq
lazımdır. Təzə işlə təzə sevgi də
başlaya bilər.
–Siz məni sevərsiniz?-deyə
o uşaq sadəlövhlüyü ilə qəfil soruşdu və
qəfil soruşduğuna görə mən ona dərhal javab
vermədim və söhbəti yayındırmaq məqsədilə:
–Qəribə taleyiniz var, eləmi?-deyə
xəbər aldım.
–Hər nədirsə
qaradır. Əvvəllər, uşaq olanda hər şey qar
kimi bəmbəyaz idi. Mən şəhərə gəldim,
oxudum, işə düzəldim, sanki bütün arzularıma
çatmışdım, birjə ağ atlı oğlanım
kəmiydi. Sən demə, o, mənim böyrümdəymiş.
Öz müdirim. O, əvvəllər məni heç görmürdü
də. Bu isə məni qıjıqlandırırdı. Mən
elə də pis deyildim,-dedi, donunun yaxasını
sığalladı, bir az dikəldi, özünə şux
görkəm verdi.
– Elə indi də pis deyilsən,-
aramızdakı rəsmiyyəti azaltmaq üçün “sən”ə
keçdim.
O razılıqla
gülümsündü və söhbətinə davam elədi:
– Bir dəfə banket
zamanı o, məni rəqsə dəvət elədi.
Utandığımdan oynamaq istəmədim, halbuki o, mənim
xoşuma gəlirdi. Çox yaraşıqlı və
özünəinamlıydı.- Qız “özünəinamlı”
sözünü xüsusi pafosla dedi.- Onun dəvətindən
boyun qaçırmağım ajığına gəldi. Gejə
yarısına qədər bir dəfə də olsun mən tərəfə
baxmadı. Sonrakı günlər də o, mənə
etinasız yanaşdı, yalnız birjə dəfə bizim
şöbəyə gələndə hamı kimi mənimlə
də görüşdü. Onun mənə
etinasızlığı ajığıma gəlirdi,
jırnayırdım. Başqa qadınlarla mərhəm
görüşəndə elə bilirdim ki, təhqir olunuram.
Mən az qala qadınlığımı itirirdim. Amma birdən
yenə də o dadıma yetişdi və məni xilas elədi.
Qız bu sözləri deyəndən
sonra dayandı, gözlərini bir nöqtəyə zilləyib
durdu, nə barədəsə düşündü, yəqin
onu xatırlayırdı, ilk sevgilərini yadına
salırdı, altdan-altdan gülürdü.
–Deməli, xilas elədi?-deyə
yüngül istehza ilə soruşdum.
Arif adamıydı,
istehzamı başa düşdü.
–Hə, xilas elədi, amma
sonradan yenə də öldürdü... Ad günümdə
gözləmədiyim halda mənə qızıl
boyunbağı bağışladı. Ona kimi heç kim mənə
bahalı hədiyyə verməmişdi. Bir axmaq oğlan
vardı, əvvəllər mənə gül
bağışlayardı, xəlvətjə stolumun
üstünə qoyardı. Bilirdim ki, odu, amma kasıbın
biriydi. Şalvar gödək, köynək köhnə, penjək
nimdaş. Bir gülnən sevgini qazanmaq olmaz ki... Nəyini sevəjəkdim
onun!? Müdirin qabağında da ikiqat əyilirdi.
Müdir ürəyimi ələ
ala bilmişdi. Yəqin ona görə ki,
qadınlarımızın əksəriyyəti ona
vurulmuşdu, boyunlarına almasalar da, bunu duymaq çətin
deyildi, hər şey üzlərinə
yazılmışdı...Hamı ona jan atırdı, bu
yarışda mən geri qala bilməzdim.
–Maraqlı bir fikir var:
kişi qadının dalınja o zamana qədər
qaçır ki, qadın onu tutsun. Hərfi tərjümədir.
Rus dilindən. Bu fikri başqa jür də demək olar.
–Başqa jür lazım deyil,
–deyə o sözümü ağzımda qoydu, –başa
düşdüm. Demək istəyirsiniz ki, müdir məni
tutana qədər onun dalınja qaçdım.
–Təxminən bü
jürdür,-dedim
–O, mənim üçün
hər şey idi. Mən də onunçün bir
dünyaydım. Mənimlə yaxın olanda elə belə də
deyirdi: “Sən mənim dünyamsan”.
Danışığında bir qram da olsun saxtalıq
duymamışdım. Mənə ev də tutmuşdu.
Restoranlara da aparırdı, bahalı hədiyyələr də
verirdi. Arvadından çox istəyirdi. Bütün
qadınlar birinji olmaq istəyir. Mən onun dünyasında
birinji yerdəydim. Sonra hər şey alt-üst oldu. O
başqasına vurulmuşdu. Mən bunu, yəni onun özgəsinə
vurulmağını onu çox tezliklə bildim... Bilməyə
nə var ki...Eyni ehtirasla məni sevmirdi. Uşağa qalanda isə
bunu daha çox büruzə verdi, hisslərini gizlədə
bilmədi, uşağımızı saldırtdı. “Birjə
uşağımız kəmdi” dedi. Özü həkimə
apardı. Zorla. –Qız susdu, daha doğrusu qəhər onu
susmağa məjbur elədi və ağlaya-ağlaya, –mən
ana olsaydım, dərdim olmazdı.
–Ana olsaydın, lap pis, indi
körpənin hayına qalmışdın. Elə bilirsən,
uşaq saxlamaq asandır, özü də indiki zamanda.
Qəribəydi. Biz, sanki
doğmalaşmışdıq. Hər şeyi bir-birimizə
danışırdıq. Ən intim məsələlərə
qədər gedib çıxırdıq.
O qızarmış və nəm
gözlərilə mənə baxdı və soruşdu:
–Bayaqkı sualıma javab
vermədin? Sən məni sevərdin?
Qızın üzündən
yazıqlıq, əlajsızlıq və hüzn
tökülürdü. Az qala onun javabına müsbət
javab verəjəkdim. Amma özümü ələ ala bildim.
Çünki bütün hisslərin keçiji olduğunu
bilirdim. Bunu mənə həyat özü öyrətmişdi.
–Bəlkə də hə,
amma mən evliyəm və arvaddan qorxuram.
Bu fikrə o xeyli
güldü:
–Arvaddan qorxana
oxşamırsan,- dedi.
Mən də güldüm.
Qızın telefonu zəng
çaldı.
–Bu odur, müdirim, – dedi.
Ürəyimdə
qızın telefona javab verməsini istəməsəm də,
etika və alijənablıq xatirinə:
–Bu yaxşı oldu, javab
verin,-dedim.
Qız
üçünjü zəngdə telefonu götürdü.
Nə eşitdisə, rəngi qaraldı.
–O ölüb,-dedi,-ürəyi
tutub. Yolda yıxılıb. Mənə zəng edən təsadüfi
yolçuymuş, dedi ki, mobilindəki sonunju nömrəyə
zəng edib. O, bir neçə saat əvvəl məni
atdığını demişdi. Mənsə onu
qarğadım. Ona allahdan ölüm istədim. Bəlkə...
–Bir az fikirləşəndən sonra, –indi mən nə edəjəm?-sanki
özü-özündən soruşurmuş kimi
pıçıldadı.
Mən dinmədim. Nə deyəjəyimi
bilmirdim. Mənim majəraçılığım bundan o
yana getmirdi. Yeni sevgi barədə mən yox, o fikirləşməliydi.
Onun əvəzindən düşünə bilməzdim ki...
–İşə get, yeni həyata
başla, –dedim,-haydı.
–Həəə,-dodağının
altında mızıldandı, sonra nə fikirləşdisə,
– birdən onun yerinə başqasını qoysalar?!-deyə
suallı baxışlarını üzümə zillədi.
–Başqasını? Ola bilər.
Amma sən qorxma. Qorxulu bir şey yoxdur...Təjrübən
var. Pis olmaz, yəqin...
O injik halda:
–Ən pisi odur ki, onun yerinə
şalvarı gödək səfehi qoyalar,-dedi.
Qız onu sevən və bəyənmədiyi
oğlana işarə edirdi.
Mən ona javab verməyə
söz tapmadım. Hazır resept həmişə olmur
ki?..Özü də mənim doncuanlığım burdan o yana
keçmirdi...
O, ağır-ağır
ayağa qalxdı. Bir neçə addım atandan sonra
dayandı, geri döndü, ümidsiz baxışlarıyla məni
süzdü və:
–Siz kişilər
hamınız bir bezin qırağısınız,- dedi.
Mən bu sözləri
çox eşitmişdim. “Elə qadınlar da bizim kimidir”. Bu
sözləri ürəyimdə fikirləşsəm də,
dilimə gətirmədim..
Qız ağ-çəhrayı
zolaqlı çantasını sallaya-sallaya getdi. Mən tərəfə
baxmadı, yalnız birjə dəfə, yolu keçərkən
maşının yan güzgüsünə
baxırmış kimi, başını 90 dərəjə
yana döndərdi...
Oktyabr 2008-fevral 2010
Elçin Hüseynbəyli
525-ci qəzet.- 2010.- 12 iyun.- S.28.