ORALARDA KİMLƏR VAR: LALƏ MÜLDÜR-2
BU ÖLKƏDƏ HƏR KƏS MƏNDƏN DƏ DƏLİDİ...
Türkiyənin dəli, dahi
şairi Lalə Müldürü şeir festivallarına dəvət
etməyənlər haqqında deyir: onlar məni dəli hesab
eləyirlər. Mən də yeni yazdığım
kitabımda onlara cavab verəcəm. Əslində BU ÖLKƏDƏ
HƏR KƏS MƏNDƏN DƏ DƏLİDİ...
Lalə Müldür Kimdir
1956-cı ildə Aydında
doğulub. Fəqət Aydını heç
xatırlamadığını deyir. Robert Kolecini bitirdikdən
sonra bir şeir yarışması təqaüdü ilə
Florensiyaya gedir.. Türkiyəyə döndükdən sonra
ODTU Elektronika və Ekonomika Bölümlərində bir il
oxuyur. 1977-ci ildə İngiltərəyə gedir və
Mancestr Universiteti Ekonomi Bölümünü bitirir.
1983-cü idə Belçikalı bir rəssama ərə
gedir. 1986-cı ildə İstanbula qayıdır. Burada ədəbiyyat
və musiqi dünyasında çalışmalarına davam
edir.
İlk şeirləri 1980-ci
ildə “Yazı” və “Yeni İnsan” dərgilərində
çıxıb. “Göstəri”, “Dəftər”, “Şeir
Atı”, “Oluşum”, “Mor Köpük”, “Yönəlişlər”,
“Son bahar” dərgilərində müxtəlif şeir və məqalələri
dərc olunub. Şeirlərindən bəziləri bəstələnir,
filmlərdə oxunur.
Kitabları: “Voyıcır
XX” (Ahmet Güntanla birlikdə), “Kuzey Dəftəri”, “Buhuruməryəm”,
“Uzaq Fırtına”, və “Divanü lüğat-it Türk...”
Bir neçə ildi Avropanı dolaşır. Seçmə
şeirləri “Watər Music” adıyla Dublində, “Fransız
Rəssam Colette Deble”in rəsmləri üzərinə
yazdığı şeirlər də “Yağmur Qız Belə
deyir” adıyla fransızca çıxıb. 1998-ci ildə
yazdığı “Divanü lüğat-it-Türk” kitabı,
Fransız bir türkoloq tərəfindən fransızcaya
çevrilir. Nyu-Yorkda çap olunacaq şeir kitabının tərcüməsini
davam etdirir. Şeirləri İsraildə İbranicəyə
çevrilir.
Ailəniz necə baxdı bu
vəziyyətinizə?
Anam,atam əsl müsəlman
deyillər. Mən nə zaman dini bir şeylər tapıb
danışsam, o saat Lapə xəstəxanasına
götürürdülər.
Neçə dəfə
getdiniz xəstəxanaya?
Üç, dörd dəfə.
Bu söhbət ayrı macəradır. Oradan sağlam
çıxmanıza imkan yox. Otağa hər dəfə girəndə
şappadan yıxılırdım.Yıxılmaq da fəlakət
bir şeydi mənim üçün. Çünki
üstümdəki geyimim eləydi ki, düşünürdüm
yatanda çıxarmayım. Paltarlı yatacaqdım. Ən
qorxuducu şeylərdən biri də məni çimizdirmək
idi. Kök,iri bir qadındı. Heç yadımdan
çıxmaz. Sonra doktorlar yanına çağırıb
danışdırır. Suallar verirlər, cavab verirsən.
Hansı sualları verirdilər?
“Bu həftə nə eləyəcəksən,
sevdiyin biri varmı”- tipində suallar. Anladıqları bu qədərdi.
Yaxşı xəstəxanadan
çıxmaq üçün “yaxşı adam” rolunu
oynadınızmı?
Təbii ki. İnandılar
da. Türkiyədə yaxşı bir doktor yox ki.
Acıqlısız indi?
Təbii ki, acıqlıyam.
Normal bir adam, bazardan bir
şeylər alan evdar qadın olmaq ağlınızdan
keçirmi?
Bu çox vacib bir şey. Mən
heç bir zaman şair olmaq istəmədim. Mənim arzum
bazardan səbzə satın alan normal bir insan olmaqdı. Təəssüf
ki,olmadı.
COCUĞUM OLSUN İSTƏRDİM
12 il evli oldunuz,nədən
ayrıldız ərinizdən?
Bu vaxta qədər olan ən
böyük xatamdır bu. Atamın təkidiylə boşandım.
Çünki, o heç bir şeyi bəyənmirdi. Əslində
onlar mənim bir daha ərə gedə bilcəyimi
hesablamışdılar. Amma belə olmadı.
Nədən?
Mən də ərə getməyə
çox çalışdım, amma olmadı. Mənə bu
ölkədə yer yox. Məndən o saat bezirlər.
Özünüzə
zülm etmirsizmi? Ərə getsəydiz həyatınız bəlkə
də başqa cür olurdu.
Təbii, bunu çox
düşündüm. Bir çocuğum olsun çox istərdim.
Nədən olmadı?
Bir ara olsun istədim, amma o
zaman da, sevdiyim adam istəmədi bunu. İndi kaş
ki,olaydı deyirəm.
Uzun illər Belçikada
yaşadınız. Nədən Türkiyəyə
döndünüz?
Çünki mənim ən
böyük xatam ingiliscə yazmağa başlamaq və
sonradan türkcəyə dönmək oldu. Gözəl
şeirlər yazdım. Gürol İrzıqla, Bülənt
Soma məni türkcə şeir yazmağa həvəsləndirdi.
Amma sonra özləri ingiliscə yazdı.
Türkcə şeir
yazdığınız üçün türkcə
danışılan bir ölkədə olmanız
lazımdı
Biz yəhudi imişik.
Yaxşı, mənəviyyat
məsələsi barədə nə
düşünürsüz?
Anam müsəlman əynəmli,
çox dərin bir Atatürkçüdü. Mənimsə
uzun dönəm dinlə bir əlaqəm olmadı.
Çernobıl zamanı Fransız qəzeti “Le Monden”də
“Çernobılın köhnə adı dünyanın sonu gəldiyindəki
adlardan biridir” – deyə bir yazı oxudum və çox təsirləndim.
Sonra “İncil” və “Quran” aldım. “Quran”ın
fransızcası çox zor olduğu üçün,
öncə “İncil”i oxudum. Türkiyəyə döndüm.
Bunu anlatsammı əmin deyiləm.
Nəyi?
İçimdə təbəddülatların
baş verdiyi zamanlardı. Bir dostumun yanında “mənə əcaib
bir şeylər oldu” –dedim. Uçduğumu gördüm.
Gözlərimin qarşısında “B” hərfləri
vardı. O “B”ləri təqib etdim. Kosmosdan bir sürü
füqurlar gördüm. İlk Hz. İsanın
üzünü gördüm. Mənə heç
gülümsəmirdi. Çox acıqlı
baxırdı.Bütün bunlar bir filmin kadrları kimi
gözlərimin önündən keçirdi. Bu
görüntülərin ardından bəyaz sifətli, siyah
dalğalı saçlı, gözəl Hz. Məhəmmədi
gördüm. O çox isti baxışlarla baxırdı mənə.
Bütün bunlardan sonra namaza başladım. Uzun illər
namaz qıldım. Beyin qanaması keçirənə qədər.
Sonra nə oldu?
Beyin qanaması keçirdikdən
sonra, üç-dörd gündən bir qılmağa
başladım. İndi artıq qıla bilmirəm, çox
çətin gəlir mənə. “Çox çətin gəlir”
sözlərinin dəanlamsız olduğunu da bilirəm.
MANİKAL DEPRESİV, ŞİZOFREN OLDUM
Beyin qanamasından sonra nə
dəyişdi həyatınızda?
Çox şey dəyişdi.
Mən əvvəlki insan belə deyiləm. Ekizimə
çevrilmişəm.Nədən beyin qanaması oldu bilmirəm.
Bu hadisədən öncə iyirmi şeir yazmışam,
iyirmisində də “sabah öləcəm” kimi cümlələr
var. Türkcəyi tamamən unutmuşam. Bir sürə
fransızca və ingiliscə danışmışam. Bu vəziyyətimə
də çox acıqlıyam. Acıqlanıram ona görə
ki, zatən danışanda hər iki dilin aksenti duyulurdu. Bu da
öz təsdiqini aldı.
Sonra?
Reanimasiyadan
çıxmışdım, amma hələ özümə
gəlməmişdim. Doktor gəlib belə dedi: “Lalə bu
müalicədən sonra artıq şeir yaza bilməz”. Hər
kəs də inanmış, öləcəyimi belə
düşünmüşlər. Amma sanki peşiman oldular belə
olmayınca.
İndi halınız necədi?
Məndə manikal depresiflik,
şizofreniya ilə əvəz olundu. Mən şizofrenəm.
Necə bir şeydi bu?
Zarafat... zarafat... Çünki
mən manikal depresif olduğumu bildirdikdən sonra, manikal
depresiflər çoxalmış, indi də şizofrenlər
çoxalsın deyə belə eləyirəm. Özümdən
heç razı deyiləm. Yemək yeyə bilmirəm. Ya ailəmin
məndən nifrət etdiyini düşünürəm, ya da
mən ailəmdən nifrət edirəm.
Hələ də dərmanlar
qəbul edirsinizmi?
Məcburən.
Nədən etiraz etmirsiniz?
Əslində qəbul etməyə
də bilərəm.
Sonra nə olar?
Bir şey olmaz, amma ailəm
razı olmur.
Yaxşı
özünüzlə bağlı bu qədər şeyləri
bilirsiz, hətda dərmanların sizə heç bir köməyi
olmadığını da. Neyçin bu cür
yaşamağı qəbul edirsiz?
Çünki mən maddi
onlardan asılıyam. Həyat siz deyən o qədər də
bəsid deyil.
Köhnə zamanların həsrətindəsizmi?
Pisiydim o zamanlar. İndi elə
xoşbəxtəm ki... Sanki xoşbəxtliyim insanlara mane
olur. İnsanlar mənim bu vəziyyətimə də əsəbləşirlər.
Məni xoşbəxt görmək istəmirlər.
ATAMIN ACIĞINA HƏR ŞEYDƏN ƏL ÇƏKDİM
Ailəniz sizi gözəl məktəblərdə
oxutmuş və sizin müalicəniz üçün əziyyətlər
çəkmiş. Onları neyçin
günahlandırırsız?
Mənim daima bir əskikliyimi
istəyən biri ailədi.
Bir ana və bir ata öz
uşaqlarının nədən xoşbəxt olmasını
istəməsin?
O zaman belə deyim. Xəstəxanadan
yeni çıxdığım gün yatağımın
üstündə oturmuşam. Anama: Ana, nə olar beş dəqiqə
mənə qulaq as, getmə”- deyirəm.Anam çox sakitcə
qapını bağlayıb çəkilib gedir. Bumu
maraqlanmaq?
Yaxşı, ailənizdə
ən çox kimi sevirsiz?
Anamı. Çünki atam
müfəttiş kimi həmişə arxamda olub.Atam mən xəstəxanada
yatdığım günlərdə belə xəstəxanaya
gəlmədi. “Robertdəki müəllimlərin, sən
gözəl riyaziyyatçı,fizik... daha nə bilim nələr...
ola bilərsən” deyirdilər. Deyirdi atam.. Onun üzündən
hər şeydən vaz keçdim.
Neylədi ki...
Bizdə ən yüksək
şərəf notu səksən beşdi. O puandan yuxarısı
çətindi.Yüz alırdım mən. İkinci semestrdə
yüz puandan doxsan yeddiyə düşdü. Atam gəldi:
neyçin doxsan yeddi olmuş,- deyə soruşdu. Mən də:
bu andan etibarən bütün digər dərslərim
düşəcək,- dedim.Mən hələm-hələm
boyunduruğa gələn qız deyiləm.
Anan haralıdı?
Atam macardı. Böyük
bir qorxu içində yaşayırdılar və buna görə
də anamın yəhudi olduğunu heç zaman demirdilər.
Son dəfə yanına getdiyimdə “Ana söylə biz Yəhudiyikmi”-
dedim. Üç dəfə, bəli dedi. Bu qədər illərdən
sonra bunun heç bir əhəmiyyəti də yoxdu. Xalam
qızından soruşdum: “Biz yəhudiyik, neyçin, nədən
cümə ertəsi çalışmırsız.” O da susdu.
Cavab vermək istəmədi. Sonra “Cümə ertəsi
işləmək çox günahdı”-dedi
İndi necə
yaşayırsınız?
Yəhudilərlə mənim
bir əlaqəm yox. Mən anarxistlər kimi yaşayıram. Müsəlman
anarxistəm.
Müsəlman anarxistlər
necə olur?
Bu çağda hər
şey mümkün. Bir anarxist hər şeydən öncə
dövlətlə yola getməyən birisidir.Mən də bu
dövlətlə yola gedə bilmirəm.
Artıq hər şey
dahamı anlamlı, yoxsa dahamı anlamsız olub sizə?
Öncələr anlamsız
gələn şeylər daha çoxdu. İndi artıq
açıq görürəm hər şeyi. Çox
anlamlı.
Ufolar sizə
görünürmü? Ahmet Hakanı duelloya
çağırdız. O məsələnin sizinlə bir
bağlılığı yoxdu, nə işiniz vardı orda?
Ahmet Günten sevdiyim bir
şair. İnsanların üslubu məni əsəbləşdirir.
Hər kəs bildiyini danışmalıdır.
Yazdığınız mətndə
arqo kəlmələr vardı. Sizin kimi bir şair neyçin
bu şəkildə bir yazı yazar?
Mən şeiri qorumaq
üçün elədim bunu. Çünki ilk dəfə
şeir bu qədər ön plana çıxdı,
özü də pis baxımdan alındı bu. Ona görə
də mən özümü, necə deyərlər, güllənin
qabağına verdim. Dedim, qoy mənim adıma ləkə gəlsin,
şeirin yox. Həqiqətən çətindi, belə bir mətni
yazmaq. Arqo da, siz deyən pis bir şey deyil, insanlar da buna
alışmalıdır.
Cem Mumcuyla da aranız dəyib
deyəsən ?
Çünki Cem Mumcu,
arvadı və mən Ufoları gördük. Mən “yazacam
bunu”- deyincə onlar, sonra “biz görmədik” – dedilər.Televiziyada
proqrama qatıldığımda Cem bu məsələnin
üstünə yenidən qayıtdı. Mən də
“üçümüz görmədikmi”-’ dedim. O da mənə
“yox, görmədik”- dedi. Mən də ona: “sən bir
yalançısan”- dedim. O da o zaman “televiziyada bizi hamı
görür,bu çox məsuliyyətli bir şey” dedi. Amma
indi aramızda problem yox.
Onların
varlığına inanırsanmı?
Bəli, iki dəfə
gördüm.
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 12 iyun.- S.27.