Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

(Əvvəli ötən şənbə saylarımızda)  

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

Şirməmməd HÜSEYNOV

 

Toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni və lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

 

BƏYANİ-HƏQİQƏT

 

Biz müsəlmanları, erməniləri qırmağa təhrik və təşviq edən heç bir səbəb və bəhanə yoxdur. Neçün biz erməniləri qırmalıydıq, hankı əfkar və amal naminə biz hələ cəhalət xabından ayılmamış müsəlmanlar- bu təşəbbüsə qədəm qoymalı idik? Ermənilər ilə qədimi bir xüsumətimiz yoxdur. Zira dostluq və düşmənçiliyə gəldikdə tariximiz bizi öylə ərk ilə böyütmüşdü ki, biz ermənini özümüzə dost və ya düşmən hesab etməgə layiq bilmiyorduq. Biz ermənilərə öz nökərlərimizə, əl altımız olan adamlara baxan kimi baxırdıq. Bu da məlumdur ki, özünü ağa yerində tutan bir kəs nökərilə xüsumətdə bulunmağı öz şan və heysiyyətinə sərola bilməz. Ermənilər isə qul ağasına düşmən olan kimi bizə öyləcə düşmən olub qədimdən bəri qəlblərində bizə qarşı xüsumət və ədavət hissləri bəsliyordular. Zəhmət çəkib erməni yazıçıları olan Raffi və Patkanyanların əsərlərinə diqqət yetirsəniz, görərsiniz ki, sözlərimizdə zərrə qədərincə də xilaf yoxdur. Bizim ermənilərə daim həqarət nəzəri ilə baxmamız özümüzün müruri-zaman ilə həqir olmamıza səbəb oldu-şəkk və şübhəsizdir. Lakin bu özgə məsələdir.

Bunu da diyorlar ki, ermənilərin iqtisad (ekonomiya) cəhətincə bizdən mürəffəhülhal olmaları, yəni (özgə bir təbir ilə deyəlim ki, onu deməgə ermənilər özləri utanırlar-) ermənilərin bizləri təzyiqi-iqtisadi altına almaları bizi onlar ilə davaya məcbur etdi. Bu sözlərin əsilsiz və bihudə olması ondan məlumdur ki, əvəla biz müsəlmanlar təzyiqi-iqtisadi və rəqabət kimi şeyləri hələ anlamıyorduq və indi də anlamıyoruz. Və saniyən bu erməni-müsəlman ixtişaşı əvvəlcə Bakıda vaqe oldu. Halbu ki, Bakı müsəlmanları sərvət və varlıqda Bakı ermənilərindən geri durmazlar. Guya möhtəməl olan budur ki, ermənilər qırğın və dava salmaq ilə bizim var-yoxumuzu kor qoyub bal-külliyə özlərinə möhtac qoymaq istiyormuşlar ki, bu da, yəni qonşu millətin möhtacatına səbəb olmaq, şübhəsizdir ki, erməni politikasının bir iqtizasıdır. Əgər biz müsəlmanların əksəriyyəti təzyiqi-iqtisadinin mənasını anlasaydıq, o surətdə biz ermənilər ilə əsləhə ilə dava edib qırğına girişmək degil, iqtisadi mübarizədə bulunardıq və onları həqiqətdə də möhtac qoyardıq. Bunun üçün əlimizdə ən müasir bir əsləhə vardır ki, ancaq qan tökən, ev yandıran əsləhələrdən degil....

Şayani-təbəssüm burasıdır ki, ermənilərin bizi ittiham etmək üçün fövqəlzikr mülahizə və böhtanları bir kəsin etimad və etibarına layiq olmadıqda, əlləri hər yerdən üzülüb “panislamizm” məsələsini meydana çıxarırlar. Şayani-qəhqəhə orasıdır ki, biz müsəlmanların içinə də, çölünə də layiqincə vaqif olan mədəniyyətli adamlar dəxi, erməni ağzından çıxan bu gunə əfsanəyə əhəmiyyət verib inanıyorlar. Və yaxud özlərini inanmış göstəriyorlar. İnanıyorlar çünki, safdərun, kutahbin, bəsirətsiz və həqiqəti-haldan bixəbərdirlər. İnanmış göstəriyorlar, çünki, öz mənfəətləri üçün bunu lazım biliyorlar. Hər bir əqli səlim sahibinə vazeh və mübərhəndir ki, “panislamizm”, yəni ittihadi-islam hal-hazırda ən ali ictimai bir fikirdir. Böylə bir ali fikir hənuz cəhaləti-züllamı içində müstəğrəq qalmış bir millətin əqlinə nərədən gələ bilər. Əcəba, fərz edəlim ki, xoşbaxtlıq üz verib, hənuz mədəniyyətdən ari olan müsəlmanlar ittihadi-islamın mənasını anlayıb böylə bir məqsədi-alinin hüsuluni vacib bilibdirlər. Lakin daha neçün erməniləri qırırlar. Əcəba, ittihadi-islam fikri-alisinin qövldən-felə gətirilməsinə mane ermənilərdirmi, nədir? Böylə bir mülahizə, insaf ediniz səfahətə dəlalət degilmi? Əgər biz müsəlmanlar bir o qədər dərrakəli və qanacaqlı olsaydıq, ay Əmirxanyanslar, ittihadi-islam məsələsi çoxdan həll olunmuş idi. Onda görərdiniz ki, “ermənilər ittihadi-islama manedirlər” kibi dərmiyan edilən mülahizə və təsəvvürlər vahi və bihudə süxəndir. Lakin ittihadi-islam nədir, nədən ibarətdir bilirsinizmi? İttihadi-islam Əmirxanyans cənabları buyuran kimi Avropa və Amerikanı zəbt etmək xəyali-xamı degildir, ittihadi-islam ictimai (sosialni) bir məqsəddir ki, onun hüsula gəlməsi dörd yüz milyon nüfuzdan ibarət olan bir millətin təhti-təzyiq və ləkədkubədən xilasına bais olar.

Ay Əmirxanyanslar, əgər sizə diyorlar ki, ittihadi-islam bütün müsəlman taifələrinin ittihad və ittifaqı ilə Avropaya qarşı elani-hərb edib şuriş salmaqdan ibarətdir, o halda biliniz ki, bu sözləri sizlərə deyən o mədəni, fəqət aləmi-islama gəldikdə müstəbid fikirli tamahkarlardır ki, onların insaniyyətdən ari olan məqsədləri islam fərdlərinin cəhalətindən istifadə edərək özlərini müruri-zaman ilə itlaf və yerlərini, istifadəsiz qalmış sərvətlərini, bütün var-yoxlarını dəxi dəsti-təsərrüfə almaqdır. Onlar ittihadi-islamdan qorxurlar. Çünki, ittihadi-islam hüsulu üçün aləmi-islamın öz içlərində olan istibdadi kənarə tullayıb mədəniyyət və mərifət rahi-nicatına səraətlə qədəm qoyması lazımdır. Bu da məlumdur ki, aləmi-islam mədəni olarsa, Avropanın məqsədi-cinayətkaranəsi qurbani olub, təzyiq, zülm və sitəmi altında əriyib çürüməgə razı olmaz. Avropa qəyyumluğunu, Avropa dəsti-tamahkaranəsini öz üstündən kənarə atıb sərbəst və azad olaraq imrari-həyatə şüru edər. Burasını da əlavə etmək münasibəti-məqamdır ki, bizi artıq mütəəccib və mütəhəyyir qoyan ictimaiyyun (sosialist) firqəsinin ittihadi-islam fikrində olanlara qarşı qəlblərində bəslədikləri hiddət və etirazdır. Əgər sosialist firqəsi böylə güman ediyor ki, ittihadi-islam Avropanı və Amerikanı zəbt edib hökmfərma olmaq üçündür, o surətdə, sözün doğrusu bu firqənin dərrakəsinə şəkk və şübhə ilə baxmaya bilməriz. Naqisüləql adamların da özlərini sosialist adlandırması, məlum olduğu üzrə şayani-etibar və etimad ola bilməz. Yox əgər mədəni və həqiqi sosialistlər islam taifəsinin qəyyumluq və təzyiq altından xilas olmasını ittihadi-islamdan ibarət olduğunu iqrar ediyorlarsa, o halda da onların etirazını heç bir şey ilə bəyan etmək olmaz. Məgər inke sosialistlər islam dininə qulluq edən fərdləri insan yerində qoymuyorlar. Hər halda baxırsan ki, nəticədə bir (absurd) cəfəngiyat meydana çıxır .... və o səbəbdəndir ki, sosializm əfkari-aliyəsi də öz ucalığını və həqiqiligini gözdən salır. Külliyyət etibarına layiq olmuyor, hətta xəlqi ürküdür, uzaqlaşdırıyor.....

Bəs, cənab Əmirxanyans, bu xüsuslarda dürüst mülahizə edib dərin fikirlərə dalmağınızı tövsiyə ediyoruz. O ki, qaldı kinayə etdiginiz sünni və şiə məsələsinə, bu xüsusda bizim xoşbəxt olmağımıza nə sizi, ey saqdərun erməni, təbşir ediyoruz. Əgər bizim ülum və fünun cəhətincə dalda qalmağımız sizi filhəqiqə məhzun və mükəddər ediyorsa, qoy bizim yalnız bir lailahəilləllah sədai-hidayətnümasini əlində müttəfiq və müttəhid olmağımız sizin qəlbinizi məsərrətlə məşhun etməsin. Təkrar ediyoram, bizim ümdə həlakətimiz öz himmətimiz sayəsində dəf və rəf olunubdur. Yapon və rus müharibəsi və Rusiyada vaqe olan hərəkati-hürriyyətcuyanə bütün aləmə öylə bir vəlvələ saldı ki, onun nərilti və gurultusu bizim gözlərimizi açdı və iki böyük təhlükəmizi bizə nişan verdi. Birinci təhlükəni ki, sünni və şiə nifaqından ibarət idi, biz bilaməmaniə rəf və məhv etməklə təminimizə çalışdıq və çalışmamızda da müvəffəq olduq. İmdi bu barədən biz arxayınız. İkinci təhlükəmiz isə ədəmi-mədəniyyət və maarifdir. Fəqət biz bu təhlükənin sürətlə rəfinə müvəffəq olardıq, hərgah qabağımızda böyük-böyük məmaniətlər olmasa idi.... Cənab Əmirxanyans, bunu da xatirinizdə saxlayınız ki, sizin qardaşlarınızın “Mışaq”, “Arac” və sairi fitnəəngiz qəzetələri, yazıçıları biz müsəlmanların ittifaq və ittihadını görüb dəhşətə gəldilər, aramıza təkrar nifaq salmaq üçün heç bir dəni və alçaq vasitələrdən çəkinmədilər və imdi də çəkinmiyorlar. Lakin biz o qədər xoşbəxtik ki, o müfsidlərin bu xüsusda icra etdikləri hər bir təşəbbüsi-fitnəəngizləri bizlərin digərmizə daha yaxın, daha qərib edib, o keçmiş nifaqın yerdə qalan cüzi əsərlərini də aramızdan çıxardıb bir-bir guşeyi-nistanda pünhan etməklə birlik yolunu getdikcə təmizliyor, nifaqımızı təsviyə və ittifaqımızı təqviyd ediyor. Bu barədə əmin olunuz. Birinci bəxtiyarlığımız, birinci nicatımız budur ki, bunun sayəsində ey Əmirxanyans, biz-sairlərini qorxuzmaq fikrində olmadığımız kimi-bir kəsdən qorxmaq fikrində də degiliz. Ülum və fünundan məhrum və bibəhrə qalmağımıza gəlincə, ona da səbəb altında əzildiyimiz istibdad idi, vəqti ki, istibdad puç olub, biz də öz hüququmuza malik olarıq, o halda sərihülhərəkət təriqi və təalimiz ilə biz də gendən baxanları heyran qoyarız. Zira öz istibdad qabiliyyəti-cəbəlimizə qarşı qəlbimizdə etiqadkəlamla bəsliyoruz. Vəssəlam.

 

Üzeyir

“İrşad”, 24, 25 avqust 1906, ą 200, 201

 

 

hiyn – vaxt, zaman

mürəffəhülhal-yaşayışı gen bolluqla keçən

müstəğrəq-qərq olmuş 

 

                                                             

 NEÇÜN QANMAQ İSTƏMİRLƏR?

 

Zəngəzur uyezdindən, Ordubad və Naxçıvan vasitəsilə yetişən xəbərlər öylə bir dəhşətli, o qədər həvlnak, o dərəcədə qəməfzaddır ki, onları qeydsiz və qayğısız eşitmək üçün daşdan, dəmirdən yapılmış ürək lazımdır. O zülmlər, o sitəmlər ki, hər bir tədarükdən məhrum, ac, miskin və mədətsiz Zəngəzur müsəlmanları haqqında olunub və olunur, bir kəs olmaz ki, onun qəlbini dağidar edib içərisini yandırmasın. Zarafat degil dörd yüz kişinin əvəzində dörd yüz qoyun və yüz əlli nəfər arvad əvəzində yüz əlli rəs quzu da haman zülm ilə öldürülmüş olsa idi, yenə də zənn ediyoram ki, hər kəsə sui-təsir edərdi!

İştə iki sənədən artıqdır ki, bu gunə müqatilələr Qafqazda davam ediyor, iki ildən artıqdır ki, böylə bir qəməfza xəbərlər eşitməkdən, dəhşətəngiz mənzərələr görməkdən artıq usanmışıq. Lap hazırvəq ki, bir dəfə nə olur-olsun deyib-başımızı bir yerə soxaq ki, nə qulaqlarımız bir şey eşitsin, nə də gözlərimiz bir şey görsün....... müqatilələr isə bütün dəhşətilə davam etməkdədir.

Əhalinin asayiş və hər bir təcavüzdən məsun olmasını təmin etməgə borclu olan hökumət bu qırğınları görüb də əlini ağdan-qaraya vurmaq istəmiyor. Vurursa da o müqatilələr daha şiddətlə icra olunur. Əhalinin özü isə aciz və müztərr qalıbdır. Qırğın müqatiləsini durdurmağa görünür ki, heç bir qüdrəti yoxdur.

Bu da təbiidir. Bir əhali ki, kəsalət və ətalət bərəkətindən hər bir vaqeəyə, hər bir hadisəyə kutahbinlik ilə baxacaqdırsa, min bir məqsəd ilə icra olunan bu qırğınları qət etməgə onun nə qüdrəti ola bilər.

Həmin bu qəzetənin sütunlarında dəfatı ilə yazılıbdır ki, Qafqazı Makedoniyaya döndərib qana çalxayan erməni “daşnaksüyun” firqəsindən savayi heç bir kəs degil. Haman “daşnaksüyun” firqəsinin nümayəndələri bu avqust ayında olan erməni Üçkəlisa şurasında özləri iqrar edib dedilər ki: biz öz vətənimizin nicatına qan tökə-tökə çalışdıq. Ola bilsin ki, bu dargöz firqə öz vətənlərinin həlakətini nicat ədd ediyor. Bunu erməni durbinlərinə vagüzar ediyoruz-lakin əhəmiyyətli burasıdır ki, onların məsləki hər halda qan tökməkdədir. Və bu qədər qan tökən yalnız bir “daşnaksütun” firqəsidir. Burada müsəlman ünsürlərin ittiham etmək vicdansızlıq degil, lap səfahətdir, başı boşluqdur....                      

Baxırsan ki, bəzilərimiz ermənilərin öz içlərindən “daşnaksüyun” firqəsinə qarşı etiraz eşidib “hınçaqan”ları görüb fərəhlənir, söyünürlər, “daşnaksüyun” firqəsi məhv olacaq-deyə əl çalırlar. Lakin fahiş xəta ediyorlar, səhvdədirlər, zira ermənilər “daşnaksüyun” firqəsinə qarşı protest ediyorlarsa, buna səbəb odur ki, “daşnaksakan”ların rəftar və hərəkati-xünkarənələri hərdəm müsəlmanları həyəcanə gətirib ermənilərin üstünə qiyamə qalxızıyor. Ermənilərə cismən və nəqdən zərər və ziyan vurduruyor. Aşkardır ki, əgər müsəlmanlar “daşnaksakan”ların tüğyanlarına qarşı heç bir tədbirdə bulunmasalar və qeyrətsizlik edib Zəngəzur faciəyi-əliməsi kibi qətlkahlara qeydsiz baxsalar, ermənilər özlərini əmanətdə görüb “daşnaksakan”lara etiraz degil, təşəkkürlər edib, lazım olan yerdə təqviyyəsinə də çalışarlar. Bunda əmin olmalıdır ki, ermənilərin “daşnaksakan”lara qarşı hərəkatı bizdən asılıdır. Əgər “daşnaksakan”ların hünərsizliyi bizim tərəfimizdən müqabilələrə düçar olarsa, ermənilərin də etirazı bu firqəyə qarşı artıb ciddi təlbirlərə mübəddəl və müncər olar. Bizim şiddətli müqabiləmiz isə vacibdir, lazımdır. Çünki, insaf ediniz, axır bu qırılan əlsiz-ayaqsızlar bizimdir, bu tökülən arvad qanları bizim arvadlarımızın qanıdır...

Müqabilə vacibdir, lakin nə tövr müqabilə vacibdir,-onu da pək mühüm bir məsələ olduğuna görə ümumi bir ictima vasitəsilə həll etmək lazımdır. Bunun üçün Qafqaz müsəlman nümayəndələrinin bir yerə yığılıb bir qəvi ictima qurub bu məsələ xüsusunda müzakirə etmələri icab edər. Üçüncü dəfədir ki, biz qəzetəmiz sütunlarında bu ictima məsələsini qalxızırız. Amma çefaidə bizim səsimiz heç bir qəlbdən əks-əndaz olmuyor, gözlərimiz əğrazi-şəxsiyyəbəndi ilə bağlı olan kimi, qulaqlarımız da ətalət və kəsalət pəncəsilə tutulubdur, zənn edirəm!...

 

 

Üzeyir

 

İrşad”, 27 avqust 1906, ą 202

 

525-ci qəzet.- 2010.- 12 iyun.- S.26.