“Muzeydə musiqi axşamları” bu dəfə Arif Məlikova həsr olunub
“Azərbaycan musiqisinin inkişafı və tədrisi” İctimai Birliyi və İncəsənət Muzeyinin
birgə təşkil
etdiyi “Muzeydə musiqi axşamları” layihəsi çərçivəsində
növbəti konsert reallaşıb. Mərasim xalq artisti, bəstəkar Arif Məlikovun yaradıcılığına
həsr olunub. Tədbirdə bəstəkara həsr
olunan sənət əsərləri haqqında
məlumat verilib.
Bakının müxtəlif musiqi
məktəblərinin şagirdləri
fortepiano, tar, kamança, qarmonda
bəstəkarın müxtəlif
əsərlərini ifa
ediblər. A. Məlikovun
yaradıcılıq irsinə
12, 35, 21 saylı, Sumqayıt
şəhəri Bülbül
adına musiqi məktəbinin, Bülbül
adına orta ixtisas məktəbinin şagirdləri və Bakı musiqi Akademiyasının tələbələri
nəzər salıb.
Gənc musiqiçilər bəstəkarın
müxtəlif illərdə
yazdığı musiqi
əsərlərini səsləndiriblər.
Onların ifasında
“Prelüdiya”, “İki
qəlbin dastanı”,
“Məhəbbət əfsanəsi”
baletindən, “Ağır
vals”, “Qonaq gəl bizə” və başqa sənət nümunələri
səslənib.
SARA
525-ci qəzet.-
2010.- 12 iyun.- S.21.