Azərbaycanın qısametrajlı filmləri beynəlxalq festivalda

 

Almaniyanın Detmold şəhərində keçirilən VI Beynəlxalq Kinofestivalda Azərbaycan da təmsil olunub. Festivala Azərbaycan, iki filmlə qatılıb: Günel NəcəfzadəninTərəddüd” (“Up & Down”) Tamilla İbrahimovanınPerpetuum Mobile’. “Tərəddüdfilminin ssenari müəllifi Səbinə Hüseynlidir. Qısametrajlı filmdə əsas rolları Mələk Abbaszadə Rasim Cəfərov ifa ediblər. Qeyd edək ki, film ABŞ-ın Azərbaycandakı səfirliyi R.İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinin birgə proqramı çərçivəsində istehsal olunub. Festival proqramında əsas vurğu gənc kinematoqrafçıların üzərindədir. Bu məqsədlə festival çərçivəsində ustad dərslərinin keçirilməsi planlaşdırılır. Festivalda Almaniya Azərbaycanla yanaşı Amerika, İngiltərə, Estoniya, Serbiya, Fransa, İspaniya, Sinqapur, Çexiya, Danimarka, Finlandiya, Rusiya, Xorvatiya, Boliviya, Avstriya, Macarıstan, Norveç, Polşa, Türkiyə, Kolumbiya, Monako kimi ölkələr iştirak edir.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 12 iyun.- S.21.