Rəsul Rzanın 100 illiyi Moskvada qeyd olundu

 

İyun ayının 12 – Moskvanın Mərkəzi Yazıçılar Evinin böyük zalında Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin, “OcaqMoskva Azərbaycan mədəniyyəti cəmiyyətinin,Moskva Mərkəzi Yazıçılar evinini birgə təşkil etdiyi Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə xalq şairi Rəsul Rzanın 100-illiyinə həsr edilmiş yubiley gecəsi keçirildi.

Tədbiri giriş sözüylə tanınmış türkoloq-alim, filologiya elmləri doktoru, Moskva Dövlət Linqvistika Universitetinin professoru,   Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli açdı. O, şairin həyat yaradıcılığı haqda məlumat verdi: “Rəsul Rzanın XX əsr Azərbaycan ədəbiyyatında, Azərbaycan şeirində bir dönüş yaradan, yeni poeziya məktəbinin bünövrəsini qoyan, novator şair olduğu hamıya məlumdur. Şəxsən mən bizim nəslin bir çox nümayəndəsi məhz Rəsul Rza məktəbindən bəhrələnib. Rəsul Rza Allahın ona bəxş etdiyi ömrü mübarizələrdə keçirdi. Dünyanın ən ədalətli hakimi tarixdir. Zaman hər şeyi öz süzgəcindən keçirir, gec-tez haqq-ədalət öz yerini tutur. Tarixin, zamanın çətin sınaqlarından üzüağ çıxan şairin yaratdığı ölməz əsərlər, onun keçdiyi həyat yolu bu gün sübut edir ki, şairin yoxluğundan otuz ildən çox vaxt keçsə Rəsul Rza poeziyası yaşayır yaşayacaq”.

Tədbirdə Azərbaycandan gəlmiş nümayəndələrşairin oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, şairin nəvəsi Günel Anarqızı, xalq yazıçısı Çingiz Abdullayev, şair Çingiz Əlioğlu, yazıçı Natiq Rəsulzadə, Ədəbiyyat fondunun sədri Nazim İbrahimov,- yazıçılar, şairlər, ictimai xadimlər iştirak ediblər.Tədbirdə xalq yazıçısı Rüstəm İbrahimbəyov, Moskva Yazıçılar İttifaqının sədri Yevqeni Sidorov, “Drujba narodovjurnalının baş redaktoru Aleksandr Ebonoidze, tənqidçi Lyudmila Lavrova, şairin şeirlərinin tərcüməçisi Mixal Sinelnikov, xalq yazıçısı Çingiz Abdullayev başqaları çıxış etdilər, şairin yaradıcılığından, xatirələrindən söz açdılar. Sonra bədii hissə oldu. Azərbaycandan gəlmiş opera müğənnisi Azər Zeynalov şairin şeirlərinə bəstələnmiş mahnıları ifa etdi. Aktyorlar Fəxrəddin Manafov Mehriban Zəkinin yaratdıqları Rəsul Nigar obrazları tamaşaçılar tərəfindən dəfələrlə alqışlandı. Xalq şairi Fikrət Qoca Rəsul Rza adına Beynəlxalq mukafatları Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna, şairə tərcüməçi Alla Axundovaya Tofiq Məlikliyə təqdim etdi. Tədbir zamanı Moskvada fəaliyyət göstərənSimurq quşuteatrının aktyorlarının, Moskvadakı Azərbaycan təmayüllü 157 saylı məktəbin şagirdlərinin Rəsul Rzanın əsərləri əsasında hazırladıqları tamaşalar maraqla qarşılandı.

 

 

Nəbi VERDİYEV

 

525-ci qəzet.- 2010.- 18 iyun.- S.7.