Ziyalı ünsiyyətində musiqinin rolu

 

Aydınlığa doğruMilli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyi aylıqZiyalı ünsiyyətiçərçivəsində GRBS Beynəlxalq Tədris Mərkəzi növbəti görüşü təşkil edib. Bu dəfəki görüşün mövzusuİnsan həyatında musiqinin yeri”- may toplantısının davamı olaraqMusiqi əyləncədir, yoxsa təfəkkür tərziadlanıb. Budəfəki tədbirdə qonaq qismində görkəmli xanəndə, xalq artisti Alim Qasımov onun qızı Fərqanə Qasımova, sənətşünaslıq elmləri doktoru, professor Sevil Fərhadova iştirak edib.

Professor Zümrüd Dadaşzadə, əməkdar artist Azərin, əməkdar memar Sabir Orucov, professor Rəfiqə Əzimova, filologiya elmləri namizədi Mömünat Ömərova, fəlsəfə elmləri doktoru Əhməd Qəşəmoğlu, yazıçı-sənətşünas Sara Oğuz, rəssam Elçin Hami Axundov, kinorejissor Elçin Musaoğlu, psixoloq Elmir Əkbərin qatıldığı mərasimə birliyin sədri, tanınmış telejurnalist Solmaz Əmirli aparıcılıq edib. S. Əmirli görüşün məram məqsədindən danışaraq əvəzsiz nemət olan musiqinin, xüsusilə muğamın sadəcə bir əyləncə üsulu deyil, dərin məna kəsb edən nemət, yüksək mənəvi dəyər özünəməxsus bir təfəkkür vasitəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən GRBS Beynəlxalq Tədris Mərkəzinin nümayəndəsi Bəhram Qurbanov açaraq gənclərin maariflənməsi yönündə müxtəlif layihələr həyata keçirən təlim mərkəzinin ziyalı görüşlərinə bundan sonra da həvəslə ev sahibliyi edəcəyini söyləyib.

S. Fərhadova çıxışında muğamın fəlsəfəsi haqqında ətraflı söz açıb.

Azərbaycan muğamını dünya miqyasında təbliğ edən sevdirən A.Qasımov məhz öz həyatında musiqinin yerindən, muğamın insan düşüncəsinə təsirindən danışıb.

Z. Dadaşzadə çıxışında ünsiyyətdə olduğu məşhur dünya musiqiçilərinin Alim Qasımov Azərbaycan muğamı haqqında söylədiklərini qonaqların diqqətinə çatdırıb.

Görüşdə   Ziyalı ünsiyyətiklubunun üzvləri digər qonaqlar Alim Fərqanə Qasımovlara Azərbaycan muğamının dünya miqyasında təbliğində onlara daha böyük uğurlar arzulayıblar.

Sonda S.Əmirli görüş iştirakçılarına ənənə üzrə Birliyin diplomlarını xatirə hədiyyələri təqdim edib.

 

 

S. MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 17 iyun.- S.7.