Mahnı TeatrındaKoroğlunun Çənlibelə qayıdışı

 

R.Behbudov adına Dövlət Mahnı Teatrında yazıçı-publisist Adil BabayevinKoroğlunun Çənlibelə qayıdışıkitabının təqdimatı keçirilib. Kitabın mövzusu əsasən keçmiş SSRİ dağıldıqdan sonra Azərbaycanda baş verən hadisələrə ulu öndər Heydər Əliyevin ikiknci dəfə hakimiyyətə qayıdışına həsr olunub. Təqdimat mərasimində Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, Bakı Metropoliteninin sədri Tağı Əhmədov, Yeni Azərbaycan Partiyası Yasamal rayon şöbəsinin sədri Fikrət İsmayılov başqaları çıxış edərək əsərin bədii xüsusiyyətlərindən söz açıblar. Tədbirdə qiraət ustalarının ifasında mənzum pyesdən parçalar ifa olunub, Naxçıvan Dövlət Dram Teatrında nümayiş etdirilmiş eyniadlı tamaşadan parçalar nümayiş etdirilib. Sonda çıxış edən müəllif tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 17 iyun.- S.7.