Musiqili gül çələngi

 

Onun kitabı bir gül çələnginə bənzəyir. Tanınmış fotojurnalist Rafiq Salmanovun zaman-zaman mətbuat “bağça”sındaəkdiyinövbənöv “gül”lərdən hörülmüş bu çələng həm sənətsevər oxuculara, həm elə 60 yaşın zirvəsində duran müəllifin özünə gözəl hədiyyədir. Topluda milli musiqimiz, incəsənət ustalarımızın həyatı yaradıcılığı ilə bağlı son 20 ildə qələmə alınmış gül kimi yazılar cəmlənib: hərəsinin öz rəngi, öz ətri, öz ahəngi. Rafiq müəllim bir bağban səbri ilə bəsləyərək hasilə yetirib bu gülləri.

...Atılıb-düşən uşaqlığının 14-cü yaşında ciddi bədən xəsarəti alaraq düz altı il yataqda qalıb. Həmin illərdə evdə gözəl qarmon çalmağı fotoqrafiyanı öyrənib. Kövrək notlu duyğularını qarmonun dili ilə, yalnız pəncərə çərçivəsindən görə bildiyi həyat mənzərələrinə həsrətini isə fotoaparatın şaqqıltısı ilə ifadə eləyib. Sağalıb ayağa durandan sonra musiqi təhsili alıb, ifaçılıqda öz sözünü deyib. Habil Əliyev, Qədir Rüstəmov, Teymur Mustafayev, Eyvaz Həsənov digər tanınmış sənətkarlarla el məclislərində çıxış edib. Hətta onun qrammafon valı da buraxılıb. Amma sonralar nədənsə foto sənəti musiqiyə sevgisini üstələyib Rafiqi jurnalistika aləminə gətirib.

İyirmi ildir ki, “Xalq qəzeti”nin fotomüxbiridir. Onun ekspozisiyasında həyatın çeşidli sahələri, incəsənətin əlvan səhnələri ilə bağlı çox nadir şəkillər toplanıb. Daxilən narahat adam olan, daim axtarış aparıb ömrünün hər anını dolğun yaşamağı sevən Rafiq müəllim jurnalistikada təkcə foto çəkməklə kifayətlənməyib- qələmini sınaqdan keçirib burada da uğur qazana bilib. Ünlü musiqiçilərimiz barədə qəzetdə dərc olunan silsilə yazıları maraqla qarşılanıb. Sizi məndən soruşsalar”, “El sevsə sənətkarı indi haqqında söhbət açdığımızMənim könlüm deyir ki...” kitabları araya-ərsəyə gəlib.

Nəfis tərtibatlı, təxminən 35 çap vərəqi həcmində olan yeni topluda yüzdən artıq oçerk, sənədli hekayə, müsahibə məqalə yer alıb. Bir çoxunun elə adından bəlli olur söhbətin kimdən getdiyi. Məsələn, “Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ”, “Gəncənin nəğməkar qızı”, “Ey sarivan, ahəstə get”, “Qaya kimi...”, “Onu Süleyman bilir ancaq”, “Çübüqların möcüzəsi sair. Hər yazının ən azı üç-dörd maraqlı fotoşəkillə verilməsi kitaba ensiklopedik albom statusu qazandırır,-desək yanılmarıq.

Rafiq Salmanovun yazılarında incəsənətimizin on illəri əhatə edən tabloları canlanır. Oçerklər yazılan vaxt bir çox sənətkarlar hələ həyatda olublar, indi isə hər biri həzin bir xatirəyə dönüb. Fatma Mehrəliyeva, İslam Rzayev, Sərvər İbrahimov, Əliağa Quliyev, Mais Salmanov... barədə yazıları oxuyandan sonra istər-istəməz deyirsən:-Doğrudan, gözəl sənətkar idi, Allah rəhmət eləsin!

Kitabı sanbala gətirən bir cəhət müəllifin musiqini, muğamı gözəl bilməsi, könüldən sevməsi, bu aləmlə bağlıdaxıl”ının doluluğu hər birqəhrəman”ı barədə çoxlarımıza bəlli olmayan mətləblərə, onların peşəkar məziyyətlərinə ustalıqla toxunmasıdır. Bu yöndən bir sıra oçerkləri kimi, Kor Əhəd haqqında yazdığıSənəti yoluna nur ələyirdisənədli hekayəsi diqqət çəkir.

Söhbət 1893-cü ildə Bakıda doğulmuş məşhur qarmon ustası Əhəd Əliyevdən gedir. Əhəd uşaqkən göz xəstəliyinə tutulub sonra yeddi dilli balaca qarmona mehrini salıb. Tale görmə qabiliyyətini əlindən alsa da, ona güclü yaddaş, heyrətamiz musiqi duyumu istedad bəxş eləmişdi. Eşitdiyi musiqini tez qavrayan Əhəd öncəİnnabı”, “Uzundərəhavalarını çalmağı öyrənib. Ha yavaş-yavaş püxtələşib. 12 yaşındaykən anası ona o dövr üçün tam həcmli sayılan 12 dilli qarmon alıb. Bu qarmon Əhədin yaradıcılıq imkanlarını artırıb çox keçmədən o, təkcə Bakıda deyil, bütün Azərbaycanda mahir ifaçı kimi tanınıb. Sazandə tarzən kimi məşhurlaşıb. Sorağı Dağıstana Gürcüstandan belə gəlib. Qız toylarına dəvət olunanda Əhədi çox vaxt məşhur dəfçalan, içərişəhərli Zeynəb, kişi toylarında isə Xaliq, İsa qarmonçu şagirdi, sonralar ustad ifaçı kimi tanınmış Teyyub Dəmirov müşayiət edirdi.

Rafiq Salmanov yazır ki, qarmonda yarım ton səslərin olmaması üzündən muğam digər mürəkkəb quruluşlu havaları istədiyi kimi çala bilməməsi Əhədə rahatlıq vermirdi. Günlərin bir günü o, yaxın dostu, qarmon ustası, yəhudi Korpuşkindən alətə yarım tonlar əlavə etməklə tam yeni bir qarmon düzəltməsini xahiş edir.Təklif ustanın xoşuna gəlsə , belə şeyə rast gəlmədiyini onu düzəltmək mexanizmi ilə tanış olmadığını etiraf edir. Lakin Əhədin izahatlarından təkidindən sonra razılaşıb belə bir qarmon düzəltməyə söz verir. Altı aylıq gərgin əməkdən sonra usta,nəhayət ki, Əhədin istədiyi qarmonu düzəldə bilir. Onun sənətinə dostluğuna hörmət əlaməti olaraq qarmonu Əhədə hədiyyə edir. bununla da qarmon ifaçılığı sahəsində Korpuşkinin Əhəd Əliyevin adıyla bağlı tam yeni, bütöv həcmli qarmon erası musiqi tariximizə daxil olur.

Kor Əhədin həmin qarmonda çaldığıSegahmuğamı onun sənətinin zirvəsinə çevrilib. Dövrün ustad xanəndələri Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski Kor Əhədlə çox böyük toylarda birlikdə olublar. Görkəmli bəstəkar Müslüm Maqomayev ustad sənətçini radioya dəvət edib. Qarmonunun sehrli səsi 1927-ci ildə ilk olaraq efir vasitəsilə bütün Azərbaycana yayılıb. Dahi bəstəkar Üzeyir Hacıbəyov onu radionun ilk notlu Şərq orkestrinə qəbul edib. Üzeyirbəyin təkidi ilə Kor Əhəd opera teatrındaArşın mal alan”ın axırıncı toy pərdəsindəTərəkəməifa edib...

Özü həyatda fiziki məhrumiyyət görmüş bir vaxt qarmona könül vermiş Rafiq Salmanovun Kor Əhəd haqqında sənədli hekayəsiniSənəti yoluna nur ələyirdiadlandırması böyük məhəbbətlə yazması müəllifin necə həssas bir qələm sahibi olduğunu göstərir. Kitabda bu kimi yaddaqalan yazılar çoxdur. Biz təkcə birini misal çəkdik.

Rafiq SalmanovunMənim könlüm deyir ki...” kitabı musiqi sənətimizə sonsuz sevgi, hörmət peşəkarlıqla qələmə alınıb. Ölməz şairimiz Mikayıl Müşfiqin şeirindən kitaba ad kimi götürülmüş misradan sonraHələ bunlar nədir ki...” gəlir. Deməli, Rafiq Salmanovdan yeni-yeni gözəl kitablar- əlvan güllərdən hörülmüş çələnglər gözləməyə haqqımız çatır.

 

 

Əli NƏCƏFXANLI

 

525-ci qəzet.- 2010.- 17 iyun.- S.7.