Gəncədə xalçaçı rəssam Cavanşir Əliyevin sərgisi açılıb

 

Gəncə Olimpiya İdman Kompleksində görkəmli xalçaçı-rəssam Cavanşir Əliyevin əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Mərasimi giriş sözü ilə Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov açaraq tanınmış el sənətkarının Gəncədə nümayiş etdirilən bu sərgisini şəhərin mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirib: “Hələ 30 il əvvəl sənətkarın atası, xalq rəssamı Kamil Əliyevin sərgisi şəhər ictimaiyyəti tərəfindən maraqla qaşılanıb. 30 ildən sonra onun oğlu Cavanşir Əliyevin də Gəncə sənətsevərləri ilə bu görüşününyaddaqalan olacağına inanıram”. Sərgidə rəssamın xalça üzərində işlənmiş Heydər Əliyevin, prezident İlham Əliyevin, həmçinin bir sıra dövlət başçılarının, görkəmli siyasi xadimlərin portretləri, eləcə də müxtəlif ornamentli xalçalarminiatür əsərlər nümayiş etdirilir.

 

SARA

 

525-ci qəzet.- 2010.- 19 iyun.- S.16