Heydər Əliyev Fondu-
Azərbaycanın mədəniyyətinin hamisi
Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin milli-mənəvi sərvətlərimizin
və mədəniyyətimizin
qorunmasına verdiyi önəm hər zaman ölkə ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilib. Ümumilli liderin
yürütdüyü məqsədyönlü
siyasət ölkəmizin
dünya ölkələri
arasında yüksək
mövqe sahibi olmasına rəvac verib. Ulu öndərin vəfatından
sonra fəaliyyətə
başlayan və onun adını daşıyan Fond dahi liderin siyasətini davam etdirir.
2004-cü ildə
Heydər Əliyev Fondunun açılması
ilə Azərbaycan mədəniyyətinin təbliği
və inkişafı istiqamətində nəhəng
layihələrə start verildi.
Fəaliyyət göstərdiyi
6 il ərzində
fond Azərbacanın ictimai-siyasi
həyatında aktiv iştirak edib. Fond – təhsil, səhiyyə, sosial, idman, ekologiya və mədəniyyət sahələrində
əhəmiyyətli fəaliyyət
planı həyata keçirir. Fondun prezidenti, Azərbaycanın
birinci xanımı,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban Əliyeva ölkəmizin mədəni
irsinin təbliği, onun milli və
regional səviyyələrdə tanıdılmasında xüsusilə
əvəzsiz rol oynayıb.
Hələ Fond yaranmamışdan əvvəl
Mehriban Əliyevanın
yorulmaz fəaliyyəti
və səyi nəticəsində 2003-cü ilin
noyabr ayında Azərbaycan muğamı
YUNESKO tərəfindən Bəşəriyyətin
Şifahi və Qeyri-Maddi İrsinin şah əsəri elan olunub. Fondun
2005-ci ildən həyata
keçirdiyi “Azərbaycan
muğamları” layihəsi
çərçivəsində 24 virtuoz muğam ustasının ifaları toplanmış “Qarabağ
xanəndələri” musiqi
albomu bu sahədə sərf olunan gərgin zəhmətin bəhrəsidir.
Fondun muğam sahəsindəki işi bununla yekunlaşmayıb. 2008-ci ildə hazırlanan “Muğam ensiklopediyası” sanballı nəşrlərdəndir.
Dövlət başçısı
İlham Əliyevin
2005-ci il sərəncamına əsasən
Beynəlxalq Muğam Mərkəzi tikilib və 2008-ci ildə mərkəzin açılışı
olub. 2009-cu ilin
martında mərkəzdə
I Beynəlxalq Muğam
Festivalı keçirilib.
Bundan sonra “Azərbaycan muğamları”
layihəsi çərçivəsində
8 diskdən ibarət
“Azərbacan muğamı”
multimedia toplusu və
33 diskdən ibarət
“Muğam aləmi” nəşrinin təqdimatı
da gerçəkləşib.
Görkəmli muğam ifaçılarının
yubiley albomu nəşr olunub. 2011-ci ildə də
II Beynəlxalq Muğam
Festivalının Bakıda
keçirilməsi nəzərdə
tutulub.
Heydər Əliyev Fondunun mədəniyyət sahəsində
həyata keçirdiyi
növbəti layihə
aşıq sənətimiz
ilə bağlı oldu. YUNESKO-nun Qeyri maddi-mədəni
irsinin qorunması üzrə komitəsinin
2009-cu il 30 sentyabr tarixində Birləşmiş
Ərəb Əmirliyinin
Abu-Dabi şəhərində
keçirilən IV sessiyasında
qurumun yekun qərarına əsasən
Azərbaycan aşıq
sənəti və Novruz bayramı YUNESKO-nun qeyri maddi-mənəvi irsin reprezentativ siyahısına daxil edilib. Novruz bayramının Azərbaycan,
Hindistan, İran İslam Respublikası, Qırğızıstan, Özbəkistan,
Pakistan və Türkiyədə
qeyd edildiyi nəzərə alınaraq
qeyri-maddi mədəni
irs nümunəsi kimi YUNESKO-ya beynəlmiləl bayram kimi daxil edilib.
Aşıq sənəti isə
sırf Azərbaycan sənəti kimi sözügedən siyahıda
yer alıb. Həqiqətən də əsrlərin
imtahanından uğurla
çıxan Azərbaycan
aşıq sənəti
çox zəngin və mükəmməl saz-söz xəzinəsidir.
Yüzilliklərdən bəri dildən-dilə,
ağızdan-ağıza keçərək
günümüzə çatan
bu sənət növü dövrün ictimai- siyasi həyatını özündə
əks etdirməklə
daha geniş miqyas alıb. Qədim tarixi olan Azərbaycan
aşıq şeiri təkcə məzmun yox, həm də
məna, şəkil baxımdan zəngin və rəngarəngdir.
Aşıq sənətinin kökləri
şifahi xalq ədəbiyyatının qiymətli
nümunələrinə dayanaraq
bu zəngin növlərdən şirələnib.
Qədim
vaxtlardan aşıqlara
ozan, varsaq, dədə, yanşaq deyiblər. Bu sənətin
ilk və ən uğurlu nümunəsi
1300 il bundan
əvvəl, VII əsrin
mühüm ədəbi
hadisəsi hesab olunan “Kitabi Dədə Qorqud” dastanıdır.
Yarandığı dövrlərdən bir sıra inkişaf mərhələləri keçən,
özünün tərəqqisinin
gah pik nöqtəsini,
gah da tənəzzülünü
yaşayan bu söz sənəti Azərbaycana çox böyük ustadlar bəxş edib. Termin kimi
XIV əsrdə yaranıb.
Qurbani, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Alı, Molla Cümə, Aşıq Ələsgər
kimi aşıqlar bu sənətin öndə gedən ustadları olublar. Tanrının lütfü olan
fitri hafizə və fenomenal yaddaş, ürəklərə
yol tapan, könülləri oxşayan
gözəl şeirləri
sinələrində bulaq
kimi qaynayan bu ustadların ilham pəriləri gözəllik olub. Aşıq Əhliman, Mikayıl Azaflı, Murad Kövrək, Aşıq Kamandar, Aşıq Pənah, Aşıq Qurban, Aşıq Xanlar, Gülarə və Dilarə Azaflılar, Aşıq Pəri, Aşıq Telli və digərləri müasir aşıq sənətinin görkəmli
nümayəndələridirlər. Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi ilə Fransanın “Maison des Cultures du Monde” Assosasiyası
arasında bağlanmış
müqaviləyə əsasən
2009-cu il mart 28-də Parisin məşhur Luvr muzeyinin Auditorium zalında Azərbaycan aşıqlarının konserti
də keçirilib. Yüksək
səviyyədə keçirilən
konsertdə ifa olunan mahnılar xarici tamaşaçıların
sürəkli alqışlarına
səbəb olub.
30 mart tarixində Strasburq Konservatoriyasının
konsert zalında aşıqlarımız növbəti
konsert proqramı ilə çıxış
ediblər. Öncəki konsert proqramındakı kimi burada da
tamaşaçıların əksəriyyətinin xaricilər
olmasına baxmayaraq aşıqlarımızın məharətli
ifası seyrçilər
tərəfindən böyük
maraqla qarşılanıb.
Hazırda Fond tərəfindən
“Azərbaycan xalçaları”
adlı obyektlərin həmin siyahıya salınması ilə bağlı iş aparılır. Bu istiqamətdə Fondun prezidenti səylərini əsirgəmir. Mehriban Əliyevanın
məqsədi Azərbaycanın
ən qiymətli mədəni sərvətlərindən
olan xalçaçılığın
dünya səviyyəsində
qəbul, təbliğ
və inkişaf etdirməkdir.
Azərbaycan xalçaçılığı tətbiqi sənət növünün ən qədim sahələrindən biridir. Aparılan arxeoloji qazıntılar və yazılı mənbələrdən belə məlum olur ki, Azərbaycanda xalça toxuculuğu 5 min il bundan əvvəl – tunc dövründə yaranıb. Azərbaycan xalçaçılığı təkcə xalılarla məhdudlaşmayıb. İlkin kökünü cecim, sumax, zili, vərni, ladı, həsir, palaz, şəddə, namazlıq, kilim kimi qədim xalça növlərindən götürən Azərbaycan xalçaçılığının adları çəkilən çeşidlərində hər biri ilmələrin sayı, ornamentləri və toxunuşuna görə fərqlənir. Azərbaycan xalçasında ölkəmizin bütün gözəlliklərini, təbiətini görmək mümkündür. Rənglərin əlvanlığı, naxışların ezackarlığını, ilmələrin düzümünü seyr etdikcə füsunkar təbiəti – Azərbaycanın dağları, yaşıl meşələri, güllü-çiçəkli bağları göz önündə canlanır. Soyuq qış gecələrində nənələrimizin isti daxmalarda gözlərinin nuru, barmaqlarının zəhməti ilə bayatılar, şeirlər söləyə-söyləyə toxuduqları bir-birindən əlvan xalçalar onların mənəviyyatının zənginliyini əks etdirməklə bərabər, dar çərçivədən dünya miqyasına çıxıb. Qadınların, anaların barmaqlarından süzülən incə ilmələrin toplusu olan Azərbaycan xalça sənətinin inkişafı qədim bir tarixə söykənir. Dünyaca məşhur olan Təbriz, Quba, Bakı, yaxud Abşeron, Şirvan, Gəncə, Qarabağ xalçaçılıq məktəbləri özünün toxunma texnikasına görə fərqlənir.
Azərbaycan xalçaçılıq məktəbində Təbriz xalıları xüsusilə seçilir. Əsasən 2 qrupa bölünən bu məktəbin Təbriz qrupuna “Təbriz”, “Baxşayış”, “Qərəcə”, “Heris”, “Ləçəkturunc”, “Əfşan”, “Ağaclı”, “Ovçuluq”, “Dörd fəsil” kompozisiyaları, Ərdəbil qrupuna “Ərdəbil”, “Şeyx Səfi”, “Şah Abbası”, “Sərabi”, “Zəncan”, “Mir”, “Açma-yumma” xalıları daxildir. Təbriz xalçaçılıq məktəbinin “Bağ- behişti”, “Bağ-meşə”, “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Xəyyam”, “Xətai”, “Həddad”, “Çərxi-gül”, “Ceyranlı” və digər xalçaları da xarakterikdir.
Təbrizdə toxunmuş “Ləçəktürünc” kompozisiyalı hazırda Londonun “Viktoriya və Albert” muzeyində qorunan, əvvəllər “Ərdəbil” adlandırılan “Şeyx Səfi” xalçası Təbriz xalçaçılıq məktəbinin şah əsəri hesab olunmaqla bərabər, dünya mədəni irsinin incisi sayılır. (56,12 kv.m, 1539-cu il).
Hələ X-XI yüzilliklərdə ipək, ipək xalçaların mərkəzi kimi tanınan Gəncə xalçaçılıq məktəbinin “Gəncə”, “Qədim Gəncə”, “ Gölkənd”, “Fəxralı”, “Çaykənd”, “Çaylı”, “Şadılı”, “Çıraqlı”, “Samux” adlı növləri var.
Qazax qrupuna “Şıxlı”, “Borçalı”, “Qaymaqlı”, “Qaraqoyunlu”, “Qaraçöp”, “Qaçağan”, “Dəmirçilər”, “Kəmərli”, “Salahlı” adında xalçalar daxildir.
Qarabağ xalça məktəbinin “Aran”, “Balıq”, “Buynuz”, “Bərdə”, “Bəhmənli”, “Qarabağ”, “Qoca”, “Qasımuşağı”, “Muğan”. “Malıbəyli”, “Xanqərvənd”, “Xanlıq”, “Xantirmə”, “Çələbi”, “Talış”, “Şabalıdbuta” və digər xalçaları göz oxşayır.
Çox tanınmış Quba xalçaçılıq məktəbinin ən məşhur nümunələri “Qollu-Çiçi”, “Qədim- Minarə”, “Alpan”, “Pirəbədil”, “Qımıl”, “Hacıqayıb”, “Qrız”, “Cek” və digərləridir. Bu xalçaların bəzəyində həndəsi naxışlar üstünlük təşkil edir.
Bakı məktəbinin xalça çeşidləri onların toxunduğu kəndin adı ilə bağlıdır. Bu növ xalçalar üçün tipik xüsusiyyət xalçaların daha yumşaq, naxışların incəliyidir. Bakı xalçaçılıq məktəbinin nümunələri “Xiləbuta”, “Xiləəfşan”, “Novxanı”, “ Suraxanı”, “Qala”, “Bakı”, “Goradil”, “Fatmayı”, “Fındığan”, “Qədi” və digər adlarla məşhurdur.
Şirvan xalçaçılıq məktəbi və Şirvan bölgəsi “Mərəzə”, “Qobustan”, “Şirvan”, “Kürdəmir”, “Şilyan”, “Şirəlibəy”, “Çuxanlı”, “Bico”, “Sor-Sor”, “Hacıqabul” adlı xalça çeşidləri ilə tanınır. Adıçəkilən xalçalar hələ XIV-XV əsrlərdə Avropa rəssamlarının tablolarında əks olunub.
Xalçalarımızın belə dillər əzbəri, gözoxşayan olmasında xalçaların toxunmasında təbii xammaldan və boyaq maddələrindən istifadə olunmasıdır.
Azərbaycan xalçaları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı sarayı kimi möhtəşəm muzeylərdə ölkəmizi təmsil edir.
Milli-mənəvi dəyərlər insanları birləşdirə biləcək başlıca qüvvədir. Dünyaya örnək ola biləcək mədəniyyəti, milli-mənəvi dəyərləri, zəngin adət-ənənələri Azərbaycan millətinin formalaşmasında başlıca rol oynayıb.
Milli- mənəvi dəyərlərimizin var olması ilə yanaşı, onları lazımi şəkildə, olduğu kimi dünyaya təqdim etmək vacibdir. Hazırda Heydər Əliyev Fondu bu missiyanı uğurla həyata keçirir. İnanırıq ki, lap yaxın tarixdə Fondun həyata keçirdiyi səylər öz bəhrəsini bir daha verəcək, Azərbaycan xalçaçılıq sənəti də YUNESKO-nun mədəni irs siyahısına daxil ediləcək.
Azərbaycan mədəniyyətinin bütün sahələrinə himayədarlıq edən, mədəni sərvətimizin qorunub gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayan Heydər Əliyev Fondu bununla həm də yüzillərin tarixinə yazılacaq çox əhəmiyyətli bir missiyanı həyata keçirir. Belə önəmli bir missiya gec-tez bəhrəsini verəcək.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.- 22 iyun.- S.7.