Bu gün Azərbaycanda Gürcüstan Mədəniyyəti Günləri başa çatır

 

Azərbaycanda Gürcüstan Mədəniyyəti Günlərinə S.Bəhlulzadə adına sərgi salonunda təşkil olunan sərgi ilə start verilib. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin səviyyəsini yüksək qiymətləndirərək tədbirin ölkələrimizin mədəni əlaqələrini genişləndirmək məqsədi daşıdığını qeyd edib. Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman nazirinin müavini, Gürcüstan nümayəndə heyətinin başçısı Marine Coqaşvili səmimi qəbula görə minnətdarlığını bildirib, mədəniyyət günləri çərçivəsində tanınmış rəssam Rusudan Petriaşvilinin əsərlərinin sərgisinin açılışından başqa, Bakı Caz Mərkəzində gürcü caz kollektivinin, həmçinin rəqs və folklor ansambllarının çıxışlarının nəzərədə tutulduğunu, Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının kollektivinin Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində öz tamaşasını təqdim edəcəyini deyib. M.Coqaşvili bakılılara təqdim olunmuş ekspozisiyanın müəllifi Rusudan Petriaşvilinin təkcə öz vətənində deyil, həm də onun hüdudlarından kənarda yaxşı tanındığını, adının Kembric Bioqrafiyalar Mərkəzinin 2000-ci ildə nəşr etdirdiyi dünyanın ən tanınmış adamları siyahısına daxil olduğunu, hələ 6 yaşında ikən Tbilisidə Rusudanın ilk fərdi sərgisi təşkil edildiyinin vurğulayıb: “Bütün Gürcüstanın patriarxı II İliya rəssamın yaradıcılıq imkanlarını, özünə tələbkarlığını və yüksək peşəkarlığını nəzərə alaraq, ona İncilə illüstrasiyalar çəkməyi həvalə edib”. R.Petriaşvili çıxışında əsərlərinin Bakıda ilk dəfə nümayiş etdirildiyini, ekspozisiyaya boyakarlıq, qrafikabatik janrlarında 22 əsərin daxil olduğunu deyib: “Bunlar indiyədək heç yerdə nümayiş etdirilməyən, mənim üçün çox qiymətli olan əsərlərdir. Bakı çox xoşuma gəldi. Mən mütləq bura qayıdacağam”. Mədəniyyət Günləri çərçivəsində Akademik OperaBalet Teatrında da tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyev Mədəniyyət Günləri ərzində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb: “ Azərbaycan ilə Gürcüstan arasında qədim tarixə malik siyasi, iqtisadi, mədəni əlaqələr bu günuğurla davam etdirilir”. Tədbirdə çıxış edən Gürcüstanın mədəniyyət, abidələrin qorunması və idman nazirinin müavini M.Coqaşvili mədəniyyətin bu gün millətləri yaxınlaşdırmaq, gərginlik, çarpışma səbəblərinin aradan qaldırılması, barış və sülh prinsiplərini bərqərar etmək üçün səmərəli vasitə hesab etdiyini dilə gətirib. Mərasimdə Azərbaycanın əməkdar artisti Manana Caparidzeyə Gürcüstan prezidenti Mixail Saakaşvilinin müvafiq sərəncamı ilə layiq görüldüyü “Şöhrət” ordeni təqdim olunub. Sonra teatrın səhnəsində İ.SuxişviliN.Ramişvili adına Gürcüstan dövlət rəqs ansamblı konsert proqramı təqdim edib. Mədəniyyəti Günləri çərçivəsində növbəti bir tədbir isə Bakı Caz Mərkəzində reallaşıb. Gürcüstanın “Mərcanov” caz qrupunun solistləri Mariam Ebralidze və “Geostarcaz müsabiqəsinin finalçısı Vaja Manianın ifası cazsevərlərin diqqətini çəkib. Qeyd edək ki, Azərbaycanda Gürcüstan Mədəniyyəti Günləri bu gün iyunun 24-də başa çatır.

 

 

S. MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2010.- 24 iyun.- S.7.