Yazıçılar Birliyində Yusif Kərimovun yubileyi qeyd olunub

 

Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı-publisist, dramaturq Yusif Kərimovun 70 illik yubileyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib. Bu barədə AYB-nin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə çıxış edən AYB-nin katibi, xalq şairi Fikrət Qoca Yusif Kərimovu Azərbaycan ədəbi mühitində öz yeri, öz dəsti-xətti ilə fərqlənən yaradıcı ziyalılarımızdan biri kimi səciyyələndirib. Xalq şairi Nəriman Həsənzadə yubilyarın həyat yaradıcılıq yoluna nəzər salıb: “Yusif Kərimov 1940-cı ildə Bərdədə dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bakıqəzetində şöbə müdiri, “Azərbaycan Dövlət Televiziya Radio VerilişləriQapalı Səhmdar Cəmiyyətində, “Azərbaycan gəncləriqəzetində baş redaktor digər vəzifələrdə peşəkar jurnalist kimi özünü təsdiq edib. Yusif Kərimov 16 kitabın müəllifidir”. Şairlər İlyas Tapdıq, Yusif Həsənbəy digərləri yubilyarın səmimiyyətindən, söz dünyasının əlvanlığından söz açıblar. Tədbir çərçivəsində yazıçının ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə həsr etdiyiƏbədiyyət yoluadlı esselər toplusunun təqdimatı da keçirilib. Kitabın redaktoru ön sözün müəllifi filologiya elmləri namizədi Yalçın Əlizadədir. Sonda Y. Kərimov yaradıcılığına göstərilən ehtirama görə tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 24 iyun.- S.7.