Şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib

 

Dövlət Filarmoniyasında əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun yaradıcılıq gecəsi keçirilib. Gecədə çıxış edən Baba Vəziroğlu yaradıcılıq gecəsinə toplaşan qonaqlara minnətdarlığını bildirib: “Bu gün sadəcə mənim yaradıcılıq gecəmdir bu qədər insanın gəlməsi, əyləşməyə yerin tapılmaması məni çox xoşbəxt edir. Bu o deməkdir ki, bu illər ərzində çəkdiyim əziyyət boşa getməyib.” Gecədə çıxış edənlər şairin həyat yaradıcılıq yoluna nəzər salıblar: “Baba Vəziroğlu 1954-cü ildə İsmayıllının Mollaisaqlı kəndində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra müxtəlif vəzifələrdə çalışıb. Mindən artıq şeirinə mahnılar bəstələnib.Həsən Seyidbəyli”, “Yer boş qalan adam”(Rəşid Behbudov), “Sənsiz ya ömrün son axşamı” (Həsən Turabov), “Elegiya” (Zərifə Əliyeva), “Beş nəğməlik ömür sair sənədli filmlərin ssenari müəllifidir”. Millət vəkili Fəttah Heydərov bu günün böyük bayram olduğunu vurğulayıb Baba Vəziroğlu yaradıcılığından söz açıb: “Baba Vəziroğlu çox böyük ürəyə sahibdir. Onun yazdığı şeirlərdən bu açıq-aydın görünür.” Çıxışlardan sonra gecə musiqili proqramla davam etdirilib. Xalq artistləri Mübariz Tağıyev, Flora Kərimova, əməkdar artistlər Tünzalə Ağayeva, Ədalət Şükürov, müğənnilər Aysel Teymurzadə, Lalə Məmmədova, Zamiq, Elnur başqaları şairin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 25 iyun.- S.4.