Gəncə Dram
Teatrı mövsümü Mir Cəlalın “Ərik ağacı” ilə
yekunlaşdıracaq
Gəncə Dövlət Dram Teatrı
115-ci mövsümünə Mir Cəlal Paşayevin “Ərik ağacı” əsəri əsasında
səhnələşdirdiyi eyniadlı tamaşa ilə yekun vuracaq. Teatrın direktoru
Əli Qasımovun bildirdiyinə görə,
başa çatan teatr mövsümü kollektiv üçün uğurlu olub: “Yaradıcı kollektivimiz Gəncə teatrsevərlərinə
bu mövsüm ərzində bir neçə yeni əsər təqdim edib. Şair-dramaturq Xəzangülün “Məhəbbətin
qənimi”, Əli Əmirlinin “Varlı qadın “, Elçinin “Ölüm hökmü” və görkəmli yazıçı Mir Cəlal
Paşayevin “Ərik ağacı” əsərləri
əsasında hazırlanmış
tamaşalar Gəncə
tamaşaçıları tərəfindən alqışlarla
qarşılanıb. Bu uğuru
təhlil edərək
kollektiv olaraq belə qərara gəlmişik ki, teatr mövsümünü
elə Mir Cəlal Paşayevin “Ərik ağacı” əsəri əsasında səhnələşdirdiyi
tamaşa ilə başa vuraq. Yaxın günlərdə yaradıcı
heyət həmin tamaşanı təqdim edəcək və sentyabr ayının 15-dək
Gəncə teatrsevərlərindən
ayrılacaq”.
SARA
525-ci qəzet.-
2010.- 25 iyun.- S.4.