Beynəlxalq film
festivalında ölkəmizi “Kuklalar” təmsil
edəcək
İyulun 2-də Çexiyanın Karlovı
Varı şəhərində
beynəlxalq film festivalı
keçiriləcək. Festivalda
ölkəmizi Çingiz Rəsulzadənin
rejissoru olduğu “Kuklalar” filmi təmsil edəcək.
Ç.Rəsulzadənin sözlərinə görə, “Kuklalar” filmi iyulun 7-də nümayiş
olunacaq: “Bu festival Kann, Venesiya və Berlin kino festivallarından sonra dördüncü ən yaxşı
festivaldır. A kateqoriyalı festivalda filmimiz də iştirak edəcək.
Ümidvarıq ki, festivaldan
uğurla qayıdacağıq”. Ç.Rəsulzadə
bildirib ki, festivalda dünyanın bir
çox ölkələrinin, o cümlədən Rusiya,
Ermənistan, Estoniya istehsalı olan filmlər göstəriləcək və
müsabiqədə iştirak edəcək.
Festivalda “Kuklalar” filminin nümayişində iştirak
etmək üçün Ç.Rəsulzadə
Çexiyaya səfər edəcək. Qeyd edək ki, “Kuklalar” filmi nin ssenari müəllifləri
Ramiz Fətəliyev, Çingiz
Rəsulzadə, rejissoru Çingiz
Rəsulzadə, operatoru Yuri
Varnovski, rəssamı Rövşən Mehdiyevdir. Filmdə Mehriban
Xanlarova, Abbas Qəhrəmanov,
Nübar Novruzova, Xalidə
Quliyeva, Cavid Quliyev və başqaları çəkilib. Festival iyulun 10-a kimi davam edəcək.
SARA
525-ci qəzet.-
2010.- 25 iyun.- S.4.