Samux ərazisində qədim şəhərin qalıqları aşkarlanıb

 

Samux rayon mədəniyyət turizm şöbəsindən Mədəniyyət Turizm Nazirliyinə verilən məlumata görə, rayonun Siracəddin Ağa ziyarətgahı deyilən ərazisində qazıntı işləri aparılarkən burada qədim şəhərin qalıqları aşkar edilib. Nazirliyin əməkdaşları rayon mərkəzindən 35 kilometr aralıda yerləşən həmin ərazidə olub burada arxeoloji qazıntılar aparılmasının vacibliyini bildiriblər. Mədəniyyət Turizm Nazirliyindən yaxın vaxtlarda burada Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutu əməkdaşlarının qazıntı işləri aparacaqları barədə müsbət cavab alınıb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 25 iyun.- S.4.