Elçinin “Cəhənnəm kirayəçiləri”

 

Şuşa teatrının səhnəsində Şuşa teatrının səhnəsində tanınmış yazıçı – dramaturq Elçinin “Cəhənnəm kirayəçiləri” əsəri əsasında hazırlanan yeni tamaşa nümayiş olunacaq. Rejissor Elşən Zeynallının quruluş verdiyi tamaşa üzərində yaradıcı heyət məşqlər aparır. Rejissor Elşən Zeynallı tamaşa haqqında fikirlərini bölüşüb: “Bu gün ən böyük problemlərdən biriodur ki, yaşadığımız həyatı elə yaşamalıyıq ki, sonda kiminsə qarşısında sorğusual ediləndə biz daxilimizdəki təmizliyimizin arxasında dayana bilək. Bir – birimizə, insanlara qarşı münasibətlərdə də inamı itirməyək. Və bizim bu tamaşada əsas fikrimiz odur ki, gəlin elə yaşa dolaq ki, sonda bunun müqabilində daha rahat olaq, daha sakit duruş gətirə bilək”. İki hissədən ibarət səhnə əsərinin bədii tərtibatçısı Valeh Məmmədovdur. Sənətsevərlər “Cəhənnəm kirayəçiləri”nin oyunlarına gələn mövsüm tamaşa edə biləcəklər. Tamaşada rolları aktyorlar İqrar Salamov, Püstəxanım Zeynalova, Rauf Şahsuvarov və başqaları ifa edir.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 25 iyun.- S.4.