Şəmkirdə qiymətli arxeoloji
materiallar aşkarlanıb
Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasından
(AMEA) Şəmkirdə aparılan
arxeoloji tədqiqatlarla
bağlı məlumat
verilib. Artıq üç ildir
aparılan işlər
zamanı orta əsrlərə aid edilən
Şəmkir qalası
yerinin sahəsi son tədqiqatlar zamanı 28 hektar olduğu müəyyənləşdirilib. Tikildiyi IX əsrə aid edilən qala divarlarının eni 3-3.5 metrdir. Mədəniyyət və Turizm
Nazirliyinin və Regionların İnkişafı
İctimai Birliyinin təşəbbüsü ilə
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutun ekspedisiyası
Orta Əsr Şəmkir şəhərinin
Narın-qalasında 400 kvadratmetr
sahədə arxeoloji qazıntı aparıb.
Tarix elmləri doktoru Tarix Dostiyevin rəhbərliyi ilə aparılan arxeoloji qazıntı zamanı müəyyən olunub ki, şəhəristandan şərqə doğru şəhərin sənətkarlıq
məhəllələri şimal,
cənub və qərb tərəfə genişlənib. Qalanın şərq
divarı 80 metr uzunluğunda torpaq qalıqlarından təmizlənərək
tədqiq olunub və divarın konstruktiv xüsusiyyətləri
dəqiqləşdirilib. IX-XIX əsrə qədər
yaşayış mərhələləri
öyrənilib. Arxeoloji qazıntılar
zamanı olduqca zəngin və müxtəlif dövrü
əhatə edən əşyalar aşkar edilib. Bura mis sikkələr,
dəmir alətlər,
dəmirdən müxtəlif
silah nümunələri,
dəmir ox ucluqları,
inşaat materialları,
çox sayda şirəli və şirəsiz saxsı qab nümunələri, fayans qablar narın
qalanın tarixi barədə maraqlı elmi məlumatlar aşkarlanıb.
SARA
525-ci qəzet.-
2010.- 26 iyun.- S.18.