Ziyad Səmədzadənin 70
yaşı Milli Elmlər Akademiyasında qeyd olunub
Ötən gün Azərbacan Milli Elmlər Akademiyasında
(AMEA) AMEA-nın həqiqi
üzvü, milli məclisin deputatı, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadənin 70 illik
yubileyi münasibətilə
tədbir keçirilib.
Giriş sözü ilə çıxış
edən AMEA-nın prezidenti Mahmud Kərimov Z.Səmədzadənin şərəfli
ömür yoluna nəzər salıb. Onun sözlərinə görə, Səmədzadə
Ziyad Əliabbas oğlu 1940-cı ildə iyun ayının 25-də Bakı şəhərinin
Buzovna kəndində anadan olub. 1956-cı ildə orta məktəbi bitirərək
Azərbaycan Dövlət
Universitetinin iqtisadiyyat
fakültəsinə daxil
olub və 1961-ci ildə bu təhsil
müəssisənini fərqlənmə
diplomu ilə bitirib. 1962-1964-ci illərdə
SSRİ Elmləri Akademiyası
İqtisadiyyat İnstitutunun
aspiranturasında təhsil
alaraq elə həmin institutda namizədlik dissertasiyası,
1971-ci ildə, 31 yaşında
iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya
müdafiə edib.
1977-ci ildə ona
professor adı verilib.
1976-1978-ci illərdə Azərbaycan
Dövlət Plan Komitəsi
Elmi-Tədqiqat İqtisadiyyat
İnstitutunun birinci müavini, 1978-82-ci illərdə
Xalq Təsərrüfatı
İnstitutunun elmi işlər üzrə prorektoru olub. 1980-ci ildə Səmədzadə
Azərbaycan Respublikası
Elmlər Akademiyasının
müxbir üzvü,
1989-cu ildə Akademiyanın
həqiqi üzvü seçilib. 1983-1993-cü illərdə
Mərkəzi Komitədə
İqtisadiyyat şöbəsinin
müdiri, Ali Sovet sədrinin birinci müavini, baş nazirin birinci müavini, Dövlət
Plan-İqtisad Komitəsinin
sədri vəzifələrində
çalışıb. Ziyad
Səmədzadə 500-dən çox əsərin və monoqrafiyanın müəllifidir. Bu əsərlərdə
iqtisadi inkişaf, struktur, regional inkişaf, bazar iqtisaddiyatı və digər problemlərə toxunulub. Ömrünün 70-ci zirvəsinə
yüksələn Ziyad
Səmədzadə ölkə
prezidentinin 22 iyun
2010-cu il sərəncamı
ilə “Şöhrət”
ordeni ilə təltif olunub. M.Kərimov yubilyarı bu münasibətlə təbrik edib, yeni uğurlar arzulayıb. AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə “Ziyad Səmədzadənin
həyat və yaradıcılığı” məruzəsilə
çıxış edərək
Z.Səmədzadənin məhsuldar
yaradıcılığı ilə yanaşı, yüksək insani keyfiyyətlərindən də
danışıb. “Bir
insan xalqına, millətinə xidmət edə bilirsə, qürur hissi duya bilər. Ziyad Səmədzadə sadalanan bu istiqamətlərdə
fəaliyyət göstərir
və onun bu fəaliyyəti danılmazdır. Yalnız
vəzifəsilə deyil,
prinsipiallığı ilə
yüksələn bu ziyalı insan tutduğu yüksək vəzifələrdən asılı
olmayaraq həmişə
böyüdükcə sadələşməyə
üstünlük verib”.
Bu fikirləri Azərbaycanın
sənaye və energetika naziri Natiq Əliyev səsləndirib. BDU-nun rektoru,
akademik Abel Məhrrəmov
yubilyarı təkcə
görkəmli alim, ziyalı, pedaqoq, ictimai-siyasi xadim yox, həm də
sədaqətli dost kimi
dəyərləndirdiyini vurğulayıb.
Onun sözlərinə
görə, Ziyad Səmədzadənin yubileyi
bütün Azərbaycan
ziyalılarının bayramıdır.
Tədbirdə Azərbaycan
Milli Məclisinin sədri Oqtay Əsədovun təbrik məktubu oxunub. Məktubda yubilyarın çoxşaxəli fəaliyyətindən,
yorulmaz əməyindən
söz açılıb.
Mərasimdə iştirak
edən digər ziyalılar da Z.Səmədzadənin özünəməxsus
yüksək keyfiyyətlərini
önə çəkərək,
ona xoş arzularını bildiriblər.
Tədbir çərçivəsində
foyedə yubilyarın
müəllifi olduğu
və haqqında yazılan kitablar, redaktə və tərtib etdiyi əsərlərlə yanaşı,
maraqlı fotoşəkillər
nümayiş olunub.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.- 2010.- 26 iyun.- S.17.