Türkə yiyə – Türkiyə

 

Mən bir türkəm. XX və XXI əsrin, ikinciüçüncü minilin qovuşub ayrıldığı tarixi zamanda yaşayan bir türk. Və türk olmağımdan hədsiz qürur duyuram. Vətənini, millətini və dövlətini sevmək vətəndaş olmağın, insanlığın başlıca şərtidir. Bütün dünyada mənim kimliyim, ucalan bayrağım-dilimdir: Azərbaycan türkcəsi. Türk dillərinin oğuz qrupuna mənsub ən kamil, ən aydın, ən saf və ən şirin türkcə!

Harada türkcə danışan bir səs eşidirəm dönüb o tərəfə salavat çevirirəm. Türkün səsi mənim qibləmdir. Mən türkcə səsə ibadət edirəm.

XX əsrin önlərində Nəriman Nərimanov böyük bir məhəbbətlə yazırdı: “Ana dili! Nə qədər rəfiq, nə qədər ali hissiyyati – qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti – madəranəsini sənə o dildə bəyan edibdir. Bir dil ki, sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl o dil sayəsində bir fikir hasil edibsən, cismruhun möhtac olduğunu məbadi o dildə tələb edibsən...

Bir dil ki, ibtida o dildə yaxşı-yamanı bilibsən, səni yaradanı tanıyıbsan, haman dil ki, diyari-qürbətdə, biganələr içinə düşəndə ona həsrət qalırsan. Lakin ittifaqən onu eşidəndə ürəyin döyünməyə, üzün gülməyə başlayır... bir dəqiqənin ərzində vətəni gözünün qabağına gətirirsən”. Mənim ana dilim – türkcəm belə qüdrətli bir dildir.

Rəvayət edirlər ki, ən əski çağlarda iki tayfa bir-birilə müharibə edir. İnsanlar tamamən qırılır. Hər tərəfdən bir adam qalanda onlar məcbur olub bir-birinə müraciət edirlər. Məlum olur ki, bu tayfaların ikisibir qövmdən – türk imiş. Ana dilləri onları birləşdirir. Türkün qəhrəmanlıqlarla dolu tarixində belə faciələr də çoxdur: Əmir Teymurun İldırım Bəyazidə, Şah İsmayıl Xətainin Sultan Səlimə qaldırdığı qılınc türk başı kəsdi. Çaldıran döyüşündə əslində heç kim qalib gəlmədi: fitnəkar Avropa diplomatiyası qələbə qazandı. Geni bir, dili bir, dini bir qardaşlar öz qanlarını axıtdılar. Hər iki tərəfdən axan qan tərtəmiz saf türk qanı idi. Bu məğlubiyyətlər gen yaddaşının, qan yaddaşının amansız məğlubiyyəti idi. Əmir Teymur İdırım Bəyazidi məğlub etdi, bu dərdə dözmədi. Çin səfərinə gedərkən qüssədən öldü. Mənim yaddaşımda türkün ölməzliyə ucaldılmış bir söz abidəsi var. Bu Bilgə Kağanını (673-732) ulu kəlmələridir: “Ey türk oğuz bəyləri! Türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinməyincə, bil ki, türk ulusu, türk yurdu, türk dövləti, türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Ey ölməz türk ulusu, özünə dön!” Beləliklə, türkün vətəni yerlə göy arasında idi, onu göylərə hakim Allah əmanəti olan ruh, yerlərə sahib edən isə Əl Fərabilərin, İbn Sinaların, Nizamilərin, Bəhmənyarların varlığında təzahür edən təfəkkür idi. Harada qanı axıb orada türkün ruhu əbədiləşib, harada türkün sümüyü var ora onun vətənidir.

Türk təfəkkürünün əsasında türkçülük dayanır. “Türkçülük türk millətini yüksəltmək deməkdir” (Ziya Köyalp). Türkün vətən ölçüsü hüdudsuz və miqyassızdır: yer, göy və günəş türkün vətən ölçüləridir. Bu əslində türkün hüdudsuz ruhunun ifadəsi idi. Əcdadı nurdan törənmiş türkün ruhu günəşdən nur alırdı. Türk tanrıçılığının 6000 il tarixi var. Hürufilər çox-çox sonralar orta əsrlər ədəbiyyatı və fəlsəfəsində insan təlimini yekunlaşdıran ən kamil düstur irəli sürdülər: “İnsan həqdən qopmuş nur parçasıdır”.

Bu gün türklər evin ən gözəl otağını, ən dadlı yeməyini qonaq üçün saxlayırlar. Qədim türk cəmiyyəti demokratik cəmiyyət idi.

Türk mühiti, türk cəmiyyəti başqa xalqlar üçün münbit torpaq kimidir. Onlar bu torpaqda rahat, sıxıntısız boy atırlar. Diqqət yetirin; yəhudilər bu vaxtadək yalnız türk dünyasında diskriminasiyaya məruz qalmayıblar.

Lakin bu gün həmin yəhudilər tarixdə onları qoruyan türkə güllə atırlar. Dünyada üç toplum var ki, böyük imperiyaçı dövlətlərin əlində pərsənq olaraq safdemokratik millətləri incitməklə regional münaqişələr törətməklə məşğuldur: yəhudilər, ermənilər və kürdlər. Yəhudilərin ən kompakt və tarixdə olduğu kimi rahat yaşadığı ölkə Azərbaycandır. Vaxtilə böyük Fətəli xanın qırılmaqdan xilas edərək Qubaya köçürdüyü yəhudilər indiyerli əhali ilə can bir qəlbdə yaşayırlar. Görəsən xeyirxah bir missiya ilə hərəkət edən türk gəmilərinə, türk əskərinə silah qaldırmaq əmrini verən İsrail rəhbərliyi özünün türk ərazilərində yaşayan yəhudilərinin taleyini düşünübmü? Onun 1967-ci ildən bəri 43 il islam xalqlarının başına gətirdiyi fəlakətlər kifayət deyilmi? Bəlkə cırtdan bir ölkə olub dünya ağalığı iddiasında bulunan İsrail siyasətçiləri müsəlman qanı tökməkdən həqiqətən zövq alırlar?! Yetər!!! Türk – müsəlman xalqlarının da səbr kasası bir gün daşa bilər...

Türklər bəşəriyyətin əbədi uşaqlarıdır. Saf uşaq dünyaya məhəbbətin gözü ilə baxıb hamını özünə doğma hesab etdiyi kimi, türklər də bütün xalqları özlərinə doğma hesab edirlər. Onların aldanışları da bu gözəllikdən, səmimiyyət və mərdlikdən doğur.

Türkün qüdrəti onun vətən əxlaqındadır. Tarixə bəlli türk imperiyaları işğal yolu ilə yox, Vətən sevgisi yolu ilə yaranıb. Türkün düşmənləri onu “köçəri” adlandıraraq dünyanın gözündən salmağı, əbədi və əzəli olan tarixi mövqeyinə ləkə vurmağa cəhd ediblər. Sual olunur: köçərilərin də 17 imperiyası olarmı?! Türklər koç etməyib, öz sərhədsiz ruhlarına azadlıq aramaq üçün Vətəninin bu başından, o başına – Mancuriyadan Macarıstana, Çindən Avropaya gedib, Sibir və Altaydakı ellərinə baş çəkib. Bu koç deyil, Vətənə sevgi ifadə edən səyahət idibuna türkün haqqı vardı.

İslam dininin qəbulundan sonra bütün türk yürüşləri İslam bayrağı altında keçib. Ərəblər İslamı yaratdı, türklər islamı yaşatdı, bütün dünya üçün İslamın qüdrətini kəşf etdi.

Biz böyük ümummüsəlman mədəniyyətininin varisləriyik. Ərəbin zehniyyəti, farsın lisanı və türkün yenilməz ruhu birləşərək vahid ümummüsəlman mədəniyyətini yaratdı. Bu mədəniyyət xüsusilə başında türkün dayandığı Abbasilər dövründə beş yüz il (750-1258) dünyaya dahiyanə elm, mədəniyyət, ədəbiyyat nümunələri bəxş etdi.

Türk təfəkkurünün qüdrəti bir də bundadır ki, onun mayasında olan ümumbəşərilik heç vaxt öləziməyib. Türklər dünyanı öz vətənləri bildikləri kimi, insanları da öz qövmləri hesab ediblər.

Türklər öz təbii demokratizmi və ədalətliliyi ilə dünyanın mənəviyyatına daxil ola bildilər. Onlar dünyanı idarə etmək hüquqlarını və hakimiyyətlərini itirməyə başlayandan isə yalnız Avropa deyil, Şərq mənəviyyatından da sıxışdırılmaya məruz qaldılar. Nə Avropa, nə də Şərq türk demokratizminə tab gətirə bilmədi. Əslində Şərqdə müsəlman ehkamçılığı, Avropada isə işğalçı siyasət türk demokratizminin dünyəvi ölçülərinə uyğun gəlmədi. Başqa cür desək, Avropa maddiyunçuluğu ilə türk romantikası barışa bilmədi. Avropa təfəkküründə, onun tarixində, ideologiya və siyasətində müstəmləkə əxlaqı (ehtirası!) əsas yer tutur. Türk ictimai düşüncəsi hələ bunu ifşa etməyib. Belə bir ifşa həm tarix, həm də müasirlik baxımından çox zəruridir. Çünki, bu gün qloballaşma çox müsbət cəhətləri ilə bərabər, xüsusilə mədəniyyətlərin inteqrasiyası istiqamətində həm də ciddi, dağıdıcı zərbələr vurmağa başlayıb. Faktiki olaraq rəqəmsal dünya ilə ruhi aləm mübarizə başlanıb...

Türkün sərhədsiz təfəkkürü sonralar islam ehkamları çərçivəsində də əzab çəkməyə başladı. Bir zamanlar türk təfəkkürünə yol açmış müsəlman əxlaqı sonralar ona əngəl oldu. Bu türkün Şərqdə sıxışdırılmasının əsasını qoydu. Nə qədər ki, hakimiyyət türklərdə idi, onda dünya rahat nəfəs alırdı. İdarəetmə digər xalqların ixtiyarına keçdikdən sonra isə ayırmaq, əhatə və inkar etmək, dözümsüzlük və məhdud mənafe prinsipləri meydana çıxdı.

Qafqaz millətləri tarix boyu, məhz türklərin sayəsində bu regionda rahat yaşayıblar, türkçülük Qafqazda ən güclü ideologiya olub.

Türkün idarəçiliyi onun yerlə göy arasında təbii haqlarla idarəçiliyi idi. Türkün hakimiyyəti bitən gündən insanın təbii haqları çərçivəyə alındı. Yalnız öz azadlığını hədsiz dərəcədə sevən bir xalq başqalarının da sərbəstliyinə imkan verə bilər. Türk ədaləti təzyiq sevmir.

Türklərin hərəkəti dünyanın qan dövranına bənzəyir, onlar xislətləri kimi təbii olaraq xalqların həyatına daxil ola bildilər.

Türklər də konkret, sərhədli vətən anlamı dünya onları ayırmağa başlayandan sonra formalaşdı. Göylərin altını və yerin üstünü Vətən bilən təfəkkür üçün hüdudlanmış vətən anlamına, duyğusuna qayıtmaq böyük sarsıntı idi. Bu sarsıntının bədii təfəkkürdə izlərini müşahidə edərkən, həmin faciənin əzəmətini də hiss edirsən. Məsələn, dahi Füzulinin “Şikayətnamə” əsəri sonuncu təsəvvüf moqikanının öz idealları ilə vidalaşması demək idi. Bununla da Füzuli Allahdan yerə, ilahilikdən adiliyə endi.

Türklərin dinə münasibətini ötəri qeyd etdik. Türklər İslam dinini sadəcə qəbul etmədi, əsrlər boyu onu özlərinə, mühit və əxlaqlarına doğmalaşdıraraq qorudular. Əmir Teymurun imperiyası dinə əsaslanırdı, “Qanunnamə”sində etiraf edirdi ki, “mən öz əzəmətimin binasını islam üzərində qurdum... mən onu imperiyamın zirvəsinə çevirdim”. Ömrünün sonlarında hər gecə yatmazdan öncə Əmir Teymur başı üstündə ucadan avazlaQuranoxudartez-tez “Kəlmeyi-şəhadət” gətirərmiş.

K.Marks yazır: “Türk hökmdarları və başçıları bütün məzhəb və dinlərə eyni gözlə baxırdılar”. Beləliklə, tolerantlıq türk cəmiyyəti və türk təfəkkürünü səciyyələndirən demokratizmin ifadəsi idi.

Xalqın qüdrətinə güvənən türklər həm də nikbinkefçil idilər. “Kitabi-Dədə Qorqudeposunda əbədiləşən türklər “Təpə kimi ət yığdırıb, göl kimi kımız sığdırıb” kef məclisləri qurar, özləri yeyib-içər, ac görsə doyuzdurar, borclu görsə borcunu ödəyərdilər. Türk mühiti sağlam mühit idi. Və bu mühit sağlam millət yetişdirdi. Qədim türk təbiət qarşısında əyilmədi, onun təbiətə münasibətinin bəhrəsi olan miflər öz dərin fəlsəfi məzmunu ilə bu gün də bəşəriyyəti heyran qoymaqdadır. Qədim türkün cəmiyyəti idarə etmək şücaəti isə türk imperiyalarının tarixində və taleyində öz parlaq əksini tapıb.

Türkün şücaəti işğalçılıq niyyətlərindən törəmirdi. Oğuz türkləri həmişə öz azadlıqlarına qarşı çevrilmiş qəsdlərə müqavimət göstəriblər. Təsadüfi deyil ki, ən böyük türklərdən biri Mahmud Kaşqari “Divani-tüğət-it-türk” adlı abidəsində göstərir ki, türk böyük qəhrəmanlıqlar və fədakarlıqlar etdiyi zaman böyük bir gördüyünü nəzərə çarpdırmırdı. Belə ki, türk üçün qəhrəmanlıq fövqəladə deyil, adi bir , peşə və məşğuliyyət idi. Qədim türklərin rəşadət və şücaəti onların təfəkküründə, fəlsəfəsində əsas yer tutan əxlaqa əsaslanırdı. “Türk tarixi başdan-başa əxlaq üstünlüklərinin sərgisidir” (Ziya Köyalp). Tarixdəki türk imperiyalarının, türk dövlətçiliyinin əsasında məhz belə bir mükəmməl əxlaq – Vətən əxlaqı dururdu. Bu baxımdan Azərbaycançılıq türkçülüyə qarşı durmur. Çünki Azərbaycançılıq türkçülüyün vətən əxlaqi müstəvisində dərkidir. Düşmənləri güclü olan millət Vətəni daha dərin məhəbbətlə sevməlidir. Bir vətəndə müxtəlif xalqlar, etnik qruplar yaşayırsa onlar hamısı bu vətəni eyni məhəbbətlə sevməlidir. “Vətəni sevməyən insan olmaz // Olsa da ol kəsdə vicdan olmaz” (Abbas Səhhət). Milli vicdan isə milli azadlığın enerji mənbəyidir. Çünki o, milli şüurun ilkin təzahür şəklidir... Azərbaycançılıq türkəsilli Azərbaycan xalqının milli ideologiyasıdır. Azərbaycançılıq bu ölkədə yaşayan bütün xalqlar üçün müqəddəs olan vətənçiliyin ifadəsidir. Azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən, onlara kimliyini tanıdan milli ideologiyadır.

Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm!” – Azərbaycançılıq bu üç təməl üzərində bərqərar olurtarixin perspektivini müəyyən edir...

Türklər qürurlu idi. Bu qürur saflığa və qəhrəmanlığa əsaslandırdı. Qədim türklərin təfəkkürü mifik – obrazlı təfəkkür idi. Bu özünün uca məqamını Epos mədəniyyətində tapdı: “Türklərdə sözün gücü real güc hesab olunurdu” (Lev Qumilyov) çünki türk sözünün mahiyyətində aydın qayə dayanırdı. Aydın qayə real həyat məqsədlərindən irəli gəlir, türk dövlətinin strategiyasını ifadə edirdi.

Türk təfəkkürü üçün səciyyəvi olan qlobal bir ziddiyyət də var: türk təfəkkürü gələcəyə yönəlmişdi, ona görə də keçmişə biganə idi. Gələcəyə yönəlməsi bu təfəkkürün qüdrəti, keşmişə biganəlik isə onun faciəsi və məğlubiyyətlərinin səbəbi idi.

XVIII əsrin maarifçi filosofu Monteskye yazıb: “Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə türklərlə yarışa bilməz... Bu müzəffər xalqın yalnız tarixçiləri çatışmayıb ki, onların ağlagəlməz qələbələrinin şöhrətini yaysınlar, nə qədər ölməz əməlləri əbədilik dəfn olunub. Türklər tarixlərini bilmədiyimiz nə qədər dövlətlərin əsasını qoyublar”. Bu sözlər bizə ibrət dərsi olmalıdır. Biz keçmişi öyrənməli, bu günü şərfələ yaşamalı, gələcəyi yaratmalıyıq.

Türkün tarixi zəngin, bu günü şərəfli və gələcəyi parlaqdır. Bu gün dünyanın ən böyük milləti olan türk törədən – Turana gedir. Bu gün öz qüdrəti ilə türkün düşmənlərini lərzəyə salan Türkiyə bütün dünya türklüyünün paytaxtıdır. Türkiyə təkcə bir ölkənin adı deyil, arxasında dünya türk cümhuriyyətləri, küllən Türk milləti dayanan möhtəşəm bir türk qibləgahıdır.

Eləcə də o türkə yiyə – Türkiyədir. Bu gün vahid türk dili, vahid türk əlifbası bizləri ortaq türk keçmişindən, ortaq türk gələcəyinə aparan ən doğru yoldur.

Qloballaşma adı altında yeni dünya sahmanı yaratmaq ehtirası ilə ortaya atılanlar Türkiyəni bu prosesdən uzaqlaşdırmaq, regional problemlərlə başını qatmaq istəyirlər. Fəqət, artıq Türkiyə dünya qan damarının hərəkətverici qüvvələrindən biridir. Bütün dünya türkləri onun arxasında alınmaz qala kimi dayanıb. Məşhur bir deyimi yada salmaq istəyirəm: Türk balıqqulağının içindəki mirvari kimidir, nə qədər ki, o balıqqulağının içindən çıxmayıb onun qiyməti yoxdur. Amma o bir gün balıqqulağının içindən çıxa bilər və dünyanı heyran qoyar...

 

 

Nizaməddin Şəmsizadə,

professor

 

525-ci qəzet.- 2010.- 26 iyun.- S.15.