Ağsu ərazisində qədim şəhər qalıqları aşkarlanıb

 

Ağsu rayonunun Ülgüc kəndi ərazisində XVII əsrə aid şəhər qalıqları aşkar edilib. Arxeoloqlar bu ərazinin Ağsu şəhərinin 300 il əvvəlki yeri hesab edir və bildirirlər ki, qazıntıların davam etdirilməsinə zərurət var. Məqsəd isə XVII-XVIII əsr Azərbaycan şəhərinin sosial-iqtisadi və mədəni həyatının tarixi məqamlarını araşdırmaqla bərabər, turistlərin bu əraziyə cəlb olunmasıdır. Arxeoloqlar bu ərazidə qazıntılara may ayının əvvəllərindən başlayıb. Tədqiqatlar hələlik təxminən 2 hektar ərazini əhatə edir. Mütəxəssislər ilkin olaraq qala divarlarının qalıqlarını, şəhərin daxili infrastrukturunu, hamam və digər məişət obyektlərini müəyyənləşdirib. Arxeoloji qazıntıların iki ay ərzində başa çatdırılması və əraziyə turistlərin cəlb edilməsi üçün şüşəli muzeyin yaradılması nəzərdə tutulur.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 30 iyun.- S.4.