İncəsənət MuzeyindəQadın ətri

 

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “Qadın ətri” adlı təsviri sənət sərgisi açılacaq. Hüseyn CavidinBəşəriyyət qadınla yüksələcəkmisrası ekspozisiya üçün deviz olaraq seçilib. Mədəniyyət Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, müxtəlif nəsillərə məxsus sənətkarların yaradıcılığını təmsil edən bu sərgidə fərqli üslub cərəyanlar öz əksini tapıb. Sərgidə korifey fırça ustaları Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Toğrul Nərimanbəyov, Vəcihə Səmədova ilə yanaşı, Sakit Məmmədov, Niyaz Nəcəfov, Elşən Sərxanoğlu digər müasir rəssamların da əsərləri tamaşaçıların ixtiyarına veriləcək. Açılış mərasimi martın 5-də olacaq.

 

 

525-ci qəzet.- 2010.-2 mart.- S. 7.