Qatilbu dəfə İrəvan Dövlət Dram Teatrının təqdimatında

 

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrı xalq yazıçısı Elçinin “Qatil” tamaşasının premyerasını təqdim etdi. Premyera Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının səhnəsində olub. Quruluşu səhnə tərtibatı Nazir Rüstəmova məxsus tamaşanın rejissor assistenti Elnarə Heydərova, musiqi tərtibatçısı Sevda Ələkbərzadədir. Tamaşada rolları əməkdar artistlər Esmiralda Şahbazova (kimya müəlliməsi), Vaqif Kərimov (qonşu kişi), aktyorlar Nurbəniz Niftəliyeva (qonşu qadın), Niyaməddin Səfərəliyev oynayırlar.

Bayırda ildırım çaxır, şiddətli yağış yağır. Müəllimə evdə dərs dediyi şagirdlərin dəftərlərini onlarladanışa-danışayoxlayır: “Həsənzadə bu nədi belə yazmısan? Sənə iki verirəm. Əhmədov sən gələcəkdə kimyaçı olacaqsan”... Qapının açıq olduğunu görən qonşu qadın içəri daxil olur. Arxasınca da həyat yoldaşı. O, polis işçisidir, artıq neçə ildir, bu sahədə çalışmasına baxmayaraq, indiyəcən elə önəmli bir cinayətin üstünü aça, cinayətkar yaxalaya bilməyib, ona görə gileylənir. Evə gələn digərçağrılmamış qonaqmüəllimənin 18 il öncə dərs dediyi, çox kitab oxuduğundanKitabləqəbi almış gənc kişidir. O ağlayaraq, müəlliməyə öz eşqini etiraf edir başına gələn bütün əhvalatları aşiq olduğu müəlliməsinə danışır: “Universitetdə oxuyarkən bir qız üstündə ordan xaric olundum məni həbsə atdılar. Anam mən həbsdə olarkən vəfat edib. Sonra hərbi qulluğa göndərildim, yaralanaraq geri qayıtdım”. Artıq 41 yaşı olan müəllimənin gözlədiyi, deyəsən, elə budur. Mərhum Rafiq Babayevin ifasında məşhurlaşanƏlvidamahnısı Sevda Ələkbərzadənin təqdimatında bu səhnənin daha uğurlu alınmasına şərait yaradır. Bir müddət gənc kişi müəllimənin evində qalır qonşular bu haqda şaiyələr yayırlar. Müəllimə kişi haqqında bütün doğru məlumatları əldə edir. Əslində, “Kitabləqəbli gənc kişi universitetdən qıza görə yox, paltar oğurladığından qovulub tutulub. Onun anası sağdı müəllimənin qızıl üzüyünü sataraq, pulunu anasına verib. Qadın hər şeyi öyrənəndən sonra kişinin evdən getməsini tələb edir, kişi isə qadınagəl məni oğulluğa götürdeyir. Hətta qadını təhdid edir ki, əgər məni oğulluğa götürməsən, səndən şikayət edəcəyəm. Daxili iztirabları kişiyə duyduğu nifrəti müəlliməni məcbur edir ki, onun içkisinə zəhər töksün. Belə edir səsə gələn qonşu polisəTəbrik edirəm, siz qatil tutdunuz” – deyir.

Müəllif mətni, rejissor işi, aktyor oyunu, musiqi səhnə tərtibatını bəyənən tamaşaçılar bunuQatilin nümayişindən sonra səslənən gur alqışlarla ifadə etdilər.

 

 

Hüsniyyə İSMƏTQIZI 

 

525-ci qəzet.- 2010.- 2 mart.- S.7.