“Bahardan bir gün əvvəl”
Müasir İncəsənət
Mərkəzində
Tanınmış rəssam Yelena Haqverdiyevanın “Bahardan bir gün əvvəl”
adlı fərdi yaradıcılıq sərgisi
Müasir İncəsənət
Mərkəzində təşkil
edilib. Sərgidə
rəssamın yağlı
boya ilə çəkilmiş 40-dan artıq
tablosu nümayiş etdirilir. Onların arasında mənzərə
və portretlər üstünlük təşkil
edir. Mərkəzin başqa zalında isə rəssamın hazırladığı dekorativ
kostyumlar təqdim olunur. Xatırladaq ki, Y.Haqverdiyeva 2004-2005-ci illərdə həyat yoldaşı, rəssam Ucal Haqverdiyevlə birgə Bakıdakı Apostol Varfolomey kilsəsinin tərtibatında
iştirak edib. Onun əsərləri dünyanın bir çox ölkələrində
nümayiş etdirilib,
Azərbaycan, Almaniya, Fransa, Rusiya, ABŞ və Böyük Britaniyada şəxsi kolleksiyalarda saxlanılır.
Sərgi martın 5-dək
davam edəcək.
SARA
525-ci qəzet.- 2010.- 4 mart.- S.7.