Dahilərin dostluğutəqdim edilib

 

“ÜNS” Yaradıcılıq Səhnəsində “Dahilərin dostluğu” filminin təqdimatı keçirilib. Filmdə görkəmli violonçel ustası Mstislav Rostropoviç Dmitri Şostakoviçin dostluğundan bəhs olunur. “Dahilərin dostluğufilmi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə ərsəyə gəlib. Filmin rejissoru Mehdi Məmmədovdur. “ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəri Nərgiz Paşayeva çıxışında film barədə onun əsas qəhrəmanlarından biri olan Mstislav Rostropoviç haqqında dolğun məlumat verib. Filmin çəkilişləri 2006-cı ildə, Rostropoviçin Bakıya son səfəri zamanı aparılıb. Ekran işi Rostropoviçin təşəbbüsü ilə Bakıda Şostakoviçin 100 illik yubileyinə həsr olunan festival ərəfəsində lentə alınıb. Filmdə əsasən maestro Rostropoviç D.Şostakoviçlə bağlı xatirələrini bölüşür.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 4 mart.- S. 7.