Azərbaycana aid nadir fotolardan ibarət
sərgi açılıb
Milli Elmlər Akademiyasının
Azərbaycan Tarixi Muzeyində Tbilisi arxivində
saxlanılan nadir fotolardan
ibarət sərginin açılış mərasimi
olub. Bu barədə muzeydən məlumat verilib. Sərgidə XIX əsrdə yaşamış
rus fotoqraf Dmitri Yermakovun Azərbaycanın müxtəlif
şəhərlərindən çəkdiyi fotolar nümayiş etdirilir.
100-dən artıq fotonun nümayiş olunduğu sərgi martın 13-dək davam edəcək. Bu fotolar daha sonra
muzeyə hədiyyə
olaraq veriləcək.
SARA
525-ci qəzet.- 2010.- 5 mart.- S. 7.