Bütün Türk dünyasının şairi

 

ƏRDƏHANDA BƏXTİYAR VAHABZADƏ GÜNLƏRİ

 

XX əsr Azərbaycan poeziyasının ən görkəmli yaradıcılarından olan xalq şairi Bəxtiyar Vahabzadə həm bədii yaradıcılığa, həm ictimai-siyasi, həm də elmi-pedaqoji fəaliyyəti ilə Azərbaycanda milli şüurun oyanışı, azərbaycançılıq məfkurəsinin formalaşması sahəsində müstəsna xidmətlər göstərib. Böyük iqtiqlal şairinin adı təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında ehtiramla anılır, ardıcıl olaraq onun yaradıcılığına həsr olunmuş müxtəlif məzmunlu tədbirlər keçirilir. Görkəmli Azərbaycan şairinin dünyasını dəyişməsinin ildönümü günündə qardaş Türkiyənin Ərdəhan şəhərində keçirilənAzadlığın səsi Bəxtiyar VahabzadəBeynəlxalq Simpoziumu belə tədbirlərdən biri idi. Atatürk Kültür Mərkəzinin, Ərdəhan Valiliyinin, Ərdəhan Universitetinin Naxçıvan Dövlət Universitetinin birgə keçirdikləri beynəlxalq simpoziumda, həmçinin, Azərbaycanın, Türkiyənin, Gürcüstanın Şimali Kipr Türk Respublikasının bir sıra nüfuzlu elm ocaqları təmsil olunurdu.

Beynəlxalq simpoziuma ev sahibliyi edən Ərdəhan Universitetinin rektoru prof.-dr. Ramazan Korkmaz simpoziuma gələn qonaqları iştirakçıları salamlayandan sonra qürur hissi ilə qeyd edib ki, Ərdəhan Universitetinin yaranma tarixinin iki ili tamam olmasa da, universitetdə keçirilən ikinci böyük tədbirinbeynəlxalq simpoziumun Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunması təbii haldır. “Çünki Bəxtiyar Vahabzadə Azərbaycanla yanaşı, həm Qafqazın, Orta Asiyanın, bütün Türk dünyasının, bütün insanlığın şairidir. Bəxtiyar Vahabzadə kimi zirvədə duran böyük sənətkarların özlərinin xatırlanmağa, yada salınmağa ehtiyacı olmasa da, bizim onları xatırlayıb yada salmağa, onlardan öyrənməyə ehtiyacımız var”.

Simpoziumun təşkilində keçirilməsində iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli XX əsr Azərbaycan ədəbiyyatı tarixində Bəxtiyar Vahabzadənin rolundan, onun bəşəri mövzulu milli ruhlu poeziyasının milyonlarla insanın şüuruna nüfuz etməsindən, sərt sovet rejimi dövründə şairin azərbaycançılıq məfkurəsini inkişaf etdirməsindən danışıb. Akademik görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş beynəlxalq simpoziumun bir neçə yönümdən faydalı olub mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İlk növbədə simpoziumun Azərbaycan ədəbiyyatının, onun görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin yaradıcılığının qardaş Türkiyədə daha dərindən təbliğ olunmasına xidmət edəcəyinə bundan sonra Naxçıvan Dövlət Universiteti ilə Ərdəhan Universiteti arasında elmi-mədəni əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib. Simpozimun açılış mərasimindəki çıxışının sonunda akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun yağlı boya ilə çəkdiyi Bəxtiyar Vahabzadənin portretini Ərdəhan Universitetinin rektoru, prof-dr. Ramazan Korkmaza təqdim edib.

Simpoziumun açılış mərasimində çıxış edən Ərdəhan valisi Mustafa Təkmən qardaş Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş belə mötəbər tədbirin məhz Ərdəhanda keçirilməsindən məmnun olduğunu bildirib. Bəxtiyar Vahabzadəni türk şairi Mehmet Akif Ərsoya bənzədən vali bu kimi tədbirlərin tez-tez keçirilməsinin zəruriliyini vurğulayıb.

Atatürk Kültür Mərkəzi Başkanı, professor-doktor Osman Horat çıxışında Türkiyə-Azərbaycan qardaşlığından geniş danışaraq bu mövzunun Bəxtiyar Vahabzadə yaradıcılığında geniş əks olunmasına şair tərəfindən bu qardaşlığınBir ananın iki oğlukimi dəyərləndirilməsinə aid örnəklər gətirib.

Açılış mərasimində Türkiyə Cümhuriyyətinin Prezidenti Abdullah Gülün, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bir sıra millət vəkillərininAzadlığın səsi Bəxtiyar VahabzadəBeynəlxalq Simpoziumuna göndərdikləri təbrik məktubları səslənib.

Ən yaddaqalan məqamlardan biri Ərdəhan şəhərinin mərkəzi küçələrindən birinə Bəxtiyar Vahabzadənin adının verilməsi olub.

Çıxış edənlər bu küçəyə görkəmli Azərbaycan şairinin adının verilməsini Ərdəhan valiliyinin şəhər bələdiyyəsinin Bəxtiyar Vahabzadə irsinə hörməti, həm iki qardaş xalq arasındakı mənəvi körpünün daha da genişlənməsinə böyük qayğı kimi dəyərləndirdilər. O da vurğulandı ki, məhz universitetə gedən küçəyə Bəxtiyar Vahabzadənin adının verilməsi xüsusi məna daşıyır gəncliyin Bəxtiyar Vahabzadə irsinə hörməti iki qardaş xalq arasındakı mənəvi qayğı kimi dəyrələndirilməlidir.

Mərasimdən sonra simpozium öz işini davam etdirib. Simpoziumun millət vəkili, prof-dr. İbrahim Kavrazın, Bartin Universitetinin rektoru, prof.dr. Ramazan Kaplanın, azərbaycanlı prof.dr. Kamil Vəli Nərimanoğlunun, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilən dörd iclasında Bəxtiyar Vahabzadə irsinin ayrı-ayrı yönlərini təhlil edən 16 məruzə dinlənilib. Türkiyənin müxtəlif şəhərlərindən, qonşu Gürcüstandan, Şimali Kipr Türk Respublikasından gələn elm adamlarının məruzələri ilə yanaşı, azərbaycanlı alimlərdən İsa Həbibbəylinin, Kamil Vəli Nərimanoğlunun, Xanəli Kərimlinin, İman Cəfərlinin, Vaqif Məmmədovun, Vüqar Sultanzadənin, Rövşən Əlizadənin Bəxtiyar Vahabzadə yaradıcılığını əks etdirən müxtəlif mövzulu məruzələri simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Simpoziumun bağlanış iclasında Ərdəhan Universitetinin rektoru, prof-dr. Ramazan Korkmaz Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək bir daha simpoziumun əhəmiyyətini qeyd ediblər gələcəkdə bu kimi müştərək tədbirlərin keçirilməsinə önəm verəcəklərini vurğulayıblar.

 

 

Vaqif MƏMMƏDOV,

Azərbaycan Yazıçılar

Birliyinin üzvü,

tarix elmləri namizədi

 

525-ci qəzet.- 2010.- 10 mart.- S. 7.