Ramiz Quliyev “Qızıl tar” mükafatına layiq görülüb
Xalq artisti, tarzən Ramiz Quliyev İranın
paytaxtı Tehran
şəhərində keçirilən
25-ci Beynəlxalq Musiqi
Festivalında uğurlu
çıxışına görə yüksək mükafata layiq görülüb. APA-nın
məlumatına görə,
Tehranın ən böyük konsert salonlarından biri olan “Təlar-Vəhdət”də
böyük anşlaqla
gerçəkləşən tədbirdə Ramiz Quliyev Azərbaycan bəstəkarlarının əsərləri,
xalq mahnıları ilə yanaşı, muğamlar da ifa edib. Bu il festivala
15 ölkədən müxtəlif
ifaçılar, orkestr
və ansambllar dəvət olunublar. İran səfərindən
öncə isə tarzən Ankara Dövlət
Türk Milli Orkestrinin dəvəti ilə Türkiyənin
Ankara, İstanbul və
Şanlıurfa şəhərlərində
solo konsertlərlə çıxış
edib və həmin şəhərlərin
ali musiqi təhsil ocaqlarında ustad dərsləri də verib. İlk dəfə olaraq, həmin orkestrin müşayiəti ilə
Ramiz Quliyevin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının
əsərləri, həmçinin,
muğamlar səsləndirilib.
Ramiz Quliyev Türkiyə və İranın müxtəlif şəhərlərində
konsert proqramları ilə çıxış
etmək üçün
yeni dəvətlər
alıb.
525-ci qəzet.- 2010.- 10 mart.- S. 7.